12 Avqust 2026 17:15
163
CƏMİYYƏT
A- A+
Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər


Doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri ətraflı izah edilir.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə və Xocalı rayonlarına qayıdacaq ailələr üçün keçirilib.

Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar nümayiş etdirilib. Mina təhlükəsi ilə bağlı hazırlanan videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır, sosial müdafiə məsələləri haqqında videoçarx isə vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan hallarını izah edir. Bu videoçarxlar mediada da mütəmadi olaraq yayımlanır.

Qeyd edək ki, məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Xatırladaq ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

18:05
12 Avqust

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

18:00
12 Avqust

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

17:55
12 Avqust

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

17:50
12 Avqust

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

17:45
12 Avqust

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər

17:40
12 Avqust

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir 

17:35
12 Avqust

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər

17:30
12 Avqust

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

17:25
12 Avqust

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

17:20
12 Avqust

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

17:15
12 Avqust

Memar: Möminə Xatun türbəsində bərpa işlərinin əsas prinsipi abidənin orijinallığının qorunmasıdır

17:10
12 Avqust

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

17:05
12 Avqust

Ötən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,75 milyon barelə çatıb

16:57
12 Avqust

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

16:49
12 Avqust

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

16:41
12 Avqust

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

16:33
12 Avqust

Qələbədən yeni inkişaf coğrafiyasına: Naxçıvan Azərbaycanın strateji baxışında

16:29
12 Avqust

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq

16:25
12 Avqust

Salxab Məmmədov: Əcəmi Naxçıvaninin abidəsi 8-9 aylıq əməyin nəticəsidir

16:20
12 Avqust

Macarıstanın yeni Prezidenti and içib

16:15
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!