Ömrün hər anı o zaman mənalı, ürəyəyatımlı olur ki, aydın məqsəd yolunda inamlı addımlar atırsan, necə deyərlər, yerişinə-duruşuna, əməllərinə fikir verirsən, niyyətin saf, əməllərin sözlərinə uyğun olur. Bu cəhətə fikir verənlər həyat yollarında həmişə uğur qazanır, yaxınların, doğmaların, dost-tanışların sevimlisinə çevrilirlər.
Anadan olmasının 75, pedaqoji-elmi fəaliyyətinin 55 illiyi bu günlərdə tamam olan Əməkdar incəsənət xadimi, professor Nazim Kazım oğlu Kazımov da hamının sevimlisi, qadir Allahın xalqımıza bəxş etdiyi qənimət insanlardandır.
Professor Nazim Kazımov və sadiq dostları üçün əlamətdar olan bu günlərdə onun keçdiyi mənalı ömür yoluna nəzər salarkən iftixar hissi ilə bu qənaətə gəldik ki, o, öz işini mükəmməl bilən, musiqi təhsili aləmində dəst-xəti, dəyərli fəaliyyət istiqamətləri ilə tanınan, sayılıb-seçilən pedaqoq alimdir.
Xalqına, Vətəninə sədaqətlə xidmət edən bu zəhmətsevər insanın ülviyyətindən, peşə məharətindən hər yerdə ağızdolusu danışırlar. Onun ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı olan Naxçıvandan başlanıb. 1950-ci il aprelin 4-də dünyaya gələndə müdrik insan titulunu daşıyan Kazım kişiyə, qohum-əqrəbaların istəklisi Həcər anaya gözaydınlığı verənlər çox oldu. Həcər ananın həzin laylaları ilə dünyanı dərk etməyə başlayan Nazimin körpəlik-uşaqlıq illəri də bir-birindən maraqlı keçdi.
Görkəmli pedaqoq-psixoloq alimlərin gəldiyi qənaətə görə, insanın məktəbəqədər dövrdəki təəssüratlarının, həyat müşahidələrinin və qabiliyyətlərinin zənginliyi sonrakı həyat mərhələlərinin mənalı keçməsi üçün möhkəm zəmin yaradır. Bəlkə, elə buna görədir ki, o dövrdə iti hafizəsi, bədii maraq və qabiliyyəti ilə yaşıdlarından fərqlənən Nazim ədəbiyyata, musiqiyə könül verdi. 1956-cı ildə ayaq açdığı Naxçıvan şəhər Üzeyir bəy Hacıbəyli adına 1 nömrəli orta məktəbdə və bir neçə il sonra Naxçıvan şəhər musiqi məktəbinin tar sinfində oxuyarkən fəallığı ilə seçildi. Onda ədəbiyyata, musiqiyə güclü həvəs vardı. Ona görə də orta təhsilini başa vurarkən iki yolun ayrıcında qaldı. Lakin çox düşünmədən ədəbiyyatı da, musiqini də özünə "yol yoldaşı" etdi. 1966-cı ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil oldi. 1967-ci ildən isə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başladı.
1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib təyinatla Əli Bayramlı şəhər musiqi məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayanda universitet təhsilini qiyabi yolla davam etdirdi və 1973-cü ildə universiteti filoloq ixtisası üzrə bitirdi. Musiqi təhsilini artırmaq üçün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil oldu. İxtisas müəllimləri - Xalq artistləri, Dövlət mükafatı laureatları, professorlar Səid Rüstəmov (tar ixtisası üzrə), Süleyman Ələsgərov (dirijorluq ixtisası üzrə) yetirmələrinin uğurlarından fərəhlənir, ifaçılıq qabiliyyətini yüksək qiymətləndirirdilər.
"Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm". Bu sözlər görkəmli bəstəkarımız, professor Səid Rüstəmova aiddir. O, hələ 50 il bundan əvvəl öz yetirməsi haqqında təəssüratını böyük iftixar hissi ilə bildirmişdi.
