08 May 2026 11:01
177
CƏMİYYƏT
A- A+
Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir


Ağdamın işğaldan azad olunmasından sonra şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində həyat yenidən canlanır, müasir infrastruktura malik yaşayış məntəqələri formalaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Ağdam rayonunun Eyvazxanbəyli kəndində icra olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva müsahibəsində bildirib ki, Eyvazxanbəyli kəndi üzrə həyata keçirilməsi planlaşdırılan layihələr mərhələli şəkildə icra olunacaq. Onun sözlərinə görə, birinci mərhələ üzrə kənddə, ümumilikdə, 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Bu evlər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Ümumi uzunluğu 13,9 kilometr olan kənddaxili yolların inşası da layihə üzrə həyata keçiriləcək. Sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissələrindən biridir.

Qeyd olunub ki, kənddə 720 şagird yerlik tam orta məktəbin inşası da planlaşdırılır. Bunun 360 yerlik hissəsi birinci mərhələdə, digər 360 yerlik hissəsi isə ikinci mərhələdə həyata keçiriləcək. Bundan əlavə, 120 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina da tikiləcək.

Eyvazxanbəyli kəndində həyata keçirilən bərpa-quruculuq layihələri sadəcə binaların inşası deyil, həm də strateji hədəflərə söykənən modern bir ekosistemin qurulması deməkdir. Planlaşdırılan bütün infrastruktur layihələri gələcəkdə burada müasir standartlara cavab verən, sakinlərin rahatlığını və təhlükəsizliyini tam təmin edən, dayanıqlı bir yaşayış məntəqəsinin formalaşdırılmasına xidmət edəcəkdir.

Kənddə aparılan intensiv işlərin gedişatını izləyərkən, bu böyük prosesin canlı iştirakçılarından biri — inşaatçı Təhmas Məmmədovla həmsöhbət oluruq. Onun sözlərində həm peşə məsuliyyəti, həm də illərin həsrətindən doğan sonsuz bir sevinc duyulur: “Bu gün Ağdamın hər bir daşında, hər bir kərpicində əməyimin olması mənim üçün ən böyük şərəfdir. Doğma torpaqlarımızın dirçəlməsində iştirak etmək sadəcə iş deyil, mənəvi bir borcdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və qəhrəman Ordumuzun rəşadəti sayəsində azad olunan bu ərazilərdə indi genişmiqyaslı quruculuq işləri aparılır. Eyvazxanbəyli kəndi də gözlərimiz önündə yenidən qurulur, abadlaşır və öz əzəli gözəlliyinə qovuşur. Bir Ağdam sakini olaraq, bu günü görməyin və bu torpaqlarda qurub-yaratmağın xoşbəxtliyini yaşayıram. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar diləyirəm”.

Eyvazxanbəyli kəndində yüksələn hər bir divar, çəkilən hər bir yol “Böyük Qayıdış”ın növbəti uğurlu addımıdır. Təhmas kimi minlərlə insanın alın təri və dövlətin güclü iradəsi ilə Ağdamın siması sürətlə dəyişir. Müasir arxitektura ilə milli ruhun vəhdətini təşkil edən bu yenidənqurma işləri çox yaxın gələcəkdə kənd sakinlərinin doğma ocaqlarına qayıdaraq daha firavan, təhlükəsiz və işıqlı bir həyat sürməsinə təminat verəcək. Artıq o gün uzaqda deyil — Eyvazxanbəyli öz sahiblərini yeni və möhtəşəm siması ilə qarşılamağa hazırlaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur

12:19
08 May

Roma Papası XIV Leo Həzrətlərinə

12:17
08 May

Bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

12:13
08 May

Rusiya MN: Ukrayna ordusu atəşkəsi 1365 dəfə pozub

11:45
08 May

ABB beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlb edə bilər  

11:34
08 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

11:13
08 May

Ağsu dolaylarında torpaq sürüşməsi baş verib

11:11
08 May

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir

11:01
08 May

İndoneziyada vulkan püskürüb, ölənlər var

10:57
08 May

Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib

10:51
08 May

Uşaq əməyinin istismarı ilə bağlı 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

10:48
08 May

Şəxsiyyət vəsiqəsi olmayan uşaqların doğum qeydiyyatının təmin olunması istiqamətində kompleks tədbirlər görülüb  

10:43
08 May

Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb 

10:39
08 May

Dünya birjalarında neft bahalaşıb

10:33
08 May

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1725 monitorinq aparılıb

10:31
08 May

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqların sayı 40-a çatdırılacaq

10:28
08 May

“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib 

10:19
08 May

Azərbaycan nefti 105 dollara satılır

10:17
08 May

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

10:06
08 May

ABŞ Prezidenti: İranla razılaşma baş tutmaya bilər

10:01
08 May

İsrailin hava zərbələri nəticəsində Livanda 9 nəfər ölüb

09:57
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!