26 İyul 2026 10:10
266
Mədəniyyət
A- A+
“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

Bu il süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunan “Yay Fest 2026” ölkənin müxtəlif bölgələrindən gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarının inkişafına, innovativ düşüncə tərzinin formalaşdırılmasına və şəbəkələşməsinə töhfə verir.

AZƏRTAC xəbər verir ki, 20-24 iyul tarixlərində festival çərçivəsində sayca ikinci olan "Media və Rəqəmsal Savadlılıq" düşərgəsi baş tutub. Düşərgə gənclərin müasir media sahəsində düzgün informasiya ilə işləmək bacarıqlarının artırılması, rəqəmsal dünyada təhlükəsiz mühitin yaradılması, süni intellekt texnologiyalarından etik və səmərəli istifadə, eləcə də şəxsi brendin formalaşdırılması istiqamətində nəzəri və praktiki biliklər qazanmalarına imkan yaradıb.

Milli Mətbuat Gününə təsadüf edən düşərgə zamanı ölkənin tanınmış aparıcı və jurnalistləri, dövlət və özəl sektorun media və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərinin iştirakı ilə "Rəqəmsal dövrdə media savadlılığı", "Rəqəmsal dövrdə etibarlı media, yeni trendlər və gənclər üçün karyera imkanları", "Süni intellekt alətlərindən effektiv və etik istifadə", "Rəqəmsal savadlılıq, dezinformasiya və süni intellekt dövrünün çağırışları", "Ekrandan həyata: Təcrübə, dəyərlər və uğur hekayələri" və "Rəqəmsal dünyada şəxsi brend, yaradıcılıq və məsuliyyət" mövzularına həsr olunmuş təlim sessiyaları və panel müzakirələri təşkil olunub.

Düşərgə proqramı nəzəri biliklərlə yanaşı, iştirakçıların komanda işi, liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müxtəlif interaktiv fəaliyyətlərlə də zəngin olub. Eko çantaların boyanması üzrə master-klass, "Rəqəmsal zəka" intellektual yarışı, voleybol turniri, haykinq, Rəsədxana muzeyinə ekskursiya, airsoft taktiki oyunu və əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edib.

Beş gün davam edən düşərgənin sonuncu günündə iştirakçılar IDEA İctimai Birliyi tərəfindən keçirilən infosessiyada interaktiv oyunlar vasitəsilə təbiəti necə qorumağın yollarını öyrəniblər. Daha sonra gənclər Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov və tələbələri ilə görüşüblər. Görüş zamanı sevimli xalq mahnılarımız səsləndirilib, milli musiqi irsimiz haqqında dəyərli fikirlər bölüşülüb və gənclər üçün ustad dərsi keçirilib.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” sentyabr ayınadək "Kreativ AI", "Müasir Şəhərlər və Texnologiya", "Elm, Etika və Gələcək", "Mühəndislik və Kod", "Startap və Sahibkarlıq", "AI – İdman və Sağlamlıq" mövzuları üzrə növbəti düşərgələrlə davam edəcək.

“Yay Fest 2026” Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurası, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!