10 Avqust 2025 08:05
740
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən növbəti diplomatik uğuru

Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən növbəti diplomatik uğuru


Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə son dərəcə vacib tarixi hadisəyə şahidlik etdi. ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona işgüzar səfərinin baş tutması, istər Azərbaycan-Ermənistan normallaşdırma prosesinin irəlilədilməsi, istərsə də Azərbaycan-ABŞ əlaqələrinin gələcək inkişaf gündəliyinin yenidən nəzərdən keçirilməsi və bu istiqamətdə mühüm qərarların qəbul edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.

Xüsusilə Azərbaycanın regionun əsas açar ölkələrindən biri olmasını və qlobal əhəmiyyətli Orta dəhliz üzərində əlverişli coğrafi mövqedə yerləşməsini və ən əsası Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş komandanlığı ilə torpaqlarımızın işğaldan azad olunması nəticəsində yeni geosiyasi reallığın yaranmasını və münaqişənin bitməsindən dərhal sonra Prezident İlham Əliyevin sülh gündəliyi ilə çıxış etməsini nəzərə alaraq, Vaşinqton səfərinin regionun gələcək inkişafında yeni bir mərhələnin başlanmasına mühüm töhfə verəcəyini əminliklə söyləmək olar. 

Eyni zamanda ABŞ Prezidentinin sülhməramlı missiyası çərçivəsində regionumuza diqqət ayırması, xüsusilə dünyada münaqişə ocaqlarının hələ də alovlanmaqda olduğu bir zamanda Cənubi Qafqazda sülh və tərəqqinin təmin edilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.


Azərbaycan-Ermənistan normallaşma prosesi


Ermənistanla Azərbaycan arasında normallaşma prosesində, sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. Azərbaycan dövləti Prezident İlham ƏIiyevin liderliyi ilə bütün hədəflərinə nail olur. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi və Ermənistanın kapitulyasiya aktını imzalamasına nail oldu. Növbəti illərdə qələbəmiz addım-addım möhkəmləndirilərək, "Qisas əməliyyatı" da daxil olmaqla bir neçə lokal xarakterli tədbirlər nəticəsində Ermənistan ordusunun qalıqlarına, qeyri-qanuni erməni silahlı dəstələrinə sarsıdıcı zərbələr vuruldu və Laçında sərhəd keçid məntəqəsi quruldu. Nəhayət, 2023-cü ildə ölkəmiz 24 saatdan az bir müddətdə gerşəkləşdirilən antiterror tədbiri ilə özünün tam suverenliyini bərpa edərək, son 80 ildə mütləq qələbə qazanan yeganə ölkə oldu. Münaqişəni qalibiyyətlə bitirdikdən sonra Azərbaycan sülh gündəliyi ilə çıxış etdi və bu sülh təşəbbüsünün banisi də məhz Prezident İlham Əliyevdir. 2022-ci ilin əvvəlində Azərbaycan sülh müqaviləsinin baza prinsipləri olaraq, bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, qarşılıqlı olaraq ərazi iddiası ilə çıxış etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması, kommunikasiyaların açılması kimi müddəaları ehtiva edən 5 əsas prinsipi Ermənistana təqdim etdi. Bu ilin mart ayında son olaraq razılaşdırılan 17 maddədən ibarət sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanıb. Lakin danışıqlar prosesinin gedişi Ermənistanın səmimi olmamasını bir daha nümayiş etdirdi. 2023-cü il antiterror tədbirlərinə qədər Ermənistan Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını layihəyə təkid etməsinə baxmayaraq, Azərbaycan prinsipial olaraq bu məsələnin ölkənin daxili məsələsi olduğunu və dövlətlərarası sənədə daxil edilməsinin qəbuledilməz olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.

Təəssüflə qeyd edilməlidir ki, Bayden-Blinken administrasiyası, Fransa Prezidenti Makron Azərbaycan-Ermənistan normallaşma prosesinə hər vəchlə mane olaraq, öz gündəliklərini sırımağa çalışırdılar və bu məqsədlə, ölkəmizə qarşı çirkin iftiralara,  təzyiqlərə, siyasi-diplomatik təxribatlara əl atırdılar, lakin məqsədlərinə nail ola bilmirdilər. Nəhayət, 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü tam təmin etdikdən sonra həqiqi danışıqlar başladı və 2025-ci ilin mart ayında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşdı.

