16 Dekabr 2025 08:30
193
İQTİSADİYYAT
A- A+
Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları


Ölkəmizdə aparılan aqrar islahatlar sayəsində torpaqların özəlləşdirilməsi başa çatmış, yeni qurumlar- fermer təsərrüfatları, torpaq mülkiyyətçiləri və s. yaranmışdır. İlk dövrlər müəyyən çətinliklər olsa da, son vaxtlar iri təsərrüfatlar formalaşmağa başlamış, imkanlı şirkətlər, fermerlər əmələ gəlmişdir. Onlar nümunəvi təsərrüfatlar yaradaraq ölkənin sızaq təhlükəsizliyinin təminatına sanballı töhfə verirlər. 

Buna baxmayaraq, hələ də bu sahədə istənilən nəticəni əldə etmək mümkün olmur. Başlıca səbəbi isə fermerlərin yüksəkkeyfiyyətli səpin materialına - toxuma malik olmamalarıdır. Əksər hallarda onlar toxumla deyil, əldə etdikləri məhsulla səpin aparırlar. Bir qisim fermerlər isə xaricdən gətirilmiş toxumlara üstünlük verirlər ki, bu da həm baha başa gəlir, həm də onların riskləri - genetik quruluşu, özləri ilə xəstəlik, zərərverici və s. gətirmələri xeyli çətinliklər yaradır. Üstəlik, həmin sortlar fərqli torpaq-iqlim şəraiti üçün yaradıldığından özlərini çox vaxt doğrultmurlar.

Məlumdur ki, toxum kənd təsərrüfatında bitkilərin məhsuldarlığının bünövrəsi hesab olunur. Toxumun keyfiyyəti nə qədər yüksəkdirsə, ondan inkişaf edən bitkilər də bir o qədər güclü və məhsuldar olur. Buna görə də hər bir təsərrüfat yetişdirəcəyi toxumun yüksəkkeyfiyyətli olması üçün bütün tədbirləri vaxtında görməli, məhsuldarlıqda toxumun əhəmiyyətini nəzərə alaraq onun təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam və cins olmasına diqqət verməlidir. Elmi araşdırmalar və təcrübələr göstərir ki, düzgün qurulmuş toxumçuluq sistemində yetişdirilmiş yüksəkkeyfiyyətli toxumlarla səpin aparılarkən müvafiq aqrotexniki tədbirlərin həyata keçirildiyi şəraitdə məhsuldarlığı ən azı 20-30 faiz artırmaq mümkündür.

 Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilən bitki sortlarının sort təmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sort dəyişmə və sort təzələməni həyata keçirməklə toxumların məhsuldarlığını artırmaqdır. Təəssüf ki, ölkəmizdə bu məsələ uzun müddət diqqətdən kənarda qalmışdı. Hazırda isə toxumçuluğun inkişafına ciddi fikir verilir - subsidiyalar ayrılır və digər dövlət dəstəyi göstərilir. Son dövr yaradılmış Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti uzun illərin problemlərini həll etməyə çalışır. Bu sahədə yeni təlimatlar, tövsiyələr işlənir, qanunlar qəbul edilir. Lakin yerlərdə yaradılan toxumçuluq qurumlarının demək olar ki, əksəriyyətinin sahibi toxumçuluq üzrə ixtisaslaşmış mütəxəssislər deyillər. Bu problem Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin işində xeyli çətinliklər yaradır.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar göstərir ki, keyfiyyətli toxumun əldə edilməsi və onun uzun illər qorunub saxlanılması yerlərdə mövcud olan əsas problemlərdəndir. İndinin özündə də toxumun əldə olunmasında kortəbiilik var. Fermerlər toxumu çox vaxt sertifikatsız və qarantiyasız alırlar. Ona görə də hər bir fermerin toxumçuluğun əsas şərtlərini öyrənməsi vacibdir.

