13 May 2026 16:23
731
Elm və texnika
A- A+
ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub


ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "Xəzər hövzəsi araşdırmaları" proqramı başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın “Məzun günü”ndə Azərbaycana yeni təyin olunmuş 18 fərqli ölkəni təmsil edən 20 orta və yüksəkrütbəli xarici diplomata sertifikatlar təqdim olunub. İştirakçılar arasında Argentina, Braziliya, Belçika, Fransa, Almaniya, Qazaxıstan, Meksika, Pakistan, Türkiyə, Birləşmiş Krallıq, Ukrayna, Amerika Birləşmiş Ştatları kimi ölkələrin, eləcə də Avropa İttifaqının nümayəndələri yer alıb.

Proqramın əsas məqsədi xarici diplomatları regional yeniliklərlə yaxından tanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirmək və Azərbaycanın zəngin tarixi, strateji siyasəti və inkişaf prioritetləri haqqında dolğun təsəvvür formalaşdırmaqdır.

Tədbirin açılış mərasimində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bu kursun universitetin İxtisasartırma Proqramları arasında “flaqman” layihə olduğunu vurğulayaraq, proqramın məzunu olan diplomatları təbrik edib və gələcəkdə bu səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

ADA Universitetinin prorektorunun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva proqramın tarixi əhəmiyyətinə toxunaraq, bu il 15 illik yubileyini qeyd edən layihə çərçivəsində indiyədək 100-dən çox ölkədən 385 xarici diplomatın iştirak etdiyini diqqətə çatdırıb.

Həmçinin tədbirdə iştirak edən 10 xarici ölkə səfiri də diplomatları təbrik edərək, proqramın diplomatik əlaqələrin inkişafına verdiyi töhfəni qeyd ediblər.

Həftəboyu davam edən seminarlar və dəyirmi masa müzakirələri çərçivəsində diplomatlar ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin dekanı professor Azər Babayev, habelə universitetin professor-müəllim heyəti və ölkənin aparıcı rəsmi şəxsləri ilə interaktiv müzakirələr aparıblar. Məruzəçilər sırasında Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, iqtisadiyyat nazirinin müşaviri professor Taleh Ziyadov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri professor Fərid Şəfiyev və SOCAR-ın İqtisadi və enerji sektoru üzrə təhlil departamentinin direktoru Əhməd Hümbətov kimi ekspertlər yer alaraq diplomatların suallarını cavablandırıblar.

Proqram zamanı təqdim olunan Azərbaycanın iqtisadi transformasiyası və inkişaf strategiyası, Xəzər regionunun siyasi tarixi, eləcə də geosiyasi fraqmentasiya dövründə Azərbaycanın qlobal əlaqələrdə rolu, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin geri qayıdış prosesi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, 2026-cı il Cənubi Qafqazda sülh üçün həlledici il kimi mövzular iştirakçıların regionun siyasi və humanitar reallıqlarını daha dərindən dərk etmələrinə şərait yaradıb.

Akademik panellərlə yanaşı, proqramın praktiki hissəsində xarici diplomatlar Milli Məclisə gedərək deputatlarla regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında

02:18
18 İyun

Məhəmməd Süleyman Əl-Casirin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

02:18
18 İyun

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

22:19
17 İyun

Kainatda təkik?

21:37
17 İyun

Davamlı bakteriyalara qarşı yeni antibiotik metodu hazırlanıb

21:13
17 İyun

İran və Qətər elektrik şəbəkələrini birləşdirir  

21:09
17 İyun

Ekvadorda 10 regionda fövqəladə vəziyyət elan edilib

20:58
17 İyun

İ. Fedotov: Messi meydandan qovulmalı idi

20:46
17 İyun

 İspaniyada 16 ton Dünya Kuboku formaları müsadirə edilib

20:42
17 İyun

 A. Səmədov: Ronaldo kimi oyunçu həmişə faydalıdır 

20:41
17 İyun

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib  

20:32
17 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

20:28
17 İyun

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

20:13
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO  

20:09
17 İyun

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

20:09
17 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub  

20:03
17 İyun

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

19:56
17 İyun

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

19:52
17 İyun

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!