07 Yanvar 2025 12:28
187
CƏMİYYƏT
A- A+
Qastroenteroloq: Ac yatmaq yuxusuzluğa səbəb olur

Qastroenteroloq: Ac yatmaq yuxusuzluğa səbəb olur


İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Ancaq bu, insanlara görə dəyişir. Məsələn, hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə - orqanizmin vitaminlərə, minerallara, zülala və digər qida maddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbul edirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil. Çünki qida qəbulu yalnız mədəni doyurmaq deyil, eyni zamanda, orqanizmin ehtiyac olduğu qida maddələri və enerji ilə təmin edilməsidir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloqu Turan Kərimova deyib.

Onun sözlərinə görə, qidalanmanın gün ərzində neçə dəfə olmasını bilmək üçün həzm prosesinə diqqət yetirmək lazımdır: “Çünki həzm sisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəni qidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur və qəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılı olaraq dəyişir. Belə ki, əsas enerji mənbəyi olan yağların, zülalların, karbohidratların parçalanması, sorulma həzm sisteminin müxtəlif şöbələrində müvafiq vaxt ərzində və sürətdə davam edir.

Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasını tövsiyə edirlər. Eyni zamanda, iş rejimi ilə əlaqədar axşamlar qida qəbulu dəyişərək yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımi enerji və qida maddələri ilə təmin etmirsə, yatmaq məqsədəuyğun hesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalans yaradır. Bu da öz növbəsində yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə leptinin (doyma hormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxu hormonunun, yəni melatoninin miqdarının aşağı düşməsinə səbəb olur. Yəni ac yatmaq yuxusuzluğa səbəb olur”.

Qastroenteroloq gecələr qidalanmanın yarada biləcəyi xəstəliklər barədə də danışıb: “Ümumiyyətlə, orqanizmdə bütün sistemlər bir-birinə bağlı və sinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı sistemdə yaranan patologiya digər sistemlərə təsir göstərir. Buna görə də, gecə saatlarında qidalanma təkcə həzm sistemində deyil, eyni zamanda, ürək-damar, sinir, endokrin, immun və digər sistemlərdə bir sıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olan patologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit, xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları daxildir.

Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir. Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər. Məsələn, gecələr qida qəbulu mədədə turşu sintezinin artmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin dolu olması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununla bərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyinin yaranmasına gətirib çıxarır. Həmçinin fermentativ proseslərin pozulmasına, bununla da, həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit, xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxara bilər”.

T.Kərimova axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən qidalardan, qazlı və spirtli içkilərdən uzaq durmağı tövsiyə edib: “Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri, vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmir. Bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir.

Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda, şəkərli diabet, hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər.

Axşam yeməyindən sonra qısamüddətli gəzintilər tövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi, qan dövranının və həzm prosesinin yaxşılaşmasıdır. Bu zaman bütün sadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən baş verir. Eyni zamanda, qida maddələri tam şəkildə, metabolizmin son məhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olan vitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahat mənimsənilməsini təmin edir”.

Mütəxəssis axşam saatlarında aclığı doyurmaq üçün qəbul ediləcək optimal qidalar barədə danışıb: “Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzm traktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var. Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa, orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayan yağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da istər-istəməz artıq çəki yaradır. Ona görə də, axşam saatlarında həzmi asan olan qidaların qəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət və quş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (düyü, bulqur və qarabaşaq) aiddir.

Təbii ki, yeməyin bişirilmə qaydasının böyük rolu var. Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzə tərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də az yağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zaman porsiyalara da fikir vermək lazımdır. Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən də salatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrinin şirəsinin əlavə olunması yağları parçalayır və metabolizmi sürətləndirərək həzmi yaxşılaşdırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

13:11
08 Yanvar

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

12:47
08 Yanvar

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər 

12:29
08 Yanvar

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!