18 Aprel 2026 16:48
500
CƏMİYYƏT
A- A+
Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  

Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib  


Qarabağ Universitetinin rektoru Şahin Bayramov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və digər tərəfdaşların birgə təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konfransında (7th International Travel and Tourism Dynamics Congress – ITTD26) iştirak edib. “Türk dövlətlərində turizmin gələcəyinin yenidən formalaşdırılması” (Re-Designing Tourism Futures in Turkic States) mövzusuna həsr olunan konfrans aprelin 15–17-də Türkiyənin Ankara şəhərində keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tədbir çərçivəsində Şahin Bayramov “Türk dünyasında turizm əməkdaşlığı və turizmin ortaq mədəniyyətə töhfəsi” mövzusunda təşkil olunan panel müzakirələrində çıxış edib. Çıxış zamanı Qarabağ regionunun zəngin turizm potensialı diqqətə çatdırılıb, eyni zamanda Qarabağ Universitetinin missiyası, strateji inkişaf istiqamətləri və turizm sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Konfransın açılış mərasimində, həmçinin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Ankara Hacı Bayram Veli Universitetinin rektoru Mehmet Naci Bostancı, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Ankara valisi Vasip Şahin, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və digər rəsmi şəxslər çıxış ediblər.

Qeyd edək ki, yüksək səviyyədə təşkil olunan bu beynəlxalq konfransda iştirak Qarabağ Universitetinin qlobal akademik və elmi platformalarda fəal təmsil olunduğunu bir daha nümayiş etdirir.

Qarabağ Universiteti beynəlxalq əməkdaşlığın genişləndirilməsini və Türk dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsini prioritet istiqamətlərindən biri kimi davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!