07 Aprel 2025 11:01
246
SİYASƏT
A- A+
Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib


Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib. “Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü Konfransının Bandunq Bəyannaməsinin qəbulunun ildönümünə təsadüf etməsi baxımından əlamətdar olduğunu deyib. Vurğulayıb ki, bu ay Qoşulmama Hərəkatının yaradılmasının əsasını qoyan Bandunq prinsiplərinin 70 illiyi qeyd olunur. Ötən illər göstərir ki, Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirməyib. Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir. Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.

Milli Məclisin sədri vurğulayıb ki, ölkələrimiz Qoşulmama Hərəkatının işinə cəlb olunmaqla bu prinsipləri mənimsəməkdə və onlara sadiq qalmaqda əzmkar olublar. Digər tərəfdən, parlamentlərimiz Bandunq prinsiplərində təsbit olunmuş idealların və məqsədlərin həyata keçirilməsində mühüm rol oynamaq arzusu ilə çıxış ediblər. Bu yanaşma təkcə bu prinsiplərin irəliləyişində hökumətlərimizə dəstək verməyə hazır olduğumuzu deyil, həm də sülh, ədalət və davamlı inkişaf naminə parlamentlərarası əməkdaşlığın potensialına möhkəm inamı göstərir. Bu mənada, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bizim ümumi baxışımızı əks etdirir.

Çıxışının sonunda Milli Məclisin sədri qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini daha da inkişaf etdirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün yaxşı imkanlar var. O, üzv parlamentləri bu prosesdə fəal iştirak etməyə və ümumi məqsədlərin təşviqi istiqamətində birgə işi davam etdirməyə çağırıb.

Sonra konfransda çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunqonq, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Misir Nümayəndələr Palatasının sədri Hanafi Gebali, Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid, Nepal Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Dev Raj Gimire, Maldiv Xalq Məclisinin sədri Abdulrahem Abdulla və digərləri konfransın mövzusunun aktuallığı, müasir beynəlxalq münasibətlərdə Bandunq prinsiplərinin dəstəklənməsinin vacibliyi ilə bağlı fikirlərini səsləndiriblər. Çıxışçılar Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı, təşkilatın beynəlxalq rolunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, ölkəmizə bu sahədəki geniş fəaliyyətindən ötrü minnətdarlıqlarını bildiriblər. Həmçinin təşkilati məsələlərlə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Konfransın gündəliyində duran bir sıra təşkilati məsələlərə də baxılıb. S.Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi, həmçinin sədr müavinlərinin də səlahiyyət müddətinin növbəti dövr üçün artırılmasına dair qərar qəbul olunub. Bu qərar layihəsinin müzakirəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin böyük əksəriyyəti sədr və müavinlərin səlahiyyət müddətlərinin yenilənməsi məsələsinə dəstək göstəriblər.

Konfransda, həmçinin Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən Büro və daimi komitələrin fəaliyyətlərinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktına və COP29-un mühüm nəticələrinə, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış insanların, o cümlədən Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DYP gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

12:59
14 Aprel

Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələrini əmr edib  

12:57
14 Aprel

Rumıniya Senatının rəsmi nümayəndəsi Bakıda Zəfər parkını ziyarət edib

12:56
14 Aprel

Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

12:29
14 Aprel

Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq

12:29
14 Aprel

Avropadakı Azərbaycan diasporu Ermənistanın mina terroruna etiraz edib

12:24
14 Aprel

BŞDYPİ-nin əməkdaşları Moldovada yol polislərinə mototəlim keçiblər

12:22
14 Aprel

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNİB

12:14
14 Aprel

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

12:08
14 Aprel

TDT üzvləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi təsdiqlənib QANUN

11:29
14 Aprel

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova

11:27
14 Aprel

Dövlət Xidmətinin hərbi qulluqçularına medallar təqdim olunub

11:26
14 Aprel

Baş prokuror: Xankəndidə hüquq ixtisasının təşkili strateji əhəmiyyət daşıyır

11:26
14 Aprel

Bu gün görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür

11:24
14 Aprel

Kamran Əliyev: Heydər Əliyev suveren və hüquqi dövlət quruculuğunun memarıdır

11:23
14 Aprel

Dünya birjalarında neft bahalaşıb

11:22
14 Aprel

Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib  

11:19
14 Aprel

DİN: Ötən iki gündə vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

10:34
14 Aprel

Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib

10:33
14 Aprel

DSX: PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

09:36
14 Aprel

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir  

09:34
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!