05 Sentyabr 2024 12:28
250
DÜNYA
A- A+
2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb

2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb

 

Türkiyədən qaçaqmalçılıq yolu ilə gətirilən və uzun illər ABŞ-nin Boston şəhərindəki muzeydə sərgilənən Lidiya dövrünə aid qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğunda təşkil edilən rəsmi mərasimlə Türkiyə rəsmilərinə təhvil verilib. Təxminən 20 santimetr uzunluğunda qızıl və qırmızı əqiq daşlarından hazırlanmış nar formalı muncuqlardan ibarət olan 2500 illik boyunbağı  1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-yə gətirilib.

Böyük əhəmiyyət kəsb edən tarixi əsərin təhvil-təslim mərasimində Türkiyənin Boston baş konsulu Murat Uğurluoğlu, Nyu-York Mədəniyyət və Tanıtma Attaşesi Hilal Dəmirəl və Boston Gözəl Sənətlər Muzeyinin rəsmiləri iştirak ediblər.

Eramızdan əvvəl VI-V əsrlərə aid olan əsər Lidiya sənətinin xarakterik xüsusiyyətlərini daşıyır. Bu günə qədər yaxşı qorunub saxlanılan boyunbağı Bintəpələr nekropolu ərazisindəki inventarda qeydə alınan digər əsərlərə bənzəyir. Qızıl boyunbağının geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsin qorunması baxımından mühüm addım hesab olunur.

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi uzun araşdırmalar nəticəsində tarixi əsərin Bintəpələr kimi tanınan nekropol ərazisinə aid olduğunu müəyyən edib. Bundan sonra nazirlik ötən il Türkiyənin Bostondakı Baş Konsulluğu vasitəsilə əsərin geri qaytarılmasını istəyib.

Qeyd etmək lazımdır ki, bu, bu il Türkiyəyə qaytarılan 21-ci əsərdir. Bintəpələr boyunbağı Anadolu Sivilizasiyaları Muzeyində sərgilənəcək.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!