Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Hörmətli redaksiya!
Biz Bakı şəhəri, 1-ci mikrorayon Alı Mustafayev küçəsi, 1k binasının sakinləri bəlkə də indiyəcən görünməmiş problemlə qarşılaşmışıq.
17 mərtəbəli 2 bloklu "yeni tikili" olan binamızda təxminən 120 ailə yaşayır. 4 ay öncə binamızın küçəyə (20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsinə düşən yola) baxan fasadına vurulmuş üzlük daşlarını sökməyə başladılar ki, COP29-a görə təmir edirik. Hələ də sona çatmayan həmin söküntü zamanı pəncərələrinin şüşəsi sınmayan, kondisionerləri yararsız hala düşməyən, sputnik antenaları əzilməyən mənzil qalmadı.
Bunlar bir yana, müvəqqəti çətinlikdir deyib dözə bilərik, təki qlobal ekoloji tədbir olan COP29 paytaxtımızda yüksək səviyyədə keçsin. Lakin problem ondadır ki, iş getmir. 3-4 gündən bir 2-3 saat işləyib, daha doğrusu, dağıdıb-töküb gedirlər. Özü də bu zaman yüksəklikdə işləmələrinə baxmayaraq, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmirlər. Üstəlik, hər dəfə başqa-başqa "briqada" gəlir.
Artıq payızdır. Bir azdan yağışlar başlayacaq. Elə COP29 da yaxınlaşır. Bizim bina isə sanki bombardmandan çıxmış kimi uzaqdan gözə girir. Dərdimizi kimə deyirik, deyirlər bizlik deyil. Odur ki, ümidimiz sizədir. Bəlkə rəsmi dövlət qəzetini oxuyub artıq şəhərin probleminə çevrilmiş bu məsələni həll edən tapılar.
Binanın sakinləri adından
N.Hüseynli, Y.Məmmədov, H.Cəlilov,
K.Camalov, E.Əfəndiyeva,
X.Səfərov - ümumilikdə 58 nəfər
Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq
TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib
Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb
DİN: Ötən gün 47 cinayətin üstü açılıb
Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb
Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib
206 ilin bir günü
Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir
"Poliqon" bu dəfə Tərtərdədir
Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur
ADA təhsil bilicilərini Qazaxa topladı
Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər
"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"
"Axmaq olma, Ermənistan"
Erməni xalqı müharibə canilərini dəstəkləmir
O torpaqlar unudulmayıb
Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır
ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!