27 Avqust 2022 01:13
794
Təhsil
A- A+
9-cu sinif şagirdinin şeirlər kitabı nəşr olunub

9-cu sinif şagirdinin şeirlər kitabı nəşr olunub

 

Siyəzənli məktəbli boş vaxtını smartfonla əylənməyə yox, kitab oxumağa həsr edir

 

Texnologiyanın inkişafı məsafələri yaxınlaşdırsa da, bizi kitab-dəftərdən uzaqlaşdırıb. Oxumaq, yazmaq vərəqdən kompüterə keçib və masaüstü kitabları planşetlər, smartfonlar əvəzləyib.

Kitab mağazaları isə marketlərə çevrilib. İndi insanların beyin yox, mədə aclığı  var. Olmayan elmə, savada maraqdır. Əvəzində nə qədər istəsən mobil telefon satışı və təmiri köşkləri kök salıb ətrafımızda.

Bax, belə bir zamanda kitabla bağlı inana bilmədiyimiz tədbirlər də keçirilir. Məsələn, Siyəzəndə pandemiya dövründə "Evdə qal, kitab oxu" devizi altında böyük bir kampaniya təşkil olunmuşdu. Təxminən rayonun 10-dan çox kəndində və rayon mərkəzində keçirilən bu kampaniyada 3 mindən çox siyəzənli iştirak etmişdi. Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon 9 saylı Sədan kənd filial kitabxanasının müdiri İsmayıl Muradzadə deyir ki, həmin günlər 121 kitab insanlar arasında paylaşılaraq oxunmuşdu. Oxucular daha çox bədii ədəbiyyatı seçmişlər.

İndi Siyəzəndə həmin ənənə davam edir. Məktəb kitabxanalarında keçirilən bədii ədəbiyyat oxucu günlərində ətrafda yaşayan və mütaliə etmək istəyənlərə kitablar paylanır. Hətta rayonun kəndlərində belə bu cür tədbirlər maraqla qarşılanır. Bu günlər Sədan kəndində  "Kitab oxuyaq!" adlı tədbir keçirilib. Tədbir çərçivəsində kənd kitabxanasının həyətində açıq havada oxucularla görüş olub. Oxucular təqaüddə olan polis mayoru Niyətqulu Kərimov, kənd ərazi nümayəndəsinin müavini Qurban Abbasov,  sakinlər  Qabil  Qanbayev, Nahid  Eyvazov, sahibkar Azər Səfərov çıxış edərək bu ənənənin davamlı olmasını arzu ediblər.

İştirakçılara tanınmış yazıçılarla yanaşı, Sədanın 14 yaşlı sakini Amin Muradzadənin yenicə işıq üzü görən "Siyəzənim - ilk şerim mənum" adlı kitabı da təqdim edilib. Qeyd edək ki, Amin hazırda Siyəzən rayon C.Cabbarlı adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Dərs əlaçısıdır. Şeir yazmaqdan savayı Siyəzən rayon Uşaq İncəsənət Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil alır. Özünün dediyi kimi, kitaba sevgi içindən gəlir. Mobil telefondan istifadə etməyən məktəbli gələcəkdə hüquqşünaş olmaq arzusundadır. Hələlik isə elə həmin tədbirdə iştirakçılara onun kitabı hədiyyə edilib.

 

A.ƏLİYEV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!