21 Avqust 2024 08:05
1491
SİYASƏT
A- A+
Xalqa xidmət, dövlətə sədaqət missiyası

Xalqa xidmət, dövlətə sədaqət missiyası

 

İnsanın həyatının ali təcəssümü onun dövlətinə sədaqətində və mənsub olduğu xalqa təmənnasız xidmətində ifadə olunur. Azərbaycanın müasir tarixi, əldə etdiyimiz möhtəşəm nailiyyətlər və qələbələr müstəqil dövlətimizə misilsiz xidmət nümunələri olan Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrikliyinin və fədakarlığının yaratdığı milli sərvətlərimizdir. 
Bu sərvətləri və tarixi anları Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hamılıqla təqdir olunan çoxşaxəli fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bütün varlığı ilə müstəqil Azərbaycana bağlı olan, var gücü ilə xalqa təmənnasız xidmət göstərən Mehriban xanım Əliyeva ölkəmizin çiçəklənməsinə, müasirləşməsinə, mənəvi dəyərlərimizin inkişafına əvəzsiz töhfələri ilə milyonların qəlbində özünə dərin hörmət və ehtiram qazanıb, sözün həqiqi mənasında dövlətçiliyə misilsiz sədaqət simvoluna çevrilib. 

 

Birinci xanım: insana sevgi və xeyirxahlıq nümunəsi 

 

