18 Mart 2024 12:29
2979
Elm və texnika
A- A+

ADA Universitetində 10-cu Bahar Gənclik Festivalı keçirilib

 

Artıq 10-cu ildir ki, ADA Universitetində Bahar Gənclik Festivalı keçirilir.

ADA Universiteti Fondunun və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində keçirilən bu Festival ADA Universitetinin ənənəsinə çevrilib.

Builki festival da öz ənənəsinə sadiq qalaraq yerli və xarici tələbələri, professor-müəllim və işçi heyətini bir araya gətirib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, yazın gəlişinin qeyd olunduğu Festivalda bahara həsr olunan və milli geyimlərimizdən, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələrindən ibarət sərgi təşkil edilib. Tədbir iştirakçıları, həmçinin musiqi sədaları altında, dicey Çinanın və sürpriz qonaq Sultan Hüseynin zərb alətlərindəki ifası ilə əyləncəli vaxt keçiriblər.

Tədbiri daha da yaddaqalan edən ADA Universiteti tələbələrinin və əməkdaşlarının səhnədə rəqsi, ifaları və “Ən yaxşı xonça” müsabiqəsi olub. Müsabiqənin qaliblərinə müxtəlif hədiyyələr təqdim edilib.

Bundan başqa, milli-mədəni dəyərlərimizin təbliğ edildiyi festivalda ADA icmasının üzvləri Novruz bayramının qədim adət-ənənələrindən irəli gələn fərqli rituallarda, rəngarəng oyunlarda iştirak ediblər, Novruz şirniyyatlarını dadıblar.

Qeyd edək ki, “Coca-Cola” şirkəti ilə birgə təşkil edilən Bahar Gənclik Festivalı təhsil-özəl sektor tərəfdaşlığının uğurlu nümunələrindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video