15 Aprel 2026 12:34
320
CƏMİYYƏT
A- A+
Paytaxtdan verilən mesaj: güclü qadın, güclü cəmiyyət

Paytaxtdan verilən mesaj: güclü qadın, güclü cəmiyyət

Müasir dünyada davamlı inkişaf, sosial ədalət və inklüziv iqtisadiyyat anlayışları artıq bir-birindən ayrılmaz məfhumlara çevrilib. Bu kontekstdə qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı yalnız sosial zərurət olmaqla yanaşı, həm də strateji inkişaf faktorudur. Məhz bu baxımdan, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı mühüm siyasi, sosial və iqtisadi məna kəsb edən hadisə kimi tarixə düşür.

Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi bizi qürurlandırdı.  Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, təşəbbüskarlıq qabiliyyətinin və qlobal problemlərin həllində fəal iştirakının bir daha şahidi olduq. Azərbaycan uzun illərdir ki, dialoq, əməkdaşlıq və qarşılıqlı etimad platformalarının yaradılmasında mühüm rol oynayır. Bakı isə artıq beynəlxalq konfransların, strateji müzakirələrin keçirildiyi nüfuzlu mərkəzlərdən birinə çevrilib.


Qadın amili: statistik göstəricidən strateji gücə


Konfransda çıxış edən Leyla Əliyeva öz nitqində qadınların cəmiyyət və iqtisadiyyatdakı roluna xüsusi diqqət çəkərək qeyd etdi ki, Azərbaycanda məşğul əhalinin təxminən 50 faizini qadınlar təşkil edir. Bu rəqəm  qadınların ölkənin iqtisadi həyatında fəal iştirakının, onların istehsal, xidmət, idarəetmə və digər sahələrdə aparıcı mövqelər tutduqlarının real göstəricisidir.

Bu göstərici həm də onu deməyə əsas verir ki, Azərbaycanda qadınlar artıq ənənəvi sosial rollardan çıxaraq iqtisadiyyatın formalaşmasında və inkişafında birbaşa iştirak edən əsas aktorlardan birinə çevriliblər. Bu isə dövlət siyasətinin düzgün qurulmasının, gender bərabərliyinə verilən önəmin və qadınların potensialının reallaşdırılması üçün yaradılan imkanların nəticəsidir.

Leyla Əliyevanın çıxışında xüsusi yer tutan məqamlardan biri də IDEA İctimai Birliyi çərçivəsində həyata keçirilən ekoloji layihələr oldu. Müasir dövrdə iqlim dəyişiklikləri, ətraf mühitin çirklənməsi və təbii resursların tükənməsi kimi qlobal problemlər fonunda bu təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

IDEA tərəfindən həyata keçirilən ağacəkmə kampaniyaları, heyvanların mühafizəsi, tullantıların azaldılması və ekoloji maarifləndirmə layihələrində minlərlə qadının fəal iştirakı diqqətəlayiqdir. Bu, qadınların həm də ekoloji məsuliyyət daşıyan güc kimi formalaşdığını göstərir. Qadının təbiətə bağlılığı, qoruyucu və yaradıcı missiyası bu cür təşəbbüslərdə özünü daha aydın büruzə verir.


Azərbaycanın sədrliyi və yeni təşəbbüslər


Konfrans çərçivəsində ən mühüm məqamlardan biri də Azərbaycanın AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər oldu. Xüsusilə AQEM Qadınlar Şurasının yaradılması ideyası region üçün yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Leyla Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirərək qeyd etdi ki, belə bir platforma qadınların səslərinin daha sistemli və koordinasiyalı şəkildə eşidilməsinə imkan yaradacaq. Bu şura yalnız müzakirə platforması deyil, həm də real fəaliyyət mexanizmi kimi çıxış edərək qadınların qərar qəbuletmə proseslərində iştirakını gücləndirəcək.


