16 Sentyabr 2026 09:10
2364
Təhsil
A- A+
Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib


15 Sentyabr Bilik Günündə Lənkəran rayonu Viyən kənd tam orta və Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə Təhsil sektorunun müdiri Ağamməd Şənmədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad olunması və Dövlət himninin səslənməsi ilə başlayan açılış mərasimlərində giriş nitqi ilə çıxış edən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov bildirib ki, təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir, ölkənin davamlı inkişafı, cəmiyyətin tərəqqisi və gələcək potensialı məhz savadlı, yüksəkintellektli, peşəkar və vətənpərvər nəslin yetişdirilməsindən asılıdır. Onun sözlərinə görə, məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə ocağıdır. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin bütün fəaliyyəti boyu elmə, təhsilə və müəllim əməyinə böyük diqqət və qayğı göstərdiyini, Ulu Öndərin dövlətçilik fəlsəfəsində təhsilin insan kapitalının formalaşdırılmasının əsas vasitəsi hesab olunduğunu bildirib. T.Qaraşov Ümummilli Liderin uğurlu təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, uğurla və ardıcıl şəkildə  davam etdirildiyini, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkənin bütün ərazilərində, o cümlədən Lənkəran rayonunda da ümumtəhsil müəssisələrinin təmirinin və yenidən inşasının həyata keçirildiyini qeyd edib.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev son illərdə ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin tikilməsi və əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət siyasətinin əsas məqsədi hər bir şagird üçün keyfiyyətli və müasir təhsil imkanları yaratmaqdır. Maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, təhsilin məzmununun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması da diqqət mərkəzindədir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Lənkəran rayonunda da özünü aydın şəkildə büruzə verdiyini, rayonun bir sıra məktəblərində tikinti, yenidənqurma və əsaslı təmir işlərinin davam etdirildiyini söyləyib. Müdir müavini təhsilə qoyulan hər bir sərmayənin ölkəmizin gələcəyinə qoyulan investisiya olduğunu, bu gün sinif otaqlarında yetişdirilən şagirdlərin sabah ölkəmizin idarə olunmasında, elmində, iqtisadiyyatında və ictimai həyatında həlledici rol oynayacaqlarını bildirib.

Qeyd edək ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbi 240 şagird yerlikdir, müəllimlərin sayı 47 nəfərdir, 2026-cı ildə birinci sinfə gedən şagirdlərin sayı 21 nəfərdir. Məktəb ən müasir səviyyədə təmir olunub, müəllim və şagirdlər üçün bütün lazımi şərait yaradılıb, yeni məktəb müasir sinif otaqları, laboratoriyalar, idman və akt zalları, eləcə də fasiləsiz istilik sistemi ilə təchiz olunub.

Repetitor asılılığını azaltmaq məqsədilə tətbiq olunan yeni təhsil modeli əsasında formalaşdırılan 540 şagirdlik Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 saylı tam orta məktəb artıq regionun ən uğurlu təhsil ocaqlarından birinə çevrilib. 2026-cı ildə məzun olan 131 şagirddən 124-ü qəbul imtahanlarında yüksək bal toplayaraq müxtəlif ali təhsil məktəblərinə, digər şagirdlər isə orta ixtisas və peşə təhsili məktəblərinə qəbul olunublar. 

Hər iki təhsil ocağının açılış mərasimi təntənəli keçib. Qırmızı lentlər kəsilib və məktəb binaları qapılarını şagird və təhsilverənlərin qarşısında açıb.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!