24 Avqust 2026 12:38
208
SİYASƏT
A- A+
Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır


Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Rusiya media məkanında geniş işıqlandırılır. Rusiya nəşrlərinin diqqət mərkəzində iki ölkə liderlərinin danışıqları, Əbədi dostluq haqqında Müqavilənin imzalanması, iqtisadi-ticari və nəqliyyat əməkdaşlığının inkişafı, həmçinin Bakı və Daşkəndin yeni birgə layihələri dayanır.

AZƏRTAC xəbər verir ki, TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanmasına xüsusi diqqət ayırır. Nəşr qeyd edir ki, dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla, bir sıra digər sənədlər də imzalayıblar.

“İnterfaks” agentliyi danışıqların nəticələri və Azərbaycan ilə Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın üçüncü iclası barədə ətraflı məlumat yayıb. Nəşrin məlumatlarında qeyd olunur ki, tərəflər strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək, sənaye kooperasiyasını genişləndirmək və birgə investisiya şirkətinin imkanlarından daha fəal istifadə etmək niyyətindədirlər.

“İnterfaks” nəqliyyat əməkdaşlığına ayrıca diqqət yetirir. Agentlik Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Daşkəndin Xəzər dənizində vahid operatorun fəaliyyət göstərəcəyi ayrıca Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında və Orta Dəhlizin inkişafı çərçivəsində birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsində maraqlı olması barədə açıqlamasını yayıb.

Rusiyanın “Vedomosti” nəşri Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yüksək səviyyəyə çatdığını yazır. Nəşr son beş ildə qarşılıqlı ticarətin üç dəfə artmasına diqqət çəkir. Həmçinin energetika, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma sahələrində həyata keçirilən birgə layihələr, eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planları qeyd olunur.

Rusiya media orqanları səfər çərçivəsində bank-maliyyə sektoru, neft-qaz sənayesi, təhsil, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində yeni birgə layihələrin fəaliyyətə başlaması barədə də məlumat yayıb.

Bir sıra nəşrlər Prezident İlham Əliyevin nəqliyyat marşrutlarının inkişafı ilə bağlı açıqlamalarına diqqət yetirir. Xüsusilə Rusiya mediası dövlət başçısının Azərbaycan ərazisində və Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizinin yaradılması istiqamətində görülən işlər, həmçinin Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi perspektivləri barədə fikirlərindən sitatlar gətirir.

Rusiya media orqanlarının materiallarında dövlət başçılarının qarşılıqlı təltifetmə mərasimi də öz əksini tapıb. Bildirilir ki, Prezident İlham Əliyev Özbəkistanın ali dövlət mükafatı olan yüksək dərəcəli “Oliy Darajali Dustlik” ordeni ilə, Prezident Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Rusiya mətbuatı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində Özbəkistanın xüsusi rolunu da qeyd edir. Media Prezident İlham Əliyevin Özbəkistanın Qarabağın bərpasına ilk dəstək verən ölkə olduğunu, 960 şagird yerlik məktəb tikdiyini və iri tikiş istehsalının yaradılmasına investisiya yatırdığını bildirən sözlərini dərc edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətcə yeni mərhələyə yüksələn münasibətlər  

13:45
24 Avqust

Laçın Beynəlxalq Film Festivalı başlayıb

13:25
24 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK  

12:51
24 Avqust

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır  

12:40
24 Avqust

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

12:38
24 Avqust

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır

12:37
24 Avqust

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

12:34
24 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

12:33
24 Avqust

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

12:32
24 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

12:31
24 Avqust

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

12:29
24 Avqust

Göygöldə intensiv meyvə bağlarının salınmasına maraq artıb

12:27
24 Avqust

Fransada prezident seçkiləri: Rafael Qlüksman mübarizəyə qoşulur

12:25
24 Avqust

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz-Naxçıvan” - 5:0

12:23
24 Avqust

Qvineyada sürüşmə nəticəsində 30 nəfər həlak olub

12:21
24 Avqust

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

12:12
24 Avqust

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!