03 Dekabr 2024 08:45
651
İQTİSADİYYAT
A- A+
Şabran bağları bu payız da bar-bəhərlidir

Şabran bağları bu payız da bar-bəhərlidir


Artıq ilin elə vaxtına gəlib çatmışıq ki, hər kəs ötən aylar görülmüş işlərə bir daha nəzər salır, nəyə nail olduğunun və olmadığının səbəblərini təhlil edir, yeni ildə görəcəyi işləri planlaşdırır. Bu baxımdan şabranlı bağbanlar da istisna deyil.

Şabran ölkəmizin şimal bölgəsində iqtisadi inkişafı ilə seçilən rayonlardan biridir. Dövlətin qeyri-neft-qaz sektorunu inkişaf etdirmək və iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq sahəsində qarşıya qoyduğu mühüm vəzifə burada da prioritet sayılır. Ötən illər həyata keçirilən iqtisadi siyasət nəticəsində bu istiqamətdə bir sıra nailiyyətlər də əldə olunub. Şabranlılar ölkədə qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə və bu sahədə daha çox məhsul istehsalına öz töhfələrini veriblər. 

Hazırda rayonun ərazisində meyvə yığımı yekunlaşmaq üzrədir. Builki payız xüsusi bar-bərəkəti ilə seçilir. Bunu toplanan məhsulun həcmini göstərən rəqəmlər də təsdiqləyir: rayon üzrə 143,9 hektar xurma bağından 601,6 ton, 135,9 hektar nar bağından 311 ton, 205,9 hektar heyva bağından 1096,6 ton məhsul yığılıb. Şabranın xurma və narı dərilən kimi sahibkarlar tərəfindən öncədən bağlanmış müqavilələr əsasında satışa çıxarılıb. Bu da təbiidir - Şabranın ləziz dadı və əmtəə görkəmi ilə seçilən bu meyvələri bazarda müştəri sarıdan korluq çəkmir. Bağlardan həmçinin 1567 ton alma, 1232,8 ton armud, 311,4 ton ərik dərilib. Bu meyvələrin bir hissəsi emal müəssisələrinə təhvil verilib. Onu da qeyd edək ki, Şabran əriyi də yarmarka və bazarlarda ən çox alınan meyvələrdəndir. Bu meyvələrin üzərinə bağlardan toplanan 1207,5 ton şaftalını, 280,4 ton gavalını da gəlsək, onda Şabran torpağının nə qədər barlı-bəhərli olmasına şübhə yeri qalmaz. 

Amma bunlar da hələ hamısı deyil. Hazırda rayonda badam yetişdirilməsinə də  maraq çoxdur. Bu, Şabranda demək olar ki, yeni sahədir. Çünki cəmi iki il əvvəl badama rayonda o qədər də maraq yox idi. Bu gün isə vəziyyət tamam dəyişib - cari  mövsüm rayon üzrə 150 hektara yaxın sahədən 50 tondan artıq badam yığılıb. Bir neçə  müəssisə məhsulu almaq üçün bağbanlarla müqavilə bağlayıb. Ona görə də növbəti təsərrüfat ilində badam bağlarının sahəsinin genişləndiriləcəyinin nəzərdə tutulması təbiidir.

Bu il fındıq bağları da yaxşı bar verib. 516 tona yaxın məhsul toplanıb. Hazırda Şabranda 1171 hektar fındıq bağı var. Yazda yeni sahələrdə də fındıq tingləri əkiləcək. Yaxın illər fındıq satışının bu rayonun iqtisadiyyatına sanballı töhfə verəcəyi gözlənilir. Fındıqla bərabər qoza da təlabat artıb. Mövsümdə 70 hektar bağdan 113,3 ton qoz yığılıb ki, bu da əvvəlki ildə olduğundan xeyli çoxdur.

Şabranda 405,9 hektar üzüm bağı da var. Onun 273,4 hektarı süfrə və 132,5 hektarı şərab üzümü sahələridir. Şabranın üzümü şirinliyi ilə seçilir. Odur ki, qonaqlar Şabrandan üzümsüz dönməzlər. Bolluğa da söz ola bilməz. Təkcə cari mövsüm plantasiyalardan 3049,3 ton məhsul götürülmüşdür. Məhsuldarlıq 75,1 sentner olmuşdur. Yığılan meyvələrin böyük hissəsi ölkədaxili bazar və yarmarkalarda satılır. Yeri gəlmişkən, deyək ki, ayrı-ayrı bitkilər üzrə ixtisaslaşmanın, müxtəlif təsərrüfatların formalaşmasının da nəticəsi müsbətdir. 

Əvvəlki illərə nisbətən bu il əldə edilən gəlir çox olduğundan növbəti mövsümdə rayonda yeni meyvə bağlarının salınması planlaşdırılır. Bu həm də ona görə yaxşıdır ki, meyvəçilik, bağçılıq əməktutumlu sahədir. 


Akif ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!