17 Avqust 2026 19:30
2053
Təhsil
A- A+
Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  


Bakı Mühəndislik Universitetində (BMU) Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində bakalavriat təhsilinin III və IV kurslarını sentyabr ayından Çində davam etdirəcək 37 tələbə və onların valideynləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan məlumat verilib. Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, BMU-PKTU ikili diplom proqramı çərçivəsində tələbələrin Çində təhsil almaları onların beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını təkmilləşdirmələrinə, elmi və peşəkar dünyagörüşlərini genişləndirmələrinə mühüm imkan yaradır.

Yaqub Piriyev Azərbaycan və Çin arasında uğurla inkişaf edən əməkdaşlığın ali təhsil sahəsində yeni imkanlar açdığını, bu baxımdan BMU ilə PKTU arasında formalaşmış səmərəli əlaqələrin akademik əməkdaşlığın, tələbə və müəllim mübadiləsinin, birgə elmi-tədqiqat fəaliyyətlərinin inkişafına töhfə verdiyini bildirib. Rektor BMU-da gerçəkləşdirilən ikili diplom proqramlarının tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və kompetensiyalar qazanmalarına xidmət etdiyini deyib. Həmçinin tələbələrin beynəlxalq akademik mühitdə Azərbaycanı və BMU-nu layiqincə təmsil etmələrinin, qazandıqları bilik və təcrübəni gələcəkdə peşəkar fəaliyyətlərində və ölkənin inkişafına töhfə verəcək şəkildə tətbiq etmələrinin əhəmiyyətini vurğulayıb.

Rektor tələbələrə Çində təhsil müddətində akademik fəaliyyətə ciddi və məsuliyyətli yanaşmağı, elmi-tədqiqat və şəxsi inkişaf imkanlarından maksimum yararlanmağı, qarşıya qoyulan akademik məqsədlərə ardıcıl və sistemli şəkildə nail olmağı tövsiyə edib.

Digər çıxışlarda BMU ilə PKTU arasında ikili diplom proqramının icrasına 2025-ci ildə başlanıldığı qeyd olunub. Kimya mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, kimya, biotexnologiya və biznesin idarə edilməsi olmaqla 6 ixtisası əhatə edən proqram Azərbaycan və Çin ali təhsil müəssisələri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramıdır. 2+2 modeli əsasında reallaşdırılan proqram çərçivəsində BMU-da ilk iki ili uğurla başa vuran və müəyyən edilmiş müvafiq prosedurlardan keçən tələbələr təhsillərinin III və IV kurslarını PKTU-da davam etdirirlər. Proqramın tələblərini uğurla yerinə yetirən tələbələr hər iki universitetin bakalavr diplomunu əldə etmək imkanı qazanırlar.

Çıxışlar zamanı tələbələrə Çində yeni akademik mühitə uyğunlaşma, təhsil prosesinin tələblərinə əməl etmə və beynəlxalq mühitdə yaradılan inkişaf imkanlarından səmərəli yararlanma ilə bağlı tövsiyələr verilib.

Görüşdə hazırda PKTU-da təhsilini davam etdirən BMU tələbələri də çıxış edərək Çindəki təhsil təcrübələri, akademik mühit və tələbə həyatı ilə bağlı təəssüratlarını bölüşüblər. Onlar yeni təhsil mühitinə uyğunlaşma, universitetin təqdim etdiyi imkanlar və qazandıqları təcrübə barədə məlumat veriblər.

Sonda tələbələr və onların valideynləri ilə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb, habelə qarşıdakı təhsil mərhələsi ilə bağlı məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib  

14:53
20 Sentyabr

Dövlət Suverenliyi Günü: tarixi ədalətin bərpası və milli iradənin təntənəsi

14:26
20 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:23
20 Sentyabr

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub  

13:49
20 Sentyabr

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

13:35
20 Sentyabr

Bu gün Qarabağda 30 illik arzularımızın gerçəkləşmiş mənzərəsi canlanır  

13:19
20 Sentyabr

Azərbaycanda Neftçilər Günü qeyd edilir 

13:16
20 Sentyabr

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın 

13:15
20 Sentyabr

23 saat 43 dəqiqə… 

12:49
20 Sentyabr

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb  

12:47
20 Sentyabr

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb  

12:46
20 Sentyabr

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

11:46
20 Sentyabr

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

11:12
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!