10 Dekabr 2024 08:10
263
SİYASƏT
A- A+
Qalibiyyətin təntənəsi

Qalibiyyətin təntənəsi


İlham Əliyevin 4 il öncə keçirdiyi Zəfər paradı böyük Qələbənin nidası oldu


Dörd il öncə, 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra dekabr ayının 10-da paytaxtın Azadlıq meydanında tarixi hadisə gerçəkləşdi. Savaşdan qalib ayrılan, gücü ilə dünyanın qüdrətli silahlı birləşmələri sırasında yer alan Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. 

Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsinin təntənəli nümayişi idi.

Hərbi orkestrin səsləndirdiyi Zəfər marşının sədaları altında silahlı qüvvələrimizin şəxsi heyəti Azadlıq meydanında qürurlu addımlarla yürüş etdi. 

Noyabrın 8-də Şuşaya sancılan bayrağımız Azadlıq meydanında dalğalandırıldı. Hansı ki, bunu Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərdən xeyli öncə söyləmişdi. Paradda da həmin fikri bir daha xatırlatdı: "Bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi".   


Zəfər paradı - qürur, şərəf və ləyaqət simvolu 


Zəfər paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyildi. Bu, həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişi idi.

Bu günü düz 30 il gözlədik. 30 ildə çox acılar çəkdik, faciələr, məşəqqətlər gördük. Müstəqilliyimizi belə əlimizdən almaq istədilər. Amma bacarmadılar. Azərbaycan illərlə ikili standartlara, təzyiqlərə məruz qalsa da, ayaqda durmağı bacardı. Ona görə bacardı ki, qətiyyətli, prinsipial rəhbəri, xalqın sözünü deyən, güvənilən Lideri, ən əsası da Müzəffər Ali Baş Komandanı var...

Düzdür, 10 dekabr tarixinə qədər Azadlıq meydanında hərbi paradlar keçirilmişdi. Ancaq həmin paradlarda nümayiş olunan hərbi texnikalarımıza baxıb xəyal qururduq, arzu edirdik ki, kaş, bu texnikalar bir gün savaş meydanına yürüsün, Qarabağımız işğaldan azad edilsin. O günü də görmək bizlərə nəsib oldu. Bakının baş meydanında keçirilən Zəfər paradı ordumuzun qüdrətini, Ermənistanın rəzilliyini dünyaya nümayiş etdirdi. 30 il müddətində ordusu haqqında "miflər" yaradan, "keçilməz sədləri" ilə öyünən ölkənin silahlı birləşmələri, "dağılmaz-keçilməz" sədləri 44 günə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə məğlubiyyət, rəzillik kimi yaddaşlarda qaldı.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.


Regionun modern silahlı qüvvələri


Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. 

Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər bir əməkdaşı yüksək orden və medallarla təltif olundu.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də ordumuzun gücünün, qüdrətinin nümayişi idi. Hərbi paradda nümayiş etdirilən ən müasir hərbi texnika, o cümlədən raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, təyyarələr, hərbi gəmilər Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə yanaşı, həm də onu göstərdi ki, bundan sonra heç kəs bir daha Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməz. Hər kəs bildi ki, Azərbaycanın rəşadətli ordusu, peşəkar əsgər və zabitləri, xalqın arxalandığı, güvəndiyi Ali Baş Komandanı var.

Bu gün xalqımız Zəfər Paradının dördüncü ildönümünü böyük qürur hissi ilə qeyd edir. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq və bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

Ümumiyyətlə, hərbi parad dövlətin gücünü və vətəndaşların qürurunu nümayiş etdirən bir mərasimdir, xüsusilə də Zəfər paradı. Azərbaycan üçün bu, sadəcə, müharibədə qazanılan Qələbə deyil, həm də həqiqətin, ədalətin qələbəsidir.

Zəfər paradı həm də Ermənistana və onun havadarlarına mesaj oldu. 

Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə "dəmir yumruq" onların belini qıracaq. Əgər məğlub ölkə sülh müqaviləsini imzalamaqdan imtina edib təxribatlar törətməkdə davam edəcəksə, Hindistandan, Fransadan və digər havadarlarından aldıqları hərbi texnikaları, silah-sursatları da məhv edilərək qələbənin simvolu olan Hərbi Qənimətlər Parkında dünyaya nümayiş etdiriləcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvan sərhədinədək dəmir yolunun tikintisi layihəsi ilə tanış olub  

20:18
20 Yanvar

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib

20:15
20 Yanvar

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib  

19:44
20 Yanvar

Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub

19:26
20 Yanvar

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

18:33
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb 

18:32
20 Yanvar

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

18:27
20 Yanvar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

17:43
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

17:24
20 Yanvar

Nazir: Azərbaycan ABŞ-la qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır  

17:22
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

17:17
20 Yanvar

Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib  

17:12
20 Yanvar

Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib VİDEO

17:07
20 Yanvar

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib  

17:05
20 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:45
20 Yanvar

İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

16:11
20 Yanvar

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

15:58
20 Yanvar

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

15:31
20 Yanvar

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

15:29
20 Yanvar

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

15:25
20 Yanvar

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram...

15:24
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!