Birinci olmaq həmişə böyük məsuliyyətdir. Lakin etiraf etmək yerinə düşər ki, Mehriban Əliyeva üçün birincilik təkcə 2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar ölkəmizin birinci xanımı statusuna yüksəlməsində ifadə olunmur. Müasir və demokratik ölkələrin əksəriyyətində böyük ictimai məna daşıyan birinci xanım statusunun ölkəmizdə formalaşması və özünütəsdiqi taleyin hökmü ilə Mehriban Əliyevanın qismətinə düşüb. Bu mənada birincilik təkcə birinci xanım adına sahib olmaq anlamında deyil, həm də bu vacib statusun müstəqil Azərbaycan dövlətində ilk dəfə yaradılması məsuliyyəti mənasında qəbul edilməlidir. 
Mehriban Əliyevanın həm ölkəmizdə birinci xanım institutunun ən gözəl nümunəsini yaratmağa, həm də birinci xanım rolunu ən uğurlu, insanlara ən faydalı şəkildə icra etməyə nail olduğunu sübut etməyə heç bir ehtiyac yoxdur. Azərbaycan xalqı ölkəmiz üçün yeni olan bu institutla məhz onun təqdimatında tanış oldu, qəbul etdi və etimad göstərdi. İndi Azərbaycanın ictimai həyatında birinci xanım statusu nəinki özünü dərindən təsdiq edə bilmişdir, həm də sevindirici haldır ki, Mehriban Əliyevanın birinci xanım nümunəsi bu təsisatın mənasının və dəyərinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə səciyyələnməkdədir. Gənc dövlətimizin bir çox sahələrdə nümunə missiyası məhz birinci xanım Mehriban Əliyevanın sayəsində daha da zənginləşmək, bir sıra yeni çalarlar qazanmaq imkanı əldə edib. 
Birinci xanım Mehriban Əliyevanın missiyasının əsas qayəsi insanlara qayğı göstərmək, onların ehtiyaclarının ödənilməsinə çalışmaq, hər kəsə dəstək olmaqdan ibarətdir. Xeyirxahlıq, cəmiyyətdə xeyriyyəçilik ənənələrinin möhkəmləndirilməsi sosial bərabərlik və sosial həmrəylik ideyalarının başlıca dəyərləridir. Gənc Azərbaycan dövlətində bu dəyərlərin dərin kök atması və ictimai hərəkat kimi qərarlaşması birinci xanımın müstəsna xidmətlərindən biri sayılmaqdadır. Hərtərəfli qayğı ilə əhatə olunan insanların sosial problemlərinin həll edilməsi və bununla bərabər cəmiyyətdə ictimai məmnunluq indeksinin yüksəlməsi onun xeyirxahlıq və sosial əməkdaşlıq missiyasının böyük uğuru adlandırıla bilər. 
