31 Iyul 2024 19:29
112
SİYASƏT
A- A+

Abbas Abbasov: Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə çağırırıq

 

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa Senatının Xarici Müdaxilələrə dair Tədqiqat Komissiyası tərəfindən dərc olunan “Zərərli Xarici Müdaxilələrə qarşı Mübarizə. Bütün millətin yeni soyuq müharibəyə qarşı səfərbərliyi” adlı ilkin Hesabatı şərh edib.

AZƏRTAC xəbər verir ki, A.Abbasov bildirib: “Təəssüf hissi ilə qeyd edirik ki, sözügedən hesabatda Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupu (BTQ) ilə bağlı yer alan iddialar qərəzli, qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycanın “bütün azimutlardan” təhdid edən yeni rəqib dövlət kimi qeyd olunması ölkəmizin beynəlxalq sülh və sabitlik naminə apardığı fəaliyyətləri tamamilə yanlış bir kontekstdə göstərməyə xidmət edir və Fransa ictimaiyyətini bilərəkdən çaşdıraraq Azərbaycanı düşmən obrazında təqdim etməyə, eləcə də BTQ-nin dekolonizasiya istiqamətində dünyada gördüyü böyük işləri məqsədli şəkildə ləkələməyə hesablanıb.

BTQ-nin əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərməkdir. Yaranmasından bir il keçməsinə baxmayaraq, BTQ BMT-nin Nyu-York, Cenevrə və Vyanadakı qərargahlarında və dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edib. Bu tədbirlərdə iştirakçılar Fransanın kolonial və neokolonial cinayətlərini ifşa edən məlumatlar təqdim edib, müvafiq petisiyalara start veriblər.

Bildiririk ki, BTQ yalnız müstəmləkəçilik, neokolonializmə qarşı mübarizəni müdafiə edir və heç bir halda Fransa cəmiyyətinin destabilizasiyasını hədəfləmir. Əksinə, Fransa daxili problemlərini başqalarının üzərinə atmaq üçün bəhanələr axtararaq beynəlxalq münasibətləri gərginləşdirməkdə və müstəmləkəçilik siyasətinin törətdiyi ədalətsizliklərdən diqqəti yayındırmaq siyasəti həyata keçirir. Bu siyasət Yeni Kaledoniya, Fransız Polineziyası və Korsika kimi bölgələrdə insan hüquqlarının pozulması, iqtisadi bərabərsizliyin artması və mədəniyyətlərin yox olması ilə nəticələnir. Fransa bu ərazilərdəki xalqların haqlı mübarizəsini görməzdən gələrək, öz kolonial keçmişini ört-basdır etməyə çalışır ki, bu da beynəlxalq öhdəliklərə əməl etməmək deməkdir.

Fransaya qarşı “islamofobiya” mövzusu ilə bağlı fəaliyyət göstərilməsi iddiası ölkəmizin və BTQ-nin öz müstəqil mövqeyini ifadə etməsinə yönəlmiş yeni bir dezinformasiyadır. Bu iddialar BTQ-nin fəaliyyətini dini kontekstdə marginallaşdırmaq və “küncə sıxaraq” ənənəvi dini don geydirmək niyyətindən xəbər verir. Bildiririk ki, BTQ-nin fəaliyyətində dinə və ya etnik mənsubiyyətə əsaslanan ayrı-seçkilik yer almır, əksinə, təşkilat bütün xalqların azadlıq və hüquqlarını təmin etmək üçün din, dil, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün müstəmləkə xalqlarının azadlıq mübarizəsini beynəlxalq hüquq çətiri altında dəstəkləyir və əməkdaşlığı təşviq edir.

Biz Fransa hökumətini müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə, habelə BTQ-nin qaldırdığı müstəmləkələrlə bağlı haqlı iradları qəbul etməyə çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video