18 Sentyabr 2023 09:35
348
DÜNYA
A- A+

ABŞ Prezidentinin köməkçisi və ÇXR xarici işlər nazirinin danışıqları 12 saat davam edib  

 

Sentyabrın 16-17-də Maltada ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan ilə Çinin xarici işlər naziri Vanq İ və onların nümayəndə heyətləri arasında danışıqlar ümumilikdə təxminən 12 saat davam edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək səviyyəli nümayəndəsi xüsusi telefon brifinqində deyib. Rəsmi nümayəndə, həmçinin təsdiqləyib ki, ABŞ və Çinin yüksək rütbəli məmurları regionda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaxın aylarda da bir sıra görüşlər keçirəcəklər. Onun sözlərinə görə, “hər iki tərəf münasibətləri sabitləşdirmək səylərini vacib hesab edir”. Eyni zamanda, Vaşinqton Çinin Tayvan boğazındakı hərəkətləri ilə bağlı Pekinə narahatlığını çatdırıb.

Ağ Evdən daha öncə verilən məlumata görə, Sallivan və Vanq İ Ukrayna və Tayvandakı vəziyyəti müzakirə ediblər. Onlar bundan əvvəl may ayında Vyanada görüşüblər.

Son aylarda Vaşinqton administrasiyasının digər yüksək səviyyəli rəsmiləri – ABŞ-ın dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen, iqlim dəyişikliyi üzrə xüsusi elçi, sabiq dövlət katibi Con Kerri, ticarət naziri Gina Raimondo və başqaları Pekinə bir sıra səfərlər ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video