22 Yanvar 2026 12:09
352
DÜNYA
A- A+
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını rəsmən elan edəcək  

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını rəsmən elan edəcək  


Ağ Ev həm ABŞ-da, həm də qlobal miqyasda səhiyyəyə zərbə vuracağı barədə xəbərdarlıqlara baxmayaraq, yanvarın 22-də rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edəcək. Bu qanun Vaşinqtonun BMT-nin səhiyyə agentliyinə borclu olduğu 260 milyon dollarlıq vəsaiti ödəməsini tələb edir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Prezident Donald Tramp prezidentliyinin ilk günündə ABŞ-ın təşkilatdan çıxacağını bildirib. Birləşmiş Ştatlar qanunvericiliyinə əsasən, bu addımı atan Vaşinqton bir il əvvəldən xəbərdarlıq etməli və təşkilata bütün vəsaitləri ödəməlidir.

Son bir ildə bir çox qlobal səhiyyə mütəxəssisi, o cümlədən bu yaxınlarda ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Vaşinqtonu bu məsələni yenidən düşünməyə çağırıb. “Ümid edirəm ki, ABŞ məsələni yenidən nəzərdən keçirəcək və təşkilatı tərk etməyəcək”, - deyə o, bu ayın əvvəlində keçirilən mətbuat konfransında jurnalistlərə bildirib. Baş direktor əlavə edib ki, bu addım ABŞ və dünyanın qalan hissəsi üçün itkidir.

ÜST, həmçinin bildirib ki, ABŞ hələ də 2024 və 2025-ci illər üçün borclu olduğu rüsumları ödəməyib. Təşkilatın sözçüsü “Reuters” agentliyinə elektron poçtla məlumat verib ki, üzv dövlətlər ABŞ-ın təşkilatdan çıxmasını və bunun necə həll olunacağını fevral ayında ÜST-nin icra şurasında müzakirə etməyə hazırlaşır. ABŞ Dövlət Departamenti isə bu iddiaları şərh etməyib.

“Bu, ABŞ qanunlarının açıq şəkildə pozulmasıdır", - deyə Vaşinqtondakı Corctaun Universitetinin Qlobal Səhiyyə Hüququ İnstitutunun direktoru Lorens Qostin bildirib. Bununla belə, o, Trampın qərarının qəti olduğunu vurğulayıb.

Davosda jurnalistlərə müsahibə verən Qeyts Fondunun sədri, qlobal səhiyyə təşəbbüslərinin və ÜST-nin bəzi işlərinin əsas maliyyəçisi Bill Qeyts bildirib ki, ABŞ-ın qısa müddətdə bu qərarı yenidən nəzərdən keçirəcəyini gözləmir. “Düşünmürəm ki, ABŞ yaxın gələcəkdə ÜST-ə qayıdacaq”, - deyə o bildirib. Bill Qeyts əlavə edib ki, dünyanın Ümumdünya Səhiyyə Təşkilatına ehtiyacı var.

Qlobal səhiyyə ekspertləri Ağ Evin bu addımının ABŞ, ÜST və dünya üçün risklər yaratdığını bildiriblər.

“ABŞ-ın ÜST-dən çıxması dünyanın sağlamlıq təhdidlərini aşkarlamaq, qarşısını almaq və onlara cavab vermək üçün etibar etdiyi sistemləri və əməkdaşlığı zəiflədə bilər”, - deyə Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı olan “Bloomberg Philanthropies”in ictimai səhiyyə proqramının rəhbəri Kelli Henninq bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

“Fövqəladə və səlahiyyətli səfir, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri alan diplomatik xidmət əməkdaşlarına verilən vəsiqənin nümunəsi”nin təsdiq edilməsi haqqında

02:40
12 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Baş ofis və struktur idarələrinə kartriclərin satın alınması məqsədilə açıq tender elan edir

02:39
12 Mart

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı  

23:51
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub  

22:27
11 Mart

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib  

21:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!