Fermer təsərrüfatlarında yüksək gəlir əldə etmək üçün tətbiq olunan aqrotexniki tədbirlərlə yanaşı, keyfiyyətli sort toxumlar əkilməlidir. Torpaq-iqlim şəraitindən asılı olaraq, toxumun genetik və irsi xüsusiyyətlərini saxlaması, yəni uzun illər boyu məhsul verməsi üçün tələb olunan aqrotexniki tədbirlərə düzgün əməl edilməlidir. Yaddan çıxarılmamalıdır ki, toxum strateji əhəmiyyətli məhsul olub çox baha başa gəlir. Amma nə edəsən ki, bəzən fermer hər hansı bitki toxumunu baha qiymətə alıb gətirsə də, ona lazım olan aqrotexniki tədbirləri düzgün bilmədiyindən, lazımı nəticə əldə edə bilmir. Çox vaxt unudulur ki, toxum sınaqdan keçirilməmiş, yoxlanılmamış səpilərsə, böyük ziyan verə bilər. Toxumu yoxlamaqda məqsəd toxum və cücərtilərinin əlamətlərinə görə sortluluğunu müəyyən etməkdir. Bu üsul toxum qrupunun əlavə yoxlanmasına imkan verir. Söz düşmüşkən bildirək ki, ölkəmizdə son illər ayrı-ayrı regionlarda toxumları analiz etmək üçün müasir laboratoriyalar yaradılır.

Kənd təsərrüfatı ilə məşğul olan torpaq mülkiyyətçiləri yaxşı bilirlər ki, yüksək məhsul yalnız yaxşı seçmə toxumdan yetişdirilə bilər. Toxum nə qədər keyfiyyətlidirsə, ondan inkişaf edən bitkilər də bir o qədər güclü, məhsuldarlıq isə yüksək olur. Amma fermerlərin adını qeyd etdiyimiz Dövlət Xidməti ilə əlaqələri zəifdir. Bu səbəbdən onlar toxumu haradan gəldi alır, analiz etmədən səpin aparır və təbii ki. yekunda ziyana düşürlər. Odur ki, Bitki Sortlarının Qeydiyyatı və toxum Nəzarəti üzrə Dövlət Xidmətinə böyük səlahiyyətlər verilməsi vacibdir.

Yaxşı toxum yüksək məhsulun rəhnidir. Ona görə də hər bir təsərrüfat səpin üçün tədarük etdiyi toxumun yüksəkkeyfiyyətli olması üçün mümkün olan bütün tədbirləri görməlidir. Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu, səpin üçün hazırlanan toxum təmiz, yüksək cücərmə qabiliyyətinə malik, iriliyinə və formasına görə bərabər, normal rütubətli və sağlam olmalıdır. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaq lazımdır. Toxum kondisiyaya uyğun olmazsa, tədbirlər görülməli, qabaqcıl fermer və ya toxumçuluq sahəsinin mütəxəssislərinə müraciət olunmalıdır. Nəzərə alınmalıdır ki, toxumun keyfiyyəti toxum nəzarəti laboratoriyalarında təyin edilir və keyfiyyətə dair sənəd verilir.

Toxumçuluğun əsas prinsipləri sortun səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin qorunub saxlanması, toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə riayət olunması, istifadə olunan sort üzərində müəllifin və patent sahibinin hüquqlarının qorunması, toxumların sertifikatlaşdırılmasının məcburiliyi, sortun rayonlaşma qaydalarına əməl edilməsidir. Təəssüf ki, deyilənlərin böyük əksəriyyəti yerinə yetirilmir və bu da sonda məhsuldarlığa təsir edir.

Toxumçuluq subyektlərinin vəzifələri isə toxumçuluğa dair Azərbaycan Respublikasının qanunvericiliyinə əməl və toxumçuluğun əsas prinsiplərinə riayət etmək, patent sahibi ilə müəyyən olunmuş qaydada bitki sortlarının toxumlarından istifadəyə görə haqq ödənilməsini nəzərdə tutan lisenziya müqaviləsi bağlamaq, ticarət dövriyyəsinə daxil edilən toxumların sənədlərində göstərilmiş sortluq və səpin keyfiyyətlərinə təminat vermək, dövlət standartları ilə müəyyən edilmiş müddətdə toxum nümunələrini saxlamaq, hər bir sort üzrə müəyyən edilmiş formada, toxumların sortluq və səpin keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları bir il müddətində saxlamaq, bitki karantini tələblərinə əməl etmək, müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlumat vermək, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməkdən ibarətdir. Bu məsələlər sözügedən Dövlət Xidməti tərəfindən yüksək səviyyədə hazırlanmışdır. Təəssüflər olsun ki, yerlərdə bu qaydalara da əməl olunmur. Fermerlər həmin məsələlərə səthi yanaşır, müqavilə bağlamır, patent ödəmir, əksər hallarda isə heç bir sənədləşmə aparmırlar.