Mehriban xanım Əliyevanın qayğı və xeyirxahlıq missiyasının xüsusi məna kəsb edən digər hədəfi ölkədə ictimai etimadın və dialoq mühitinin möhkəmləndirilməsidir. Birinci xanım institutunun mühüm vəzifəsi, bir qayda olaraq, özünün ifadəsini hakimiyyətlə xalq, Prezidentlə əhali arasında etibarlı körpü rolunu oynamaqda tapır. Mehriban Əliyevanın bütün fəaliyyəti, insanlarla ünsiyyəti, ehtiyacı olanlara qayğısı, uşaqlara hədsiz məhəbbəti və həssas münasibəti ictimai etimadın ən gözəl nümunəsi kimi qəbul edilir və qiymətləndirilir. Birinci xanımın şəfqət və xeyirxahlıq dolu fəaliyyəti dövlətin sosial qayğısının məzmun və miqyasını əhəmiyyətli dərəcədə zənginləşdirir və genişləndirir, onun əlçatanlıq indeksini xeyli yüksəldir.
İqtidarın siyasi xəttini səciyyə edən ən vacib indikatorlar sırasında onun fəaliyyətinin ictimai rəydə yaratdığı məmnunluq indeksi xüsusi yer tutur. Cəmiyyətimizə xas olan iqtidar-xalq birliyi formulunun mövcudluğu hökumətin fəaliyyətindən məmnunluq indeksinin yüksəkliyindən xəbər verir. Prezident İlham Əliyev iqtidarına xas olan sözügedən birliyin formalaşmasında Mehriban Əliyevanın xidmətlərinin ayrıca yer tutması diqqətdən yayınmır. "Mən bütün Azərbaycan xalqının prezidentiyəm" deyən və bunu öz fəaliyyəti ilə doğruldan İlham Əliyevə dərindən inanan cəmiyyətimiz birinci xanım Mehriban Əliyevanın xalqa ləyaqətlə və sevgi ilə xidmət göstərmək haqqını da qəbul edir və bu haqqa böyük ehtiramla yanaşır. 
Birinci xanım institutu təkcə sosial qayğı və xeyirxahlıq missiyası ilə məhdudlaşmır. Cəmiyyətdə ictimai məna və əhəmiyyət kəsb edən heç bir problem əslində Mehriban Əliyevanın diqqətindən kənarda deyil. Ölkəmizin müasirləşməsi, milli-mənəvi dəyərlərin inkişafı, Azərbaycanın dünyada təbliği, Bakıda beynəlxalq əhəmiyyət daşıyan çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirilməsi, həyatımızın keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verən bir sıra layihə və təşəbbüslər xeyli dərəcədə Mehriban Əliyevanın yaxından iştirakı sayəsində reallaşır. 
Azərbaycanın birinci xanımı bir çoxlarından ötrü qayğı və xeyirxahlıq ünvanı, digərlərindən ötrü isə ilham və fədakarlıq mənbəyidir. Onun qayğısından fayda görən minlərlə, on minlərlə insanla yanaşı, birinci xanımın fədakarlığından, dövlətə sədaqətindən və xalqa xidmət nümunəsindən ilham alaraq uğur yolunu tapmış, cəmiyyətimizə böyük töhfə verən yüzlərlə, minlərlə vətənpərvərlərimiz də var. Həm birincilər, həm də ikincilər həyatda qazandıqları ən əhəmiyyətli dəstəyə və motivasiyaya görə Mehriban xanım Əliyevaya minnətdar olduqlarını heç zaman unutmur və qəti əminəm ki, unutmayacaqlar.

