27 Fevral 2024 08:50
332
CƏMİYYƏT
A- A+
Adını qəhrəmanlıq salnaməmizə yazan kapitan

Adını qəhrəmanlıq salnaməmizə yazan kapitan

 

Cavid dünyaya gələndə hələ Xocalı faciəsi baş verməmişdi... Onda ermənilər Qarabağ savaşına "hazırlaşırdılar". Anası dünyaya yenicə gəlmiş körpəsinin beşiyinin başında lay-lay deyərkən Cavidə  "qoçaq balam", "igid balam", "qəhrəman balam", - deyə xitab edər, atası Cavidi qucağına alıb sinəsinə sıxanda "Fəxrim, vüqarım, qürurum, Cavidim. Sən böyüyüb bizi bütün Azərbaycana tanıdacaqsan", - deyərmiş.
Cavidin iki yaşı olanda Ermənistan silahlı qüvvələri əsrin faciəsini - Xocalı soyqırımını törətdilər... Şuşa, Laçın işğal olundu... Ard-arda baş verən dəhşətli hadisələr Vətənimizə, xalqımıza  ağır, faciəli günlər yaşatdı...
Ağlı söz kəsəndən Cavid evdə valideynlərindən, məktəbdə müəllimlərindən ermənilərin xalqımızın başına gətirdiyi dəhşətli, qorxulu faciələr haqqında hekayələr eşitdi... Dinlədiyi dəhşətli söhbətləri eşitdikcə yumruğunu bərk-bərk düyünlədi. Cavid böyüdükcə içindəki, qəzəb hissi qisas hissinə çevrilirdi. Uşaqkən eşitdiyi qorxulu nağıla bənzər söhbətlər böyüdükcə onun həyat yoluna çığır açırdı. Hərbçi olmaq, zabit olmaq, düşmənə etdiyi haqsızlıqların cavabını vermək hissi də beləcə aşılanmışdı ona...      
Haqqında söz açdığımız şəhid kapitan Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə ali hərbi məktəbi bitirən Cavid Mahmudov Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində leytenant rütbəsində bölük komandiri kimi xidmətə başlayıb. 2012-2018-ci illərdə Tovuz rayonunda, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam etdirib. 
Hərbi biliklərə yüksək səviyyədə yiyələnən, nizam-intizamlı zabit kimi komandanlığın hörmətini qazanan, verilən hərbi tapşırıqları layiqincə yerinə yetirən Cavid Mahmudovun xitməti komandanlıq tərəfindən qiymətləndirilərək hərbi rütbələri həmişə ona vaxtından əvvəl verilib.
Vətən müharibəsi başlayanda Cavid hərbi məktəbin magistr pilləsini də başa vurmuşdu. Nişanlı idi... Ürəyində böyük arzuları var idi. Ən böyük istəyi isə vətəni azad görmək idi. Şərəfli bir zabit kimi torpaqlarımızın azadlığı uğrunda döyüşmək, Azərbaycan bayrağını işğaldan azad olunmuş ərazilərimizdə ucaltmaq idi...
Vətən müharibəsinin ilk günündən kapitan Cavid Mahmudovun komandiri olduğu həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks-hücum əməliyyatlarına başlayıb. Kapitan Cavid Mahmudovun komandiri olduğu taborun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. Cavid Füzuli rayonunda 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub.
Qardaşı Nəbi Mahmudov Cavidlə son telefon danışığını xatırlayaraq deyir:  "Oktyabrın 2-də Cavid mənə zəng vurmuşdu. Dedi ki, "Qardaş, mən bura düşmənlə döyüşməyə gəlmişəm. Sənə söz verirəm ki, Füzuli rayonunun mərkəzinə bayrağı özüm sancacam". Qardaşım şəhid olandan sonra Füzulidə oldum. Onun keçdiyi istehkamları görəndə qardaşımla bir daha fəxr etdim".
Cavid Mahmudovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilərək Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Şəhid kapitan Cavid Hilal oğlu Mahmudov eyni zamanda "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə də təltif olunub.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

19:15
24 Yanvar

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib

19:14
24 Yanvar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:08
24 Yanvar

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

19:07
24 Yanvar

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

19:05
24 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:00
24 Yanvar

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb  

18:57
24 Yanvar

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

18:50
24 Yanvar

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

18:49
24 Yanvar

Belarus Prezidenti 15 məhbusu əfv edib

18:48
24 Yanvar

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

18:45
24 Yanvar

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

18:44
24 Yanvar

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

18:44
24 Yanvar

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

18:43
24 Yanvar

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

18:42
24 Yanvar

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

18:41
24 Yanvar

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

18:40
24 Yanvar

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

18:14
24 Yanvar

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

18:13
24 Yanvar

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:12
24 Yanvar

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

18:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!