Problemin son dərəcə ciddiliyini nəzərə alaraq, onun həlli yollarını təsərrüfat rəhbərlərinin maarifləndirilməsində görürük. Bu işlərdə fermerlərimizə Azərbaycan Dövlət Aqrar Universitetinin imkanlarından istifadə etmək, lazımi təlimatlar almaq məqsədəuyğun olardı. Toxumçular üçün təlimlərin, seminarların keçirilməsi də müsbət nəticələr verə bilər. Bundan başqa, özəl toxumçuların bilik və bacarıqlarının artırılması vacibdir. Onu da qeyd edək ki, bu sahə böyük kapital qoyuluşu tələb etmir. Ancaq gəlirləri yüksəkdir. Ümumiyyətlə, toxumçuluq həmişə gəlirli sahə olub. Başqa sözlə, hər hansı bir fermer təsərrüfatı əsasən bitkiçiliklə məşğuldursa, onun toxumçuluqla məşğul olması məsələsi də qalxacaq. Çünki fermer xaricdən gətirilən toxumdan asılı olmaq istəmir. Çünki bu sahədə hökm sürən inhisarçılıq böyük çətinliklərə yol açır, dünya bazarında baş verən dəyişikliklər və digər görünməyən səbəblər təsərrüfatları problemlərlə üzləşdirir. Ona görə də fermer istəyir ki, özünün toxum bazası olsun və bu sahədə riskləri aşağı endirsin. Belə olan halda ADAU-nun imkanlarından istifadə edərək özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni, innovativ üsullarla tanışlıq, ilkin toxum təmizləmə avadanlıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsi çox vacibdir.

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları tərəfindən alınmış və rayonlaşdırılaraq rəsmi Dövlət Reyestrinə salınmıış "Nurcahan" və "ADAU-100" yumşaq buğda, "ADAU - 80", "Gəncə" və "Məhsuldar" qarğıdalı sortlarının, "Qismət" tritikale sortunun, həmçinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunmuş "Mübariz" - bərk buğda və "Qırmızı buğda 2" - yumşaq buğda sortlarının toxum fondunun yaradılması istiqamətində geniş tədqiqat işləri aparılmışdır. 

Ölkənin yeganə ali aqrar təhsil müəssisəsinin bazasında seleksiyanın "Qızıl fondu" hesab edilən 24 başlanğıc material pitomniki yaradılmışdır. Bu pitomnikdən 445 nümunə seçilmiş və araşdırılmışdır. Həmin nümunələr kolleksiya, hibrid və seleksiya pitomniklərində səpilmiş, onlar üzərində fenoloji müşahidələr, sünbül və dərz analizləri aparılmışdır.

Hesab edirik ki, ADAU-da kolleksiya pitomnikinin yaradılması, mövcud olan formaların əkib-becərilməklə öyrənilməsi, qorunub saxlanılması, toplanmış genefond nümunələrinin genetik əsaslarla tədqiqata cəlb edilməsi vacib və aktualdır. Həm də bu genefond nümunələri yeni sort və hibrid almanın əsasını təşkil edir. Dəyişən iqlim şəraitində kənd təsərrüfatı bitkilərinin sort və hibridlərinin yaradılması, seçilməsi, əsaslandırılması və davamlı məhsul istehsalını təmin edən becərmə texnologiyaları və inteqrir mübarizə üsullarının işlənib hazırlanması aqrar sahənin qarşısında duran ən vacib məsələlərdəndir.

Hazırda ekoloji vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, hər cür stresə (quraqlığa, şaxtaya və s.) davamlı yeni sortların yaradılmasının mövcud yollarının mümkünlüyü diqqət mərkəzindədir. Yeni yaradılan sortların toxumçuluq bazasının təşkili isə əsas şərtdir. Çünki toxumçuluq kənd təsərrüfatının əsas yaradıcı qüvvəsidir.


Firudin QURBANOV,

ADAU-nun laboratoriya müdiri, Əməkdar kənd təsərrüfatı işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

Janna Skot: ABŞ administrasiyası Azərbaycanı enerji təhlükəsizliyində artan əhəmiyyətə malik dövlət kimi qiymətləndirir  

12:28
16 Dekabr

Azərbaycan yeni sazişə qoşulur  

12:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!