 

Heydər Əliyev Fondunun prezidenti: möhtəşəm layihələr və təşəbbüslər

 

Mehriban xanımın təşəbbüsü ilə işıq üzü görən və Azərbaycanın həyatında dərin iz buraxan layihələrin bir çoxu Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Nəinki ölkəmizdə, hətta regionda ən möhtəşəm ictimai təşkilat kimi qəbul edilən bu fond Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği ilə yanaşı, cəmiyyətin mədəni həyatında əhəmiyyətli rol oynayan çoxsaylı təşəbbüsləri sayəsində məşhurluq qazanıb. 
Mehriban Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi hər şeydən əvvəl onun xalqımızın Ümummilli Liderinin zəngin siyasi irsinə dərin bağlılığının ifadəsi olaraq qəbul edilir və dəyərləndirilir. Fondun bu dahi insanın ideyalarının xüsusilə gənc nəsillər arasında təbliğinə böyük diqqət ayırması deyilənlərin təsdiqidir. O da nəzərdən qaçırılmır ki, müasir şəraitdə Heydər Əliyev ideyalarının yaradıcı təbliği yeni yanaşma üsulları tələb edir. Dahi şəxsiyyətin adını daşıyan fond tərəfindən cəmiyyətin həyatında mühüm rol oynayan, insanların problemlərinin həllinə kömək məqsədi güdən layihələrin həyata keçirilməsi məhz belə yanaşma üsuluna gözəl nümunədir. 
Sosial problemlər, mədəni və milli-mənəvi dəyərlər bütün dövrlərdə insanları düşündürən, cəmiyyətin əhvali-ruhiyyəsinə birbaşa təsir göstərən amillərin sırasında ön yerlərdə dayanıb. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondu yarandığı gündən sözügedən problemləri öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Əgər belə demək mümkündürsə, sosial qayğı və milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyev Fondunun vizit kartı rolunu oynamışdır və bu gün də oynamaqdadır. Heydər Əliyevin adını daşıyan fondun fəaliyyətinin əsas qayəsini və istiqamətini bundan daha dəqiq təsəvvür etmək sadəcə olaraq mümkün deyil. 
Heydər Əliyev Fondunun ilk layihələrindən etibarən cəmiyyət aydın şəkildə sosial-yönümlü fəaliyyətin yeni formada və yeni məzmunda aparılmasına üstünlük verən əzəmətli qeyri-hökumət təşkilatının meydana gəldiyinə əmin olmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi fondun maraq dairəsi ilə bərabər, fəaliyyətinin miqyasının da üzərinə işıq saçır. Burada cəmiyyətin həssas sosial problemlərinin həllinin diqqət önünə çəkilməsi ilə yanaşı, yeniləşmə, müasirləşmə xətti də aydın müşahidə edilir. 
2003-cü ilin prezident seçkilərində İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra qısa müddətdə Azərbaycanda yüzlərlə yeni məktəbin inşa edilməsi və ya əsaslı surətdə təmir olunması nəticəsində ölkədə təhsil infrastrukturunun köklü surətdə yeniləşməsində Heydər Əliyev Fondunun və onun prezidentinin xidmətləri ayrıca qeyd olunmağa layiqdir. İnanıram ki, rahat, müasir işıqlı məktəblərdə təhsil alan şagirdlər və onların valideynləri Mehriban Əliyevanın sözügedən təşəbbüsünü unutmur və heç zaman unutmayacaqlar. İndi Azərbaycanda məktəb tikintisi dövlətin sosial siyasətinin ən prioritet istiqamətlərindən sayılır və bunun da minnətdarlıq ünvanı, heç şübhəsiz, ilk növbədə Mehriban xanım Əliyevadır. 
Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi 20 il onun prezidentinin təşəbbüsü ilə ölkəmizin həyatında böyük rol oynayan onlarla möhtəşəm layihənin uğurla həyata keçirilməsi ilə yadda qalmışdır. Təhsilin inkişafına dəstəklə yanaşı, mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunmasına diqqət, köməyə və yardıma ehtiyacı olan ailələrə qayğı, müalicəyə ehtiyacı olan insanların, ilk növbədə uşaqların himayə edilməsi, ətraf mühitin və yaşıllıqların qorunması, təmiz məhəllə layihələrinin, əslində isə ictimai hərəkatının başlanması və sair faydalı işlərə həsr edilmiş təşəbbüslər Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətinin kiçik bir hissəsidir. 
Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində tarixi Zəfər və Qarabağın azad edilməsi Heydər Əliyev Fondunun quruculuq və abadlıq sahəsində fəaliyyətinin yeni konsepsiyasını şərtləndirmiş, miqyasını və intensivliyini əhəmiyyətli dərəcədə artırmışdır. Azad Qarabağın bərpa edilməsində Mehriban xanımın və onun rəhbərlik etdiyi fondun onlarla layihəsi uğurla həyata keçirilir, ölkəmizdə geniş vüsət almış abadlıq işlərinə əvəzolunmaz töhfə verir. 
Mehriban xanım Əliyevanın uğurla həyata keçirdiyi möhtəşəm tarixi missiyanın ən əlamətdar və vacib istiqamətlərindən biri Azərbaycanın bütün dünyada tanıdılması, onun qlobal imicinin formalaşdırılmasıdır. Beynəlxalq ictimai maraq kəsb edən problemlərlə əlaqədar diskussiyaların təşkili, dünyanın tanınmış mədəniyyət xadimlərinin yaradıcılıq sərgilərinin keçirilməsi, rəngarəng beynəlxalq görüşlərə evsahibliyi edilməsi Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin həm ölkəmizin uğurlu təbliğinə əvəzsiz xidmətindən, həm də bütün dünyada tanınan və hörmət bəslənilən ictimai-mədəni mərkəzə çevrilməsindən xəbər verir.
Mehriban xanım Əliyevanın müasirləşən, gücü durmadan artan, qalib və firavan Azərbaycanın qlobal miqyasda uğurlu təbliğatını böyük ləyaqətlə həyata keçirməsi nəinki xalqımız tərəfindən, eləcə də bütün dünyada diqqətlə izlənilir, təqdir olunur və yüksək qiymətləndirilir. Bu onun böyük vətəndaş mövqeyinin ifadəsi, tarixi missiyası, vətən qarşısında əvəzsiz xidmətidir. 