Lakin Ermənistan öhdəliklərinə əməl etməyərək, iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, razılaşdırılmış sülh sazişi layihəsinin imzalanması yolunda əsas maneələrin - Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması və lazımsız Minsk Qrupu və əlaqəli qurumların ləğv olunması ilə bağlı müvafiq addımlar atmaması sülh prosesinin ləngiməsinin əsas səbəblərindən biri olaraq qalırdı. Həmçinin Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına və bununla da, dolayısı ilə regionda nəqliyyat infrastrukturunun tam gücü ilə işləməsinə maneə törədirdi. 

Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir və məhz dövlət başçısının qətiyyətli mövqeyi sayəsində milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini - Minsk qrupunun ləğvi üçün birgə məktub imzalanmasını və öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. Unutmayaq ki, buna qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Prezident İlham Əliyev daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu.

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə regionda Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul edir. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycanofobiya xəstəliyinə tutulmuş Fransa Prezidenti Makronun, keçmiş qondarma qurumu tanıyan fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, Amnesty International, Human Rights Watch, erməni lobbisinin, ANCA-nın, Azərbaycanı sanksiya, təcridlə hədələyənlərin, borellərin, frenk pallonelərin, adam şifflərin iflasıdır. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.


Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ


Vaşinqton səfərinin Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına təsir imkanlarına gəldikdə bir sıra məsələlər xüsusilə diqqətə alınmalıdır. Son 33 il ərzində inkişaf tarixinə nəzər yetirdikdə əsasən enerji, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrdə ön planda olduğunu deyə bilərik. Belə ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji siyasətinin nəticəsi olaraq, 1994-cü ildə qlobal əhəmiyyətli "Əsrin müqaviləsi"nin imzalanmasından sonra iki ölkə arasında enerji sahəsində əməkdaşlıq intensiv xarakter almışdır. Təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığa gəldikdə isə məlum olduğu kimi, 1992-ci ilin avqust ayında post-sovet ölkələrinə yardım məqsədilə ABŞ konqresinin qəbul etdiyi "Azadlığa yardım aktın"a bu ölkənin erməni lobbisinin və ermənipərəst qüvvələrinin təsiri və təzyiqi ilə ədalətsiz 907-ci düzəlişin əlavə edilməsindən sonra ikitərəfli münasibətlərdə soyuqlaşma müşahidə edilmişdir. Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və bu terrorçu siyasətin nəticəsində Xocalı soyqırımı və digər faciələrə düçar olmuş Azərbaycana qarşı belə bir sanksiyanın qəbul edilməsi ikili standartların və ədalətsizliyin göstəricisi idi. 2001-ci ilin sentyabr ayından sonra beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin oynaya biləcəyi əhəmiyyətli rolu anlayan ABŞ tərəfi ölkə prezidentinə 907-ci düzəlişin tətbiqinin 1 il müddətində dayandırılması səlahiyyəti vermiş və ABŞ prezidentləri hər il bu qərarı yeniləməklə, iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə imkan vermişlər. Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Bayden adminstrasiyası bu düzəlişin yenidən qüvvəyə minməsinə qərar verməklə, iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirmişdir.

Bu baxımdan Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir. 

Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik siyasətində və planlarında ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Bu səfər Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini möhkəmləndirməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya yönəlik artan diqqətini nümayiş etdirəcək. Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünün dəstəklənməsi və post-münaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər, həmçinin regionda geosiyasi güc balansına təsir edəcək mühüm diplomatik addım kimi dəyərləndirilməlidir.

Məlumdur ki, ölkəmiz milli maraqları əsas götürməklə, müstəqil, prinsipial, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına uyğun xarici siyasət kursu həyata keçirir. Azərbaycan yeni geosiyasi reallıqlar yaratması, beynəlxalq təşkilatlarda üzvlüyü və sədrliyi zamanı beynəlxalq hüquqa və ədalətə söykənən fəaliyyəti nəticəsində dünya miqyasında nüfuzlu bir dövlətə çevrilmişdir. Bu isə, sözsüz ki, güc mərkəzlərinin və əsas beynəlxalq oyunçuların diqqətindən kənarda qalmır. Xüsusilə də, Azərbaycan və ABŞ  liderlərinin praqmatik və prinsipial mövqe sərgiləməsi, oxşar dəyərləri üstün tutması münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər. Məhz bu kimi amillər Azərbaycan-ABŞ münasibətlərinin qarşıdan gələn illərdə yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir.

Azərbaycan və ABŞ liderləri arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan Azərbaycana siyasi və  iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu, regional təhlükəsizlik arxitekturasında rolunu, diplomatik manevr imkanlarını  daha da artıracaq, Qərb diplomatiyası istiqamətində mövqeyini daha da gücləndirəcək.


Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!