XXI əsrdə müstəqil dövlət üçün xarici siyasətin prioritetlərini milli maraqlara uyğun müəyyən etmək sadə məsələ deyildir. Qloballaşma dalğasının yaratdığı geosiyasi turbulentliklə regional ziddiyyətlərin qarşılıqlı əlaqəsində düzgün prioritetləri tapmaq hər bir liderdən yaradıcı yanaşma tələb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2024-cü ildə Azərbaycan Respublikasının xarici siyasət kursunun 14 prioritet (üstün, daha çox önəm verilən) istiqamətlərini tamamilə milli maraqlara və müstəqilliyin tələblərinə uyğun müəyyənləşdirmişdir. Dövlət başçısı dərin və hərtərəfli təhlilləri və dəqiq proqnozlaşdırmaları sayəsində çox uğurlu addım atmışdır.
Şübhəsiz ki, vurğuladığımız kimi, bu proses əsaslı kreativ (biz burada "kreativ" terminini praktiki tətbiqi də innovativ olan yaradıcı fəaliyyət mənasında işlədirik) yanaşma tələb edir. Bununla yanaşı, elm üçün maraqlıdır ki, tədqiqatçılar həmin kreativ fəaliyyəti və onun "məhsulları"nı da yenidən araşdırırlar. Dərin və əsaslı dərketmə nəticəsində formalaşan biliklərin özünü təhlil etməyə ciddi ehtiyac yaranır. Bu, müasir dövrün əsas elmi tələblərindən biridir və ona obrazlı şəkildə "idrakın dərk edilməsi" də deyilir.
Prezident İlham Əliyevin xarici siyasət üçün yeni tarixi mərhələdə müəyyən etdiyi 14 üstün istiqamət vurğulanan elmi tələblərə tam cavab verir və təsadüfi deyildir ki, artıq siyasi-nəzəri tədqiqatların aktual mövzusuna çevrilmişdir. Bu kontekstdə Kamal Adıgözəlovun "Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil" adlı kitabı həm aktual, həm də maraqlı bir araşdırmadır. Onun elmi redaktoru olmağa razılığımın kökündə məhz mövzunun aktuallığı, dövlətçilik baxımından zəruriliyi və dərin təhlillərin aparılması (müəllifin imkanları daxilində) gerçəkliyi dayanır. Kitabın bir sıra məziyyətləri üzərində dayanmaq istərdim.
Semantik quruluşu
Sirr deyil ki, müasir elmdə anlayışların məna yükü və ritorikası önəm daşıyır. Bu və ya digər siyasi fikrin ifadə ediləcəyi ritorikanın böyük əhəmiyyəti var. Bir çox hallarda eşidirik ki, siyasi liderin nitqinin semantikası və ifadə formasına əsasən yeridilən siyasətin əsl mahiyyəti haqqında elmi fikir yürüdülür. Məsələn, siyasi lider nitqində radikal və ya qeyri-humanitar termin elementlərinə üstünlük verirsə, peşəkar dilçi alim asanlıqla onun real semantik mənasına varır və söylənən fikrin əsl mənasını üzə çıxarır.
İndi bu məsələ geosiyasi, siyasi, psixoloji, kulturoloji, linqvistik, neyrolinqvistik təhlillərdə geniş yer tutur. Bu baxımdan
İlham Əliyevin xarici siyasət kursunu təhlil edərkən nitqin semantik, struktur və funksional cəhətlərinə ciddi fikir verilməlidir. Çünki Azərbaycan Prezidenti lider kimi dərin, humanitar, sülhpərvər və dialoqa, əməkdaşlığa istiqamətlənmiş diplomatik ritorika tətbiq edir. Dövlət başçımızın bu kontekstdə diplomatik məharəti və uğurlu siyasi kommunikabelliyi tanınmış tədqiqatçılar tərəfindən xüsusi vurğulanır.
