02 Avqust 2024 09:30
389
CƏMİYYƏT
A- A+
Yaxınları onun qəhrəmanlığı ilə fəxr edirlər

Yaxınları onun qəhrəmanlığı ilə fəxr edirlər

 

Erməni qəsbkarları 27 sentyabr 2020-ci ildə təxribat törədib torpaqlarımıza hücum çəkəndə Vətən qeyrəti çəkən oğullarımız yurdumuzun müdafisinə qalxdılar. 
44 günlük Vətən müharibəsində iştirak edən, erməni işğalçılarına qarşı cəsarətlə vuruşan oğullarımızdan biri də İbrahimli Kənan Azad oğlu idi. Yoldaşları arasında səmimiyyəti, ziyalılığı ilə seçilən Kənan İbrahimlinin Qarabağda şücaət göstərəcəyinə bəlkə də doğmalarından başqa heç kim inanmazdı. Amma o, - sakit təbiətli, mülayim xarakterli, nümunəvi davranışı, tərbiyəsi ilə fərqlənən Kənan Vətən müharibəsində igidliyinə görə çoxlarına örnək oldu. Erməni qəsbkarları ilə cəsarətlə döyüşdü, üzərinə düşən döyüş tapşırığını bacarıqla yerinə yetirdi. İndi doğulduğu kəndin təkcə yaşlıları, cavanları yox, uşaqları da Kənanın qəhrəmanlığı ilə öyünüb fəxr edirlər...
İbrahimli Kənan Azad oğlu 1999-cu il mayın 28-də Cəlilabad rayonunun Adnalı kəndində dünyaya göz açıb. 2005-ci ildə məktəbə gedib. Dərslərə böyük maraq göstərib. Mülayim xasiyyəti ilə başqalarından seçilib. Mədəniyyəti ilə yaşıdları arasında sevilən bu sakit oğlan orta məktəbin təhsili ilə kifayətlənməyib. Təhsilini Masallı Dövlət Regional Kollecində davam etdirib. Sabahın bacarıqlı mütəxəssisi olmaq üçün yeni-yeni biliklərə yiyələnib.  
Kənan İbrahimli 2017-ci ilin iyulunda hərbi xidmətə çağırılıb. Həmin ayın  15-də Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Oxuduğu təhsil müəssisələrində seçildiyi kimi, hərbi xidmətdə də fərqlənməyi bacarıb. Xidmətinin ilk günlərindən minaatan qurğusunun sirlərinə dərindən yiyələnməyə başlayıb. Təlimlərdə fəal iştirak edən Kənan kifayət qədər döyüş təcrübəsi toplayıb. Xidmətdə fərqləndiyinə görə dəfələrlə komandanlıq tərəfindən fəxri fərmanlarla mükafatlandırılıb. 
Həqiqi hərbi xidmətini 2019-cu ilin yanvarında başa vuran Kənan İbrahimli yenidən tələbəlik həyatına qayıdıb, yarımçıq qalmış təhsilini davam etdirib. Erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda yenidən ordu sıralarına yazılıb. 
Sentyabrın 27-də döyüşlərin ilk günündən ordu sıralarında olan Kənan Hadrut qəsəbəsiinin azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Hadrutun azadlığı uğrunda cəsarətlə vuruşub. Həmişə döyüş yoldaşlarına ürək-dirək verib, onları qələbəyə ruhlandırıb. Ön mövqedə 4 nəfərlə düşmənə qarşı vuruşarkən İbrahimli Kənan Azad oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində düşmən geri oturdulub. Kənan ölümü ilə bir neçə hərbçi yoldaşını xilas edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə və cəsarətə görə ölümündən sonra İbrahimli Kənan Azad oğlu  "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə"  "Cəsur döyüşçü",   "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Əsgər Kənan İbrahimli kimi cəsur oğullar heç vaxt unudulmayacaq. Azərbaycan xalqı onları həmişə hörmətlə xatırlayacaq. Yaxınları, dost-tanışları bu igidlərin qəhrəmanlığı ilə həmişə fəxr edəcəklər.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!