19 Aprel 2026 10:56
809
SİYASƏT
A- A+
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri və əməkdaşları Azərbaycan Respublikasının Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla anıblar. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub, həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.

Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi qiymətləndirilir.

Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx birləşdiklərini, ölkəmizin xaricdəki “yumşaq güc”ünə çevrilmək yolunda uğur qazandıqlarını ifadə edib. Həmçinin, 20 xarici ölkədə 32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı müsbət rollarını diqqətə çatdırıb.

Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon meksikalı yaşayır.

Görüşdə Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.

Görüş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nun imzalanması ilə yekunlaşıb.

Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!