Bakı şəhərinin nəqliyyat infrastrukturunun gücləndirilməsi, inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər icra edilir. Həmin tədbirlər sırasında “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması da yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KİV-lərə müsahibəsində “Bakı metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.
O qeyd edib ki, Dərnəgül elektrik deposunun tam istismara verilməsi “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindəndir.
“Çünki hal-hazırda həm Yaşıl, həm də Qırmızı xətt üzrə yalnız Nərimanov deposu xidmət göstərir ki, bu da kifayət deyil. Yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək, eyni zamanda, “28 May” stansiyasında xətlərin ayrılması üçün yeni tunellərin inşasına başlamaq üçün Dərnəgül elektrik deposunun fəaliyyətə başlaması zəruridir. Dərnəgül elektrik deposu 16 hektar yarım ərazini təşkil edir. Ərazidə ümumilikdə 40-dan çox tikinti obyektlərinin inşası nəzərdə tutulur. Eyni zamanda, deponun ərazisində dəmir yolu xəttinin çəkilişinə başlanıb və layihə üzrə ümumilikdə beş kilometrdən çox dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Xüsusilə vurğulamaq istəyirəm ki, Dərnəgül elektrik deposu, eyni zamanda metro stansiyası kimi fəaliyyət göstərəcək”, - deyə Məmməd Rzayev vurğulayıb.
Rəis müavini onu da əlavə edib ki, Dərnəgül elektrik deposu metropolitenin üçüncü yerüstü metro stansiyası olacaq: “Buna görə, ərazidə sərnişin platforması, sərnişin platformasından sonra yeni yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Vaqonları tərk edən sərnişinlərimiz platforma vasitəsilə qeyd etdiyim yeraltı piyada keçidə keçid edərək Abay Kunanbayev küçəsi istiqamətində və əks istiqamətdə çıxış edə biləcəklər. Deponun ərazisində metropolitenin əməkdaşları üçün futbol meydançası, söhbətgahlar, yaşıl parklar və avtomobil dayanacağının inşası nəzərdə tutulur. Artıq tikinti-quraşdırma işlərinə başlanıb və bütün işlər təsdiq edilən qrafik üzrə gecikmədən icra ediləcək”.
Artur Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi
Yaponiya əhalisinin sayı rekord dərəcədə azalıb
Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub
Dubay Beynəlxalq Hava Limanı dünyanın ən işlək aeroportu seçilib
Heyvan yağlarına yeni alternativ yağ istehsal ediləcək
Əlcəzair hakimiyyəti 12 fransız diplomatı ölkədən çıxarır
ABŞ və İran danışıqların yerini dəyişə bilər
Tacikistanda zəlzələ nəticəsində 94 yaşayış binası dağılıb
ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Xəzər dənizində zəlzələ olub
AMADA "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib
Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib - YENİLƏNİB
AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib
Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib
Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır
Temperatur enəcək, leysan yağacaq - PROQNOZ
Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib
Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar
Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib
Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub
BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!