08 Aprel 2025 19:51
505
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən yeni nəşrlərin təqdimatı olub


Aprelin 8-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar” və “Qərbi Azərbaycan: tarixi yaddaşımız” kitablarının, eləcə də “Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsi və onun yekun sərgisi əsasında tərtib edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Vətənim Qərbi Azərbaycan” albom-kataloqunun təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından bildirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, təqdim edilən nəşrlər və sərgi Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və milli kimliyin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu təşəbbüslər, eyni zamanda, gələcək nəsillərə sağlam tarixi yaddaşın ötürülməsi və Ermənistan tərəfindən aparılan saxtalaşdırılmaların ifşası məqsədini daşıyır.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov vurğulayıb ki, bu nəşrlər sadəcə tarixi araşdırma deyil, həm də kollektiv yaddaşın dirçəlməsinə yönəlmiş strateji sənədlərdir. Tarixi faktlara əsaslanan bu tədqiqatlar Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə təqdimatı üçün önəmli rol oynayır.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu təşəbbüslər tarixi reallıqların sənədləşdirilməsi, mədəni yaddaşın qorunması və milli kimliyin gələcəyə daşınması baxımından nümunəvi yanaşmadır. Deputat qeyd edib ki, hər üç nəşr bir-birini tamamlayaraq Qərbi Azərbaycan həqiqətlərini çoxşaxəli şəkildə təqdim edir.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova çıxışında qeyd edib ki, nəşrlər tarixi təhriflərin qarşısının alınmasında mühüm rol oynayacaq. O bildirib ki, Qərbi azərbaycanlıların keçmişi, mədəniyyəti və yaşadığı faciələr bu kimi elmi əsaslı sənədlərlə daha geniş auditoriyalara çatdırılmalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa bu təşəbbüsü milli yaddaşın bərpasına yönəlmiş kompleks və vacib addım kimi dəyərləndirib və vurğulayıb ki, elmi faktlar, icmal məlumatlar və rəsm əsərləri vasitəsilə tarixə yanaşmaq həm rasional, həm də emosional dəyərləndirməyə imkan verir.

İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri, Əməkdar elm xadimi Fərrux Rüstəmov çıxış edərək bu təşəbbüsün davamlı xarakter daşımasının zəruriliyini vurğulayıb.

Sonda çıxış edən, təqdim olunan iki kitabın müəllifi, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa, İcma rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. O deyib ki, “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Qərbi Azərbaycan: tarixi yaddaşımız” və “Vətənim Qərbi Azərbaycan” adlı bu nəşrlər Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı strateji yanaşmasından və elmə-təhsilə göstərdiyi xüsusi qayğıdan qaynaqlanaraq hazırlanıb. Müəllifin sözlərinə görə, kitablar Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla sistemləşdirilməsi və milli yaddaşın qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!