09 İyun 2026 17:02
780
Elm və texnika
A- A+
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib 

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfrans seksiya iclasları ilə davam edib 

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin sədrliyi və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın elmi katibliyi ilə keçirilən “Kibertəhlükəsizliyin elmi-texnoloji problemləri” adlı seksiya iclasında “ETN İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik sahəsində aparılan araşdırmalar və nəticələri  (1995-2026-cı illər)”, “Təbii dilin emalı və təkmilləşdirilmiş XLNet modelinin tətbiqilə kibertəhdidlərin aşkarlanması metodunun işlənməsi”, “Vikipediya mühitində informasiya müharibəsi təzahürlərinin aşkarlanması və rəqəmsal ekspertizası”, “Deepfake əsaslı interaktiv avatarların təhlükəsizlik təhlili və biometrik autentifikasiya sistemləri üçün riskləri” mövzular üzrə məruzələr təqdim olunub, suallar cavablandırılıb.

AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədovanın sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Ziyafət Əmirovun elmi katibliyi ilə keçirilən “Rəqəmsal kriminalistikanın elmi-texnoloji problemləri”  adlı seksiya iclasında isə “ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində həyata keçirilən elmi-texnoloji layihələr”, “Məhkəmə-tibbi ekspertizası prosesində qərar qəbuletmə metodlarının tətbiqi”, “Rəqəmsal mühitdə kibercinayətkarlığın həyata keçirilməsi mexanizmləri və texnologiyalarının təhlili”, “Proqram sistemlərində kriminalistikası və ekspertizası”, “Akustik kriminalistikanın hüquq pozuntularında sübutların əldə edilməsində rolu”, “Süni intellekt əsaslı sistemlərin və texnologiyaların rəqəmsal ekspertizası problemləri”  və digər mövzular üzrə məruzələr təqdim olunub.

“Kritik informasiya infrastrukturu, kiberfiziki və idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” adlı sekisya iclası texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyevin sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov elmi katibliyi ilə keçirilib. İclasda “Əşyaların interneti mühitində kiber-fiziki sistemlərin rəqəmsal kriminalistikası problemləri və həlli yolları”, “Mobil cihaz kriminalistikasında yaddaş seqmentlərinin süni intellekt əsasında təsnifatı”, “Sosial kiberfiziki sistemlərdə toplanmış mətnlərdə kiberkriminal izlərin aşkarlanması üsulları”, “Süni intellekt əsaslı adversial hücumlar və onlara qarşı kibertəhlükəsizlik mexanizmləri”, “Bulud hesablama mühitində ağıllı nəqliyyat sistemlərinin kibertəhlükəsizliyi problemləri və həlli yolları” və s. mövzularda məruzələr dinlənilib.

Texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılovanın sədrliyi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin elmi katibliyi ilə keçirilən “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın sosio-humanitar və hüquqi-etik problemləri” adlı seksiya iclasında “Kibertəhlükəsizliyin təmin olunması məqsədi ilə İnternet mühitində folklor resursları əsasında fərdlərin identifikasiyası imkanlarının araşdırılması”, “Elektron sübutların cinayət prosesində hüquqi statusu və kiberhücumların istintaqında tətbiqi”, “Rəqəmsal kriminalistika üzrə kadr hazırlığı və təhsil problemləri”, “Kiberkriminalistika: əsas terminlər və anlayışların Azərbaycan dilində istifadəsi məsələləri”, “Rəqəmsal kriminalistikanın hüquqi və institusional problemləri: inteqrasiya olunmuş tənzimləmə modeli” və digər mövzularda fikri mübadiləsi aparılıb.

Həmçinin iclaslarda “Kiberinsidentlərin analizi, təsnifatı və rəqəmsal ekspertizası”, “Süni intellekt əsaslı kiberhücumların aşkarlanması və rəqəmsal kriminalistika problemləri”, “Kriptoqrafik sistemlərə müdaxilələr və onların rəqəmsal ekspertizası”, “İnsan yerişinin biometrikası və rəqəmsal kriminalistika”, “Rəqəmsal kriminalistika sahəsində elmi-texnoloji problemlərin cari vəziyyətinin tədqiqi və müqayisəli analizi”, “Fərdlərin nitqlərinin terminoloji analizi və identifikasiyası metodu”, “Rəqəmsal kitabxana sistemlərində kibertəhlükəsizliyin təmin olunması yolları”, “Pilotsuz uçuş aparatlarının rabitə kanallarında kibertəhdidlər və müdafiə mexanizmləri”, “Ali hərbi təhsil sistemində kibertəhlükəsizlik üzrə təhsil və innovasiya”, “Rəqəmsal dövlət platformasında rəqəmsal vərəsəlik: hüquqi tənzimləmə və texnoloji çağırışlar”, “Rəqəmsal kriminalistikanın meydana gəlməsi və təkamülü istiqamətində akademik Cahangir Kərimovun elmi irsinin araşdırılması” və digər mövzularda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib

18:34
27 İyul

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılış mərasimi keçirilib

18:23
27 İyul

Mikayıl Cabbarov: U-17 dünya çempionatı Azərbaycana etimadın göstəricisidir

18:13
27 İyul

UWW prezidenti: Güləşçilərə arzum budur ki, Azərbaycanın od-alovundan ilham alsınlar

18:08
27 İyul

Çingiz Hüseynzadə: Dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək

17:58
27 İyul

Fərid Qayıbov: İnanıram ki, dünya çempionatı Azərbaycan güləşçiləri üçün uğurlu olacaq

17:43
27 İyul

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!