31 Iyul 2024 20:27
138
SİYASƏT
A- A+

MSK-nın sədri ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüşüb

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr M.Pənahov missiyanın rəhbəri və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib. Seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan M.Pənahov, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin müşahidəçilər və bütün maraqlı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə çatdırıb.

Səmimi qəbul və görüş üçün təşəkkürünü bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq ediləcəyini deyib. Müşahidə missiyasının rəhbəri, eyni zamanda, MSK sədrindən Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə məlumat verilməsini xahiş edib.

M.Pənahov Komissiyanın maarifləndirmə proqramı çərçivəsində seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, fərqli statuslu seçki iştirakçıları üçün reallaşdırılan və nəzərdə tutulan genişmiqyaslı layihələr, seçici siyahılarının davam etməkdə olan dəqiqləşdirilmə prosesi, namizədlərin irəli sürülməsi və qeydə alınması, seçkiqabağı təşviqatla bağlı yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr bildirib ki, 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra Milli Məclisə seçkilər də ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək. Otuz illik işğaldan sonra azad olunmuş regionlardakı səsvermə hüququna malik vətəndaşlarımızın konstitusion hüquqlarının təmin edilməsi üçün həmin ərazilərdəki daimi seçki məntəqələrinin sayı daha da artırılaraq 34-ə çatdırılıb.

Qonaqların suallarını cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt Komissiyanın fəaliyyətini və həyata keçirilən prosesləri birbaşa izləməyə dəvət edib, bunun üçün hər cür imkan yaradıldığını diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video