03 Dekabr 2024 10:54
251
İQTİSADİYYAT
A- A+
ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

ABA sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı 1,8 faiz azalıb  

Oktyabrın sonuna bankların aktivləri 49,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın artaraq 20,6 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,1 milyard manat səviyyəsinə yüksəlib.

“O cümlədən, biznes kreditləri 19,4 faizlik artımla 14,6 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21 faiz olub. Depozit portfeli isə təqribən 4 faizlik artım ilə 34,4 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26 faiz artaraq 8,3 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34 faiz təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi azalıb. Digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin cəmi portfeldəki payı isə cəmi 1,7 faiz təşkil etməkdədir. Bank sektorunun cəmi balans kapitalının həcmi isə 9 faiz artaraq 6,4 milyard manat səviyyəsinə yüksəlib. Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3,2 milyard manat, mənfəətin həcmi isə 913,7 milyon manat təşkil edir”, - deyə ABA sədri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasına qatılmaq üçün Maltaya gedib

12:29
04 Dekabr

Sabah dağlarda 10 dərəcə şaxta olacaq - PROQNOZ

12:28
04 Dekabr

Tramp Florida qubernatoru DeSantisi Pentaqonun rəhbəri təyin edə bilər

12:27
04 Dekabr

Cənubi Koreyada müxalifət prezidentə qarşı impiçment proseduruna başlayıb

12:26
04 Dekabr

Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala vəsiqə qazanıb

12:25
04 Dekabr

"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

11:19
04 Dekabr

Azərbaycanın daha bir mədəni elementi UNESCO siyahısına daxil edilib  

11:11
04 Dekabr

BDYPİ piyadalara çağırış edib

11:08
04 Dekabr

Azərbaycanın xarici işlər naziri Maltanın paytaxtı Valettaya işgüzar səfərə yola düşüb  

10:42
04 Dekabr

Azərbaycan nefti bahalaşıb

10:38
04 Dekabr

Səyyar “ASAN xidmət” Tərtərdə

10:37
04 Dekabr

Şuşa sakini: Sonuncu dəfə nə vaxt bu qədər xoşbəxt olduğumu xatırlamıram

10:15
04 Dekabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

10:13
04 Dekabr

Şuşaya köçən sakin: Orada yeni həyat qurmağa gedirik  

10:12
04 Dekabr

Şuşa sakini: Bu günü yaşamaq bəlkə də bir yuxudur

10:11
04 Dekabr

Alimlər içməli sudakı mikroplastikləri təmizləməyin sadə və təsirli üsulunu tapıblar

10:09
04 Dekabr

Tbilisidə keçirilən aksiyalarda 143 polis əməkdaşı xəsarət alıb

10:00
04 Dekabr

Səudiyyə Ərəbistanı 11-ci Qlobal Su Forumuna ev sahibliyi edəcək

09:55
04 Dekabr

Muxtar Babayev: Kritik ekosistemləri qorumaq üçün Xəzər dənizində ilk dəniz mühafizəsi sahəsi təqdim edilib  

09:34
04 Dekabr

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb  

09:29
04 Dekabr

Qaçmaq, yoxsa yerimək?

08:55
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!