15 May 2026 02:06
526
Fərmanlar
A- A+
Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki, Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması  sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. aşağıdakılara dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.1. iki ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrinə, habelə işçilərinin say həddinə dair;

3.1.2. dörd ay müddətində bu Fərmanın 2-ci hissəsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla,"Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair;

3.1.3. beş ay müddətində "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi ilə əlaqələndirməklə "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair;

3.2. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görsün;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 may 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:21
21 May

Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün: Bu günlər qürurverici və unudulmazdır  

09:20
21 May

Cəbrayıl rayonuna növbəti köç karvanı yola salınıb

09:15
21 May

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı  

09:13
21 May

Tramp: Kuba ilə bağlı eskalasiya olmayacaq

09:12
21 May

Ərdoğan Trampla telefon danışığı aparıb

09:11
21 May

Qum və toz fırtınaları qlobal təhlükəyə çevrilir

09:05
21 May

"Energetika memarlığı" filmi təqdim olundu

09:00
21 May

Aydınlığa çıxan həqiqətlər

08:55
21 May

"Həyatı sevmək gərəkdir"

08:50
21 May

Azərbaycan yeni iqtisadi dövrün astanasında  

08:45
21 May

Türk dünyasının rəqəmsal gələcəyi

08:40
21 May

Azərbaycan sürətli və innovativ quruculuq modelləri təqdim edən dövlət kimi tanınır

08:35
21 May

Milli ornamentlərlə əhatələnən forum

08:30
21 May

Nümunəyə çevrilən təcrübə

08:25
21 May

WUF13-dən verilən mesajlar

08:20
21 May

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir

08:15
21 May

İnkişaf, sabitlik və enerji diplomatiyası

08:10
21 May

Ermənistan münasibətlərin normallaşması və əməkdaşlıq yolunu seçməsə...

08:05
21 May

Gələcəyin strateji hədəfi - cəsarətli və ehtiyatlı şəhərsalma

08:00
21 May

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!