Beynəlxalq baxış və regional çağırışlar


AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında qadınların gücləndirilməsinin yalnız sosial məsələ deyil, həm də iqtisadi və siyasi sabitlik üçün vacib amil olduğunu vurğuladı. O qeyd etdi ki, Asiya regionunda qadınların əmək bazarında iştirakı hələ də arzu olunan səviyyədə deyil və gender fərqi təxminən 20 faiz təşkil edir. Bu fonda Azərbaycanın göstəriciləri müsbət nümunə kimi xüsusi diqqət çəkir.

Baş katibin fikirləri bir daha sübut edir ki, qadınların iqtisadi və ictimai proseslərdə iştirakı nə qədər geniş olarsa, cəmiyyətlərin inkişafı bir o qədər dayanıqlı və balanslı olar.

BMT Qadınlar Qurumunun icraçı direktoru Sima Sami Bahous isə videomüraciətində qadınların iqtisadi gücləndirilməsinin dayanıqlı inkişafın əsas sütunlarından biri olduğunu qeyd etdi. Onun sözlərinə görə, qadınlara imkanların yaradılması, bütövlükdə, cəmiyyətin inkişafını təmin edir.


Sahibkarlıq, rəqəmsallaşma və yeni imkanlar


Konfrans çərçivəsində keçirilən panel müzakirələri müasir dövrün əsas çağırışlarını əhatə etdi. Xüsusilə “Kiçik və orta biznesdə qadın sahibkarlığı: Süni intellekt və rəqəmsallaşmanın imkanları” mövzusu diqqət mərkəzində oldu.

Bu müzakirələrdə vurğulandı ki, rəqəmsallaşma və süni intellekt qadın sahibkarlar üçün yeni üfüqlər açır. Onlar artıq ənənəvi biznes modellərindən çıxaraq qlobal bazarlara çıxış əldə edir, innovativ məhsullar və xidmətlər təqdim edirlər. Bu isə qadınların iqtisadi müstəqilliyini daha da gücləndirir.

Eyni zamanda “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzusunda panel müzakirələri qadınların ekoloji sahədə liderlik potensialını bir daha ortaya qoydu. Qadınların bu sahədə fəaliyyəti yalnız ekoloji problemlərin həllinə deyil, həm də cəmiyyətin maarifləndirilməsinə mühüm töhfə verir.


Qadınlar Şurası: institusional gücün təməli


Konfransın ən mühüm nəticələrindən biri AQEM Qadınlar Şurasının ilk iclasının keçirilməsi oldu. Bu şura region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşkili və qadınların hüquq və imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayacaq.

Bu təşəbbüs Azərbaycanın beynəlxalq səviyyədə irəli sürdüyü ən uğurlu ideyalardan biri kimi qiymətləndirilə bilər. Çünki bu yalnız bir strukturun yaradılması deyil, həm də qadınların səsinin daha sistemli şəkildə beynəlxalq gündəliyə daxil edilməsidir.


Azərbaycanın mesajı: inklüziv və dayanıqlı gələcək


Bugünkü reallıq göstərir ki, Azərbaycan qadınların gücləndirilməsi sahəsində yalnız daxili siyasət yürütmür, eyni zamanda beynəlxalq təşəbbüslərlə çıxış edərək bu sahədə qlobal liderlik iddiasını ortaya qoyur. Bakıdan verilən mesaj isə aydındır: qadınların iştirakı olmadan nə dayanıqlı inkişaf, nə də sosial ədalət mümkündür.

Bu konfrans bir daha sübut etdi ki, Azərbaycan qadınların hüquqlarının qorunması, onların iqtisadi və sosial imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasət isə yalnız bu günün deyil, gələcəyin də təminatıdır.

Qadınların səsi gücləndikcə cəmiyyətlər daha möhkəm, iqtisadiyyatlar daha dayanıqlı, dövlətlər isə daha güclü olur. Azərbaycan isə bu prosesdə yalnız iştirakçı deyil, həm də istiqamətverici qüvvə kimi çıxış edir.


Sara ƏZİMOVA,

"Şərq qapısı" qəzetinin baş redaktoru


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!