24 Avqust 2026 12:37
171
SİYASƏT
A- A+
Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır


Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması və mühüm birgə layihələrin təməlinin qoyulması iki ölkə arasında strateji müttəfiqliyin iqtisadi arxitekturasında yeni mərhələnin başlanğıcıdır. Dövlət, hökumət, sənaye qurumları və regionlar səviyyəsində formalaşan bu fəal inteqrasiya modeli təkcə iki ölkənin deyil, bütövlükdə geniş regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir.

Mövzunu AZƏRTAC-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, qlobal təchizat zəncirində olduqca mürəkkəb bir mənzərənin yəni Şimal marşrutlarında ənənəvi xətlərin qırılması və Cənub istiqamətindəki geosiyasi həssaslığın davam etdiyi bir dövrdə Azərbaycanın yaratdığı etibarlı infrastruktur həlledici əhəmiyyətə malikdir: “Belə ki, Şərqlə Qərb arasında təhlükəsiz yükdaşımalar üçün imkanların daraldığı mövcud reallıqda Azərbaycan beynəlxalq ticarət üçün etibarlı və davamlı “geoiqtisadi sabitlik dəhlizi”nə çevrilib. Özbəkistan kimi inkişaf edən, lakin açıq dənizlərə birbaşa çıxışı olmayan dövlətlər üçün Azərbaycanın təqdim etdiyi bu institusional, nəqliyyat və tranzit sabitliyi müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda, yaradılan bu dəhliz Azərbaycan ixracatçıları üçün də Mərkəzi Asiyanın ən böyük istehlak bazarına maneəsiz və sürətli giriş qapısıdır”.

O deyib ki, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması üzrə Proqram” və “Praktiki Fəaliyyət Planı (Yol Xəritəsi)” tərəfdaşlığın miqyasını müəyyən edən ən mühüm sənədlərdir. Bu sənədlər biznes dairələri, ixracatçılar və logistika şirkətləri üçün konkret hərəkət təlimatıdır. Gözləntilər ondan ibarətdir ki, Yol Xəritəsinin icrası gömrük və tranzit prosedurlarının optimallaşdırılmasını, qarşılıqlı investisiyaların təşviqini, logistika xərclərinin tənzimlənməsini və sənaye kooperasiyası çərçivəsində birgə əlavə dəyər zəncirinin yaradılmasını təmin edəcək”.

Portal rəhbəri 1 milyard dollarlıq hədəfə çatmaqda rəqəmsallaşmanın roluna xüsusi diqqət çəkib: “Bu həcmdə dövriyyəyə ənənəvi alqı-satqı metodları ilə nail olmaq zaman tələb edir. Buna görə də elektron kommersiyanın genişləndirilməsi, “B2B” platformalarının inteqrasiyası qaçılmazdır. “Azexport.az” portalı artıq bu istiqamətdə aktiv fəaliyyət göstərir. Portal Özbəkistan və Azərbaycan bazarlarında məhsulların qarşılıqlı tanıdılması, ixrac proseslərində tərəfdaşların tapılması və etibarlı ticarət əlaqələrinin qurulmasında rəqəmsal bələdçi rolunu oynayır. Yeni Yol Xəritəsi bizə bu fəaliyyəti daha da miqyaslandırmaq, sertifikatların elektron mübadiləsi və e-ticarət xətləri ilə mal dövriyyəsini sürətləndirmək üçün geniş imkanlar yaradır".

Qoyulan hədəflərin artıq real əməli işlərdə və iqtisadi göstəricilərdə öz əksini tapdığını vurğulayan A.Qədəşov xatırladıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir milyardlıq ticarət dövriyyəsi uzaq bir xəyal deyil, bir neçə ildən sonra çatacağımız nəticədir.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə son beş ildə qarşılıqlı ticarətin həcminin 3 dəfə artdığını və birgə layihələrin ümumi portfelinin artıq 5 milyard dolları ötdüyünü bəyan etməklə inkişafın dinamikasını diqqətə çatdırıb. Bu ilin yanvar-iyun aylarının yekunlarına əsasən, altı ay ərzində Özbəkistandan idxal 102,3 milyon dollar, bu ölkəyə ixracımız isə 73,3 milyon dollar təşkil edib. Burada diqqətçəkən əsas məqam dinamikadakı fərq və bazardakı mövqeyimizin sürətlə güclənməsidir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerli məhsullarımızın qardaş ölkəyə ixracı 259,2 faiz artım göstərib. Məhz bu sıçrayış sayəsində Özbəkistan hazırda MDB ölkələri sırasında Rusiya və Ukraynadan sonra Azərbaycanın ən çox məhsul ixrac etdiyi 3-cü əsas tərəfdaşına çevrilib.

Daşkənddə hər iki ölkə liderinin iştirakı ilə reallaşan açılış və təməlqoyma mərasimləri bu sözlərin əyani göstəricisidir. Belə ki, “Davr Bank” layihəsinin reallaşdırılması, “Matanat-A” gips zavodunun işə düşməsi, “Landau” STEAM məktəblərinin fəaliyyətə başlaması, habelə SOCAR-ın yanacaqdoldurma məntəqələrinin, “Sea Breeze Uzbekistan” və “Baku City” yaşayış komplekslərinin, “Sur Gold and Silver” zənginləşdirmə fabrikinin və “Gold Fresh Fruits” intensiv meyvə bağlarının təməlinin qoyulması ölkələrimiz arasında mütləq iqtisadi etimadın və yüksək kooperasiyanın göstəricisidir”,- deyə A.Qədəşov qeyd edib.

O bildirib ki, Daşkənd, Buxara və Namanqan kimi mühüm regionların da iqtisadi proseslərə bilavasitə cəlb olunması ikitərəfli əlaqələrin artıq ən dərin qatlara nüfuz etdiyini göstərir: “Mövcud müştərək investisiya fondu, formalaşan “Geoiqtisadi Sabitlik Dəhlizi” və 1 milyardlıq hədəfi özündə əks etdirən yeni Yol Xəritəsi yerli ixracatçılarımız üçün qardaş Özbəkistan bazarında möhkəmlənmək, eləcə də qlobal ticarət şəbəkəsində mövqelərini daha da gücləndirmək baxımından geniş üfüqlər açır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keyfiyyətcə yeni mərhələyə yüksələn münasibətlər  

13:45
24 Avqust

Laçın Beynəlxalq Film Festivalı başlayıb

13:25
24 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK  

12:51
24 Avqust

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır  

12:40
24 Avqust

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

12:38
24 Avqust

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır

12:37
24 Avqust

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

12:34
24 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

12:33
24 Avqust

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

12:32
24 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

12:31
24 Avqust

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

12:29
24 Avqust

Göygöldə intensiv meyvə bağlarının salınmasına maraq artıb

12:27
24 Avqust

Fransada prezident seçkiləri: Rafael Qlüksman mübarizəyə qoşulur

12:25
24 Avqust

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz-Naxçıvan” - 5:0

12:23
24 Avqust

Qvineyada sürüşmə nəticəsində 30 nəfər həlak olub

12:21
24 Avqust

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

12:12
24 Avqust

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!