06 Mart 2026 20:52
768
SİYASƏT
A- A+
Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  


Martın 5-də İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücum edilməsi yalnız ölkəmizdə deyil, beynəlxalq səviyyədə də hiddətlə qarşılandı. Bu hadisə İranın Azərbaycana qarşı növbəti riyakar davranışı oldu. 

Prezident İlham Əliyev martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında bu hadisəni ölkəmizə qarşı törədilən terror aktı kimi qiymətləndirmişdir. «Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir»  - deyə dövlətimizin başçısı bildirmişdir.

Prezident İlham Əliyev çıxışında bir daha vurğulamışdır ki, Azərbaycan ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmamış və bundan sonra da belə hallara yol verilməyəcəkdir. Bu prinsip Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir və ölkəmizin regionda sabitliyin qorunmasına verdiyi töhfənin bariz nümunəsidir. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında İran tərəfindən Azərbaycana qarşı həyata keçirilən təxribatların ilk dəfə olmadığını xüsusi vurğulamışdır. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Həmin hadisə zamanı səfirliyə silahlı hücum nəticəsində bir Azərbaycan vətəndaşı həlak olmuş, digər şəxs isə ağır yaralanmışdır. Bu hadisə diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Dövlət başçısının qeyd etdiyi kimi, həmin terror aktı uzun müddət davam etmiş, lakin İranın təhlükəsizlik və hüquq-mühafizə orqanları hadisəyə operativ reaksiya verməmişdir. Bu fakt Azərbaycanın haqlı olaraq həmin hadisənin arxasında İran dövlət strukturlarının dayandığı barədə ciddi şübhələrinin yaranmasına səbəb olmuşdur. Azərbaycan tərəfi həmin vaxt hadisəyə sərt reaksiya vermiş, Tehrandakı səfirliyini təxliyə etmiş və diplomatik əlaqələri dayandırmışdır. Nəticədə İran tərəfi üzr istəməyə və məsuliyyəti etiraf etməyə məcbur olmuşdur. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyi və dövlət maraqları məsələsində heç vaxt güzəştə getmir. 

Prezident İlham Əliyev İranın bu hərəkətini həm də böyük nankorluq nümunəsi kimi qiymətləndirmişdir. Dövlət başçısı xatırlatmışdır ki, son hadisələr baş verən kimi Azərbaycan tərəfi İran rəhbərliyinə başsağlığı vermiş və dəstəyini ifadə etmişdir. Hətta İran tərəfinin müraciəti əsasında Livanda qalmış İran səfirliyinin əməkdaşlarının təxliyəsi üçün Azərbaycan tərəfindən yardım göstərilmişdir. Bu fakt Azərbaycanın humanitar dəyərlərə və dostluq münasibətlərinə sadiq olduğunu göstərir. Azərbaycan çətin vəziyyətə düşən hər bir qonşu dövlətə yardım etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirmişdir. Lakin bu cür xoş niyyətli addımların qarşılığında Azərbaycan ərazisinə qarşı hücumların həyata keçirilməsi qəbuledilməzdir. Bu hadisə bir daha göstərir ki, regionda sabitliyin qorunması üçün dövlətlər arasında qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət olunması vacibdir. Əks halda, belə addımlar yalnız gərginliyin artmasına və təhlükəsizlik risklərinin genişlənməsinə səbəb olur. 

Qeyd edək ki, Azərbaycanın Silahlı Qüvvələri istənilən təhlükəyə qarşı lazımi cavabı verməyə qadirdir. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Bəli, Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək əzmindədir. Azərbaycanın mövqeyi isə aydındır: ölkəmiz sülh tərəfdarıdır, lakin öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququna malikdir. 

Təhlükəsizlik Şurasının iclasında dövlət başçısının səsləndirdiyi fikirlər və verdiyi mesajlar həm də Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsiplərinin bir daha bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı həm regiona, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj oldu: Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir və bu istiqamətdə qətiyyətli addımlar atmağa hazırdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qarşıya çıxan bütün təhlükələri hər zaman qətiyyətlə dəf edəcək, regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına bundan sonra da mühüm töhfələr verəcəkdir.


Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı







Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Parlamentlərarası İttifaq qlobal idarəetmədə səslərimizin daha güclü eşidilməsində böyük rol oynayır  

22:29
16 Aprel

Nazir: Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və motivasiyasının artırılması prioritet məsələlərdəndir  

21:47
16 Aprel

Rusiyada axtarışda olan cinayətkar polisləri güllələyib

21:31
16 Aprel

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!