Təqdirəlayiqdir ki, K.Adıgözəlov kitabda Prezident İlham Əliyevin məsələləri təqdim etməsində ona məxsus nitq semantikası və ifadə özəlliyini maksimum dərəcədə gözləməyə çalışmışdır. Bu, problemin politoloji qoyuluşunda, aparılan təhlillərin və çıxarılan nəticələrin məntiqində hiss edilir. Buna görə də hesab edirəm ki, kitabın semantik quruluşu müasir politologiyanın tələblərinə uyğundur.
Məzmun və formanın vəhdəti
Bu məsələ hər bir əsər üçün ənənəvi olaraq aktualdır. Lakin yeni tarixi mərhələdə Prezident İlham Əliyevin xarici siyasət üçün müəyyən etdiyi üstün (prioritet) istiqamətlərin təhlilində məzmunla formanı uyğunlaşdırmaq elə də asan məsələ deyildir. Burada nitqin semantikası və ifadə tərzinin müasir elmin tələblərinə uyğun olması kifayətedici deyildir. Müəllif üstün istiqamətləri vahid məntiqi bucaq altına gətirmək üçün, birincisi, hər istiqamətin məzmununu aydın və siyasi baxımdan dəqiq ifadə etməlidir, ikincisi, 14 istiqaməti bütöv sistem (və ya şəbəkə) kimi təqdim etməlidir. Bu isə o deməkdir ki, müəllif araşdırdığı məsələnin məzmunu ilə onun təqdimolunma formasını siyasi-nəzəri terminoloji çərçivədə uyğunlaşdırmalıdır.
Kitabın strukturuna baxdıqda görürük ki, müəllif bu vəzifənin öhdəsindən xeyli dərəcədə gəlmişdir. Belə ki, əsər bir-birilə məntiqi və məzmun bağlılığı olan 5 hissəyə bölünmüşdür və onların ümumi ifadəsi üçün ayrıca "Ümumiləşdirici qənaətlər" bölməsi də vardır. Hissələrdə xarici siyasətin üstün istiqamətlərinin milli, regional, regionlararası və qlobal masştablarda başlıca özəllikləri təhlil edilmişdir. Bir hissədən digərinə keçidin daxili məntiqi izahı vardır. Bununla kitab konkret elmi-tədqiqat məqsədi olan yaradıcılıq nümunəsi təsiri bağışlayır.
Vurğuladığım fikir çərçivəsində kitabın bir sıra tezislərinin üzərində dayanmaq istərdim.
Milli maraqlara əsaslanan müstəqil xarici siyasət
Kitabın bu hissə ilə başlaması maraq doğurur. Çünki yeni mərhələ üçün xarici siyasətin üstün istiqamətlərinin uğurlarının kökündə məhz onun milli maraqlara söykənən siyasi kursun tərkib hissəsi olması dayanır. Müəllif bu əsasda Cənubi Qafqazın perspektivlərinə nəzəri, hüquqi, geosiyasi, siyasi və diplomatik yanaşmanın sintetik işığında baxır. Bu, konkret olaraq, regionda davamlı sülhün təmin edilməsinə yeni mərhələdə regional təhlükəsizlik konseptinin formalaşmasının "geosiyasi və siyasi-diplomatik anatomiyası" müstəvisində baxılmasında öz ifadəsini tapmışdır.
Müəllif həmin nəzəri problemi iki aspektin sintezində nəzərdən keçirir: birincisi, regionda davamlı sülhün bərqərar olması, ikincisi, Cənubi Qafqazın dayanıqlı inkişaf bölgəsinə çevrilməsi.
Bu yanaşmada bir mühüm siyasi məqama işarə vardır - Azərbaycanın regional xarici siyasətində sülhlə dayanıqlı inkişafın vəhdəti əsaslı şəkildə ifadə edilmişdir. Prezident İlham Əliyevin praktiki siyasi və diplomatik fəaliyyətində bu tezis qabarıq şəkildə öz təsdiqini tapmaqdadır. Dövlət başçısı dərin siyasi-nəzəri və geosiyasi təhlillə düzgün proqnozlaşdırmanı üzvü surətdə birləşdirmişdir.
