20 Sentyabr 2026 12:49
1195
SİYASƏT
A- A+
23 saat 43 dəqiqə…

23 saat 43 dəqiqə…


2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başlayan İkinci Qarabağ müharibəsi otuz ilə yaxın əsarətdə qalan Azərbaycan torpaqlarının azadlığı ilə nəticələndi. 44 gün davam edən müharibə dövlətimizin qüdrətini göstərdi. Ermənistan silahlı qüvvələrinin hərbi cəhətdən zəifliyi, qeyri-peşəkarlığı bütün reallığı ilə ortaya çıxdı. Azərbaycan Ordusu hərbi gücü, peşəkarlığı, qətiyyəti ilə cəbhəboyu irəliləyərək bütün döyüşləri qələbə meydanına çevirdi.

Müharibə dövründə qəhrəman ordumuz erməni vandallarının tapdağı altında qalan ərazilərimizi hər gün kəndbəkənd, şəhərbəşəhər azad etdi. Azərbaycanın əzəli torpaqlarını işğal edən, yerli sakinlərini ata-baba yurdlarından didərgin salan düşmən döyüş meydanında layiq olduğu cavabı aldı. Ağır döyüşlərdə əsgər və zabitlərini itirdi, sağ qalanlar isə torpaqlarımızdan qovuldu.

Vətən müharibəsində döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğalçılardan geri alındı. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, o cümlədən Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad edildi. Rəşadətli ordumuz Vətən müharibəsini Azərbaycanın Zəfər salnaməsinə çevirdi.

Noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra Ermənistan məğlubiyyərini etiraf etmək, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Təəssüf ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Nəinki silahlı qüvvələrinin qalıqlarını üç il ərzində Qarabağdan çıxarmadı, bölgəyə yeni texnika, minaatanlar, raket sistemləri gətirməkdə, Azərbaycan ərazilərinə minalar yerləşdirməkdə, təxribatlar törətməkdə davam etdi. Digər tərəfdən Xankəndidə separatçı rejim dövlətimizin ərazi bütövlüyünə qarşı bəyanatlar verir, qondarma qurumlarını möhkəmləndirirdi. Rəsmi İrəvanın və Qarabağdakı separatçı qüvvələrin atdığı addımlar vəziyyəti getdikcə gərginləşdirirdi.

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” münasibəilə separatçı rejimə təbrik müraciəti etdi. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Qarabağda separatçı qüvvələrin hakimiyyət formalaşdırmaq cəhdlərinə və qeyri-qanuni silahlı dəstələrinə maddi-siyasi dəstək göstərməsi Ermənistanın ərazi iddialarından əl çəkmədiyini, hərbi təxribatlara hazırlaşdığını göstərirdi.

2023-cü ilin sentyabrın 19-da separatçılar daha bir neçə təxribat törətdilər. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda separatçılar tərəfindən basdırılmış minaların partlaması nəticəsində mülki vətəndaşlarımız və polislərimiz həlak oldu.

Vəziyyətin daha da ağırlaşdığı bir vaxtda - 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı.

Müdafiə Nazirliyinin məlumatında bildirildi ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətdə və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə sıradan çıxarılır. 

Azərbaycan Ordusu Vətən müharibəsində olduğu kimi, lokal xarakterli antiterror əməliyyatı zamanı da hərbi qüdrətini, peşəkarlığını, əzmini nümayiş etdirdi və tariximizə yeni qəhrəmanlıq salnamələri yazdı.

Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri Azərbaycan bölmələrinin nəzarətinə keçdi. Çoxlu sayda hərbi təyinatlı avtomobil, artilleriya qurğusu,  minaatan, zenit-raket qurğusu və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Düşmənin xeyli sayda canlı  qüvvəsi məhv edildi. Döyüşlərin davam etdiyi saatlar ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd və Xankəndi-Xocalı istiqamətlərində irəliləyən əsgər və zabitlərimiz nəzarəti təmin etdilər. 

Azərbaycan Ordusu cəmi 23 saat 43 dəqiqəyə qarşıya qoyulan hərbi tapşırıqları yerinə yetirdi. Düşmən məğlub edildi. Ölkəmizin ərazisində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin qalıqları tam şəkildə tərk-silah, Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımız gözləri yolda qalmış torpaqlarımızın da başı üzərində dalğalandırıldı.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!