N.Kazımovun 55 illik əmək fəaliyyətinin 16 ili Əli Bayramlı şəhər musiqi məktəbi ilə bağlıdır. O, bu məktəbdə 1970-ci ildən tar müəllimi, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışarkən məktəbin şöhrəti daha da artmışdı. Nazim müəllim o dövrdə şəhər sovetinin deputatı kimi uşaqların və məktəbli gənclərin estetik tərbiyəsi naminə bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, yeni musiqi kollektivlərinin - Xalq çalğı alətləri orkestrinin və ansamblının yaradılmasına nail oldu. Respublikada müxtəlif devizlərlə keçirilən baxışlarda, müsabiqələrdə məktəbin gənc istedadları həmişə fərqlənir, aldıqları fəxri fərmanların, diplomların sayı ilbəil artırdı. Həmin illərdə tələbələrdən Ariz Abdullayev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov musiqi məktəbi şagirdlərinin ifaçılığı üzrə respublika müsabiqələrində laureat adına layiq görüldülər. Əlbəttə, bunlar hər şeydən əvvəl pedaqoji kollektivin və bu kollektivə bacarıqla rəhbərlik edən Nazim müəllimin aydın məqsəd yolunda səylə çalışmasının real nəticələri idi. Onun yetirmələrindən bir çoxu indi də müstəqil respublikamızda musiqi təhsilinin inkişafı, müasir tələblər səviyyəsində qurulması naminə böyük həvəslə, səylə çalışırlar.
Çalışdığı, sevib-seçdiyi sahənin bilikli, səriştəli mütəxəssisi kimi tanınmaq, sayılıb-seçilmək həqiqətən böyük qabiliyyətdir. Nazim müəllim 1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərməyə irəli çəkiləndə də, şübhəsiz, məhz bu cəhət nəzərə alınmışdı. Burada o, təxminən 10 il inspektor, aparıcı mütəxəssis, rəis müavini vəzifələrində çalışaraq təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb edir. O, eyni zamanda 1997-ci ildən 2001-ci ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini aparır, rəhbərlik etdiyi təşkilatın fəaliyyətini səmərəli qurmaqla həmkarlar ittifaqı üzvlərinə göstərdiyi diqqət və qayğısı, insaniliyi, ağır-ağayanalığı, hər kəsin yerini, dilini bilmək qabiliyyəti ilə bu mötəbər qurumun kollektiv üzvlərinin dərin rəğbətini qazanır.
Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də həmişə arayıb-axtarmağa səy göstərmişdir. 1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olanda bu səyi, həvəsi daha parlaq şəkildə nəzərə çarpdı. Mətbuat səhifələrində bir-birindən maraqlı yazılarlarla çıxış etdi. 1997-ci ildə elmi araşdırmaların nəticəsində o, "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müvəffəqiyyətlə müdafiə etdi. N.Kazımovun çap etdirdiyi "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı" (Bakı, 1998), "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" (Bakı, 1996, 2000), "Tar ilə fortepiano üçün pyeslər məcmuəsi" (Bakı, 1999) həm Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin şagirdləri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.
O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində pedaqoji fəaliyyətini davam etdirərək musiqiçilərin hazırlanmasında yaxından iştirak edir. Azərbaycan Dövlət Konservatoriyasında 1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə baş müəllim, 1998-2006-cı illərdə dosent vəzifələrində çalışır. 2006-cı ilin fevral ayında Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında professor vəzifəsinə seçilir. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2001-ci ildə N.Kazımovu Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrilmişdir. Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyəti layiqincə qiymətləndirilən N.Kazımov müxtəlif vaxtlarda fəxri fərmanlara, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görüldü. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adı verildi.
Prezident İlham Əliyevin görkəmli bəstəkar və musiqi xadimi, Dövlət mükafatı laureatı Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsi haqqında 24 yanvar 2007-ci il tarixli sərəncamı bu ölməz bəstəkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü idi. Unudulmaz müəlliminə, onun irsinə göstərilən bu diqqət, verilən qiymət onu daha çox sevindirirdi. Üzərində işlədiyi "Səid Rüstəmov" monoqrafiyası tezliklə işıq üzü gördü.
Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyanlardan biri olan, cəmi 23 il ömür sürən (1909-1932) Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən çap olundu və dərs vəsaiti səviyyəsində dəyərləndirilidi.
Nazim müəllimin rəhbərlik etdiyi möhtəşəm təhsil ocağının - Musiqi kollecinin 110 illiyinə həsr etdiyi və 2008-ci ildə çapdan buraxılmış kitab da maraqla qarşılandı. Musiqi təhsili işçiləri, sənətşünas alimlər, müəllimlər, tələbələr və geniş musiqi ictimaiyyəti üçün nəzərdə tutulan vəsaitdə bu müqəddəs sənət - təhsil ocağının keçdiyi inkişaf yolu tarixi mərhələlərlə nəzərə çatdırılır.