"4M" formulu
Geniş prizmadan baxdıqda, görürük ki, kitab, əslində, bu düşündürücü və yığcam formulun ayrı-ayrı aspektlərinin qarşılıqlı əlaqədə təhlili kimi də təsəvvür edilə bilər. "4M" formulunun müəllifi, təbii ki, Prezident İlham Əliyevdir. Onu ilk dəfə Prezidentin köməkçisi Hikmət Hacıyev ifadə etmişdir. Etiraf edim ki, İlham Əliyev kimi yüksək zəka, fitri istedad, böyük dünyagörüşü və zəngin təcrübə sahibinin, bacarıqlı siyasətçi və mahir diplomatın xarici siyasət kursunun ümumiləşdirici politoloji tədqiqinə çoxdan böyük ehtiyac yaranmışdır. Bunun bir neçə səbəbini burada vurğulaya bilərəm.
Əvvəla, Azərbaycan rəhbəri həqiqi mənada Avrasiyada yeni liderlik nümunəsi yaratmışdır. Bunun məhz Azərbaycan elm adamları və politoloqları tərəfindən fundamental araşdırılması arxivacibdir.
İkincisi, İlham Əliyevin titanik siyasi səyləri sayəsində Avrasiyada İkinci Dünya müharibəsindən sonra Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu aspektin də Azərbaycanda liderlik ənənəsi kontekstində elmi dərki çox vacibdir.
Üçüncüsü, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoymuşdur və həmin mövzunun fəlsəfi, siyasi-nəzəri və digər aspektlərdə tədqiqi zəruridir.
Əlbəttə, başqa faktorları da vurğulaya bilərəm. Lakin bu üç məqam aydın göstərir ki, kitab vurğulanan istiqamətdə həm istiqamətverici, həm də motivəedici rol oynaya bilər.
Onu da vurğulayım ki, burada qeyd edilən aktual məsələlər "Azərbaycan" qəzetinin səhifələrində davamlı olaraq təhlil edilir. Ancaq bu prosesin geniş elmi dairələrdə dərin araşdırılması vacibdir.
Sonda "4M"in məna açılışını qeyd edək. Yeni tarixi mərhələdə xarici siyasətimizin "M"ləri kitabda göstərildiyi kimi, aşağıdakılardır: multivektorallıq, multiregionalizm, multilaterallıq və multikulturalizm! Bu anlayışların siyasi məzmununu dərk etmək üçün əsəri oxumaq gərəkdir!
Kitab faydalı və aktual mövzuya həsr edildiyindən Azərbaycan politoloji fikrində müsbət hadisə kimi qiymətləndirilməlidir. Onun təsvir dili aydın və oxunaqlıdır. Yüksək səviyyədə tərtibatı da diqqət çəkir. Ümid edirəm ki, əsər dəyərli oxucularda maraq oyadacaqdır!
Nizami CƏFƏROV,
akademik
Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
Bu ilin birinci rübündə proaktiv qaydada 40 minə yaxın şəxsə müavinət və təqaüd təyin olunub
Qazaxıstanda TDT ölkələri arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Azərbaycanın Avropanın qaz təchizatında rolu artır
Bakıda 53 evin qaz sayğaclarını oğurlayan şəxslər saxlanılıb
Cəbrayılda sursat partlayışı nəticəsində xəsarət alan hərbçi dünyasını dəyişib
2025-ci ildə Ümumdünya Sağlamlıq Günü ana və uşaq sağlamlığı mövzusunda qeyd edilir
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
Bakıdan Kişinyova hər gün uçuşlar həyata keçiriləcək
Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür
Şuşada növbəti əmək yarmarkası keçirilib
Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!