 

Birinci vitse-prezident: İlham Əliyevin ən yaxın köməkçisi

 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksək dinamik inkişafı həyatın bütün sahələrində sistemli islahatlarla müşayiət olunmaqdadır. Həmin islahatların tərkib hissəsi kimi, 2017-ci ildə konstitusiyaya dəyişikliklər nəticəsində yaradılan vitse-prezidentlik institutu ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi və müasir tələblərə cavab verən səviyyəyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mehriban Əliyevanın təsis edilən Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi idarəçilik sahəsində islahatların uğur formulunun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu təyinatın cəmiyyətin əksər təbəqələri tərəfindən rəğbətlə qarşılanmasının bir səbəbi Mehriban Əliyevaya böyük etimadın və şəxsi hörmətin, digər səbəbi isə onun peşəkarlığına və idarəçilik bacarıqlarına dərin inamın ifadəsidir. 
Birinci vitse-prezident institutunun təsis edilməsindən sonra dövlət idarəçiliyinin bir sıra sahələrində dinamizmin yüksəlməsi, Prezidentin tapşırıqlarının icra edilməsində keyfiyyətin artması aydın şəkildə müşahidə olunmaqdadır. Sosial məsələlərə münasibətin yüksəlməsi, dövlət siyasətinin sosial yönümünün gücləndirilməsi son illərin diqqəti çəkən meyilləri sayıla bilər. İnsanların rifahının yüksəldilməsi, onlara daha yaxşı işləmək və yaşamaq imkanlarının təqdim edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas məqsədləri olduğundan, cəmiyyətdə müşahidə edilən və ictimai rəydə rəğbətlə qarşılanan sözügedən meyillər ilk növbədə Prezident İlham Əliyevin birbaşa tapşırıqlarının, eynilə də ölkənin iqtisadi imkanlarının yaxşılaşmasının nəticələridir. 
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi sosial məsələlərə həssas yanaşması, fəaliyyətinin böyük hissəsini bu sahəyə yönəltməsi Prezidentin müəyyənləşdirdiyi sosial siyasətin daha uğurla, ünvanlı şəkildə reallaşmasına ən əlverişli imkanlar yaratmaq baxımından diqqəti cəlb edir. 2018-2020-ci illər ölkəmizin həyatında mühüm əlamətdar sosial layihələrlə yadda qalmışdır. Əmək haqlarının, pensiyaların, ayrı-ayrı təbəqələr və aztəminatlı ailələrə verilən müavinət və güzəştlərin ciddi şəkildə artırılması sosial rifah sahəsində yeni keyfiyyət mərhələsinə keçildiyini əyani şəkildə sübuta yetirir.
Ölkəmizdə sosial siyasət sahəsində müşahidə edilən yeni meyillər və istiqamətlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın özünəməxsus xidmətləri danılmazdır. Bu işdə onun həm birinci xanım, həm də Heydər Əliyev Fondunun prezidenti kimi hər kəsə yaxşı bəlli olan fəaliyyəti, insanlara və onların problemlərinə həssas yanaşması xüsusi rol oynayır. On minlərlə insan Mehriban xanıma xeyirxahlıq və şəfqət ünvanı kimi yanaşır və bu mənada onun Birinci vitse-prezident vəzifəsində həmin insanların problemlərinin müdafiəçisi rolunda çıxış etməsi tamamilə təbii sayılmalıdır.
Genişmiqyaslı layihələri ilə diqqəti cəlb edən Mehriban Əliyeva müasir şəraitdə qlobal təşəbbüsləri ilə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin ən yaxın köməkçisi missiyasını uğurla həyata keçirir. Ölkəmizdə baş tutan möhtəşəm beynəlxalq forumların, aktual konfransların, ayrı-ayrı idman növləri sahəsində dünya çempionatlarının təşkil edilməsində Mehriban xanımın məsləhət və tövsiyələri həmişə onların uğur qazanmasının əsas şərtlərindən olmuşdur. 2024-cü ilin Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının yüksək idman şücaəti nümayiş etdirmələri, ölkəmizə ikisi qızıl olmaqla 7 medalla qayıtmaları deyilənlərin növbəti nümunəsidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti geniş və çoxşaxəli olduğu qədər uğurlu və təqdirəlayiqdir. Tam məsuliyyətlə qeyd oluna bilər ki, insanların hakimiyyətə olan yüksək etimadında, cəmiyyətimizdə müşahidə edilən vətəndaş məmnunluğunun formalaşmasında onun xüsusi payı, xüsusi əməyi, xüsusi xidməti var. Bu, Azərbaycanın hamılıqla etiraf edilən reallığı, dövlətin və iqtidarın uğur formulunun əsas amillərindən biridir. 