Onun ölkəmizdə musiqi təhsilinin, bütövlükdə musiqi mədəniyyətinin inkişafı sahəsində pedaqoq, bəstəkar kimi öz dəst-xəti ilə tanınan Adil Gəray Məmmədbəyliyə həsr etdiyi monoqrafiyası da diqqətə layiqdir. 2015-ci ildə "Nərgiz" nəşriyyatı tərəfindən nəşr olunan vəsaitdə görkəmli musiqi xadiminin geniş, hərtərəfli bəstəkarlıq və pedaqoji fəaliyyəti işıqlandırılır.
N.Kazımov geniş diapazona malik musiqi pedaqoqudur. Bu ali keyfiyyət onun həyata, ətraf aləmə baxışı, dünya görüşü ilə bağlıdır. Professor Nazim Kazımov yaxşı bilir ki, milli şüurun, vətənpərvərlik tərbiyəsinin inkişafında, formalaşmasında musiqinin çox böyük rolu, təsir imkanları var. Bax elə buna görə də o, ali və orta ixtisas musiqi məktəblərində, habelə ümumtəhsil məktəblərində musiqi fənlərinin müasir tələblər səviyyəsində tədrisinə, pedaqoji, metodik təminatına müsbət təsir göstərən tədris vasitələrinin hazırlanmasında yaxından iştirak edir. O, tədrisi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin 2, 5, 7, 8-ci sinifləri üçün son illərdə nəşr edilən "Musiqi", "Muzıka" dərsliklərinin həmmüəlliflərindən biridir.
2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının 20 illik yubileyi çərçivəsində mükafatlandırılan professor müəllim heyəti arasında Nazim Kazımov II dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Nazim müəllim həyatının, yaradıcılığının müdrik çağında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi kollecinə - burada çalışan yaradıcı kollektivə çox böyük diqqət və qayğı ilə rəhbərlik edir. Onu da deyək ki, uzun müddət qəza vəziyyətində olan binada yerləşmiş bu möhtəşəm təhsil ocağının yeni ünvanda, müasir tələblər səviyyəsində fəaliyyət göstərməsində də Nazim müəllimin böyük əməyi var. Bunu kollecin adlı-sanlı müəllimləri, tələbələri və təhsil ocağı ilə müntəzəm əlaqə saxlayan valideynlər də etiraf edirlər. Bu möhtəşəm təhsil ocağının nəyə qadir olması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam ifaçılığı müsabiqələrində də parlaq şəkildə nəzərə çarpdı. Müxtəlif illərdə keçirilən bu müsabiqələrdə Musiqi kollecinin tələbələri uğurla çıxış etmişlər.
Bütün bunlar böyük fəxrlə, ürək-qəlb genişliyi ilə belə fikir söyləməyə əsas verir ki, zəngin ənənəsi, tarixi olan bu möhtəşəm musiqi təhsili ocağının rəhbəri, professor Nazim Kazımov daha xoş günlərin, gələcək uğurların təməlini qoyur. Ömrünü müqəddəs musiqi sənətinə vurğunluqla aşılayan həmkarımıza 75 illik yubileyində möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayırıq!
Vidadi XƏLİLOV,
pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
M.C.Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında
“Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nın təsdiq edilməsi haqqında
Zərərçəkən: Tibb məntəqəmiz, sanitar maşınlarımız, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ
Bakıda Pakistanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib
UNESCO İcraiyyə Şurasının sessiyasında Azərbaycanın Milli bəyanatı səsləndirilib
Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub
Azərbaycan və Çin liderlərinin sıx münasibətləri ölkələrimizin əməkdaşlığına töhfə verir
Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlim keçirilib
Səfir: Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında 1,5 milyondan çox mina basdırıb
Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tədbir keçirilib
Nazirlər Kabinetində İran nümayəndə heyəti ilə görüş keçirilib
Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur
FHN gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırır
Tbilisidə 31 Mart soyqırımı, Qərbi Azərbaycana Qayıdış və mina problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Teymur Musayev: TDT üzv ölkələrinin 200 milyona yaxın əhalisi səhiyyə investisiyaları üçün böyük maraq yaradır
Səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib
Azərbaycanda ilk dəfə smart televizorlar istehsal ediləcək
Müstəqilliyimiz əbədidir: İslam dininin, “Qurani-Kərim”in Azərbaycan xalqı üçün açdığı yol davam edəcək
Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15 faizə qədər artıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!