Əslində, onlar müşahidəçilər yox, hərbi kəşfiyyatçılardır
"Avropa İttifaqı Ermənistana göndərdiyi hərbi emissarlardan ibarət missiyasının müddətini yenə iki il müddətinə uzatdı. Əslində, bu müşahidə missiyası yaradılanda Azərbaycanın icazəsi ilə tərkibi 40 nəfərdən olmaqla iki ay müddətinə nəzərdə tutulmuşdu, amma sonradan ölkəmizdən heç nə soruşulmadan birtərəfli qaydada müddəti iki il artırıldı və tərkibi də Kanadadan hərbçilər də daxil edilməklə 200 nəfərə çatdırıldı".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, onlar müşahidə missiyası adlandırılsa da, əslində, bu, NATO-nun Ermənistanda yaradılmış hərbi bazasıdır. Ona görə də qalma müddətini 2027-ci ilin 19 fevralına qədər uzadaraq 44 milyon avrodan çox büdcə ayırıblar. Onlar bu müşahidə missiyasının məqsədini yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək vermək olduğunu bildirirlər. Amma bu, onların əsl məqsədlərindən tamamilə uzaqdır. "Məlumatda münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək olduğu bildirildiyi halda hansı insanlardan söhbət getdiyi açıqlanmır. Çünki Ermənistan torpaqlarında münaqişədən təsirlənmiş ərazilər yoxdur. Münaqişədən təsirlənmiş ərazilər ancaq Azərbaycana aiddir və həmin ərazilərdəki insanların təhlükəsizliyini dövlətimiz çox yüksək səviyyədə təmin edir. Aİ-nin müşahidə missiyasının münaqişədən təsirlənən ərazilərə heç əlçatanlığı yoxdur. Onlar ancaq binokldan münaqişədən təsirlənən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə, yeni yaşayış məntəqələrinə və yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə baxaraq həsəd aparırlar. Burada hər hansı təhlükəsizlikdən söhbət gedə bilməz", - deyə deputat əlavə edib.
Azər Badamov qeyd edib ki, missiyanın digər məqsədinin isə Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdən ibarət olduğu bildirilir. Təbii ki, onların bu məqsədi də gülməlidir. Axı Azərbaycan bu missiyanın mövcudluğunu qəbuledilməz hesab etdiyi halda onlar hansısa etimada dəstək verə bilərlər? Yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Aİ-nin missiyasının fəaliyyətinə münasibət bildirərək "Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər" demişdi. Təbii ki, onların əsl məqsədləri deyildiyi kimi, regionda sülhün yaranmasına töhfə vermək deyil, əksinə, sülhə mane olmaqdır. Ona görə də Avropa İttifaqının bayrağı altında sərhədimizə gələrək ərazilərimizə binoklla baxış keçirir, guya qeydlər aparırlar. Əslində, onlar müşahidəçilər yox, hərbi kəşfiyyatçılardır.
Onların məqsədinin Azərbaycan ərazisində hərbi məlumatlar toplamaq və özlərinin hərbi qərargahlarına göndərməkdən ibarət olduğunu deyən A.Badamov bildirib ki, bir tərəfdən hərbi kəşfiyyat məlumatları yığırlar, digər tərəfdən də Ermənistanı silahlandırır və hərbi bazalarını qururlar: "Burda hansı sülh və etimada dəstək verməkdən söhbət gedə bilər? Sülh və etimad Azərbaycanla Ermənistan arasında ikitərəfli görüşlərlə əldə edilə bilər. Bu baxımdan bu günə qədər əldə olunmuş razılaşmalar da ikitərəfli formatda, kənar tərəflər olmadan yaranıb. Ermənistan regiona davamlı sülh və əməkdaşlığın gəlməsini istəyirsə, təxribatçı beynəlxalq missiyalardan imtina edərək konstruktivlik nümayiş etdirməlidir. Əks halda regionda sülh və əməkdaşlıq olmayacaq. Davamlı sülhün olmaması isə hər zaman yenidən müharibə ehtimalını artıracaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir
Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib
Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub
Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək
Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub
Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var
Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!