 

Azərbaycan mədəniyyətinin qayğıkeş hamisi

 

Mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərə qayğı hər bir cəmiyyətin kamilliyinin vacib göstəriciləri sırasındadır. Xalqın milli kimliyi, tarixi irsi və başlıca idealları özünün ən bariz ifadəsini onun mədəni dəyərləri sistemində tapır. Mədəniyyət, eyni zamanda cəmiyyətin iqtisadi yüksəlişinin etibarlı fundamenti və motivasiyası rolunda çıxış edir. 
Mədəniyyətin tarixi rolu və başlıca missiyalarından biri milli birliyin və həmrəyliyin formalaşması, nəsillərarası varisliyin təmin edilməsi, gənc nəslin xalqın milli-mənəvi dəyərləri zəminində vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il fevral ayında növbədənkənar prezident seçkilərindən sonra andiçmə mərasimində ölkənin qarşısında duran prioritet məsələlər sırasında milli-mənəvi və vətənpərvərlik tərbiyəsini xüsusi vurğulaması strateji əhəmiyyət kəsb edən vəzifə kimi nəzərdən keçirilməlidir. İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsində müstəqillik dövrünün nəsli olan gənclərin böyük qəhrəmanlıq payına malik olması kifayətdir ki, mədəni dəyərlərin, sağlam milli-mənəvi sərvətlərin və tərbiyənin ölkənin taleyində əvəzedilməz rolu aydın şəkildə dərk edilsin. Məhz buna görə Prezident İlham Əliyev vətənpərvərlik tərbiyəsini dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri kimi səciyyələndirir.
Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə dərin hörmət və qayğı ilə əhatə olunmuş münasibətinin əsl mahiyyəti və səbəblərini yuxarıda qeyd olunan fikirlər aydın şəkildə ifadə edir. Bu baxımdan bugünkü Azərbaycan reallıqlarının əldə edilməsində mədəni amilin, milli-mənəvi dəyərlərimizin yeni reallıqlar şəraitində inkişaf etdirilməsində Birinci vitse-prezidentin müstəsna xidmətləri təkzibedilməz tarixi faktdır.
Artıq neçə illərdir ki, insanlar ölkəmizin birinci xanımının təşəbbüsü ilə mədəniyyətin ayrı-ayrı sahələrində müstəsna uğurla həyata keçirilən onlarla layihənin şahididirlər. Qarabağın azad edilməsindən sonra Şuşada təşkil edilən "Xarıbülbül" festivalının, Vaqif Poeziya Günlərinin Ali Baş Komandan İlham Əliyevin və Qəhrəman Azərbaycan Ordusunun Zəfər salnaməsinin tarixi əhəmiyyətinin, emosional təsirinin və beynəlxalq təbliğatının daha da güclənməsində əvəzsiz rolu ayrıca vurğulanmağa layiqdir. Tarixi ədalətin bərpasının, xeyirin şər üzərində qələbəsinin, Azərbaycan dövlətinin qüdrətinin sözügedən mədəni hadisələrdən daha möhtəşəm, daha emosional və daha qətiyyətli təntənəsini təsəvvür etmək mümkün deyil. Eyni sözlər işğaldan azad olunan torpaqlarda erməni təcavüzkarları tərəfindən dağıdılmış məscidlərin, tarixi mədəni obyektlərin və müqəddəs ocaqların bərpa edilməsi haqqında da deyilə bilər. Məhz Mehriban xanımın qayğı və fədakarlığı sayəsində Qarabağa nəinki həyat, həm də həmin yerlərə xas olan saf və qədim mədəniyyət, sağlam mənəvi ruh qayıdır. 
Azərbaycanın bütün dünyada təbliğində, onun özünə layiq imicinin formalaşmasında mədəniyyət amilindən istifadə edilməsi Mehriban xanımın uğurlu və ölkəmiz üçün ən faydalı şəkildə istifadə etdiyi incə üsuldur. Ölkəmizin müasir dünyanı cəlb edən çox müxtəlif mədəni tədbirlərin mərkəzinə çevrilməsi, planetin ən möhtəşəm mahnı müsabiqələrindən olan "Eurovision"da qalib gəlməsi və 2012-ci ildə müsabiqənin final mərhələsinin keçirilməsi hüququnun Bakıya verilməsi, onlarla digər əzəmətli layihələr gənc dövlətimizin, onun tarixinin, mədəniyyətinin və real həyatının bütün dünyaya ən gözəl şəkildə çatdırılmasına əvəzolunmaz töhfələr vermişdir. 
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixi inkişaf, uğur və qələbələr yolu ilə inamla irəliləməkdədir. Dünyaya möhtəşəm iqtisadi yüksəliş, inanılmaz müasirləşmə, 30 il erməni işğalında qalan Qarabağın azad edilməsində təcəssümünü tapan əzəmətli Zəfər möcüzələri təqdim edən ölkəmiz indi COP29-a hazırlıq çərçivəsində bəşəriyyətin başlıca probleminə çevrilmiş iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa töhfə verməyə hazırlaşır. Başladığı bütün təşəbbüs və layihələri ən yüksək səviyyədə icra etmək bacarığını dəfələrlə nümayiş etdirmiş dövlətimizin dünyanın ən kütləvi toplantısını da yüksək peşakarlıqla təşkil edəcəyinə heç kəsdə şübhə yoxdur.
Müasir Azərbaycanın tarixi qələbələrində birinci xanım Mehriban Əliyeva daim Prezidentin yanında olub, onun gücünə güc verib, onu yeni zəfərlərə ruhlandırıb. Bütün bunlar Mehriban xanımın həm taleyi, həm missiyası, həm də əvəzsiz xidmətləridir.
Ən mənalı ömür dövlətə xidmət etmək imkanı, ən böyük mükafat xalqın sevgi və etimadını qazanmaqdır. Tale Mehriban Əliyevaya bunların hər ikisini nəsib edib. Azərbaycan naminə, gələcəyimiz naminə müstəsna xidmətlərinə görə milyonlarla insan ona dərin minnətdarlığını ifadə edir, yeni-yeni nailiyyətlər arzulayır. 

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!