21 İyun 2025 08:45
520
İQTİSADİYYAT
A- A+
Orta dəhliz İsrail-İran müharibəsi fonunda

Orta dəhliz İsrail-İran müharibəsi fonunda


Yaxın Şərqdəki gərginlik bu marşrutun əhəmiyyətini bir daha göstərdi


İsrail-İran müharibəsi dünya enerji bazarında onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirib. Dünya üzrə hasil olunan neftin 20 faizinin daşındığı Fars körfəzi təhlükəli əraziyə çevrilib. İran başqa dövlətlərin də İsrail tərəfindən müharibəyə qoşulacağı halda Hörmüz boğazını minalayaraq bağlayacağını gizlətmir. Xatırladaq ki, Hörmüz boğazı Fars körfəzindən Omma körfəzinə keçən ən dar keçiddir. 

Üstəlik, bu müharibə uzanarsa, regiondan keçməsi nəzərdə tutulan iki ticarət marşrutunun tikintisi də əngəllənə bilər. O ticarət marşrutları ki, indiki çətin geosiyasi zamanda iri ticarət ölkələrinə hava və su kimi lazımdır. Çünki Amerika bu gün bütün dəniz ticarətinə nəzarət edir. Belə vəziyyət ilk növbədə Çini qane etmir - Amerika istədiyi vaxt ÇXR-in dəniz ticarətinə əngəl yarada bilər. O üzdən Çin özünün məşhur "Bir kəmər, bir yol" layihəsini irəli sürüb. Bu nəhəng marşrutun əsas qolu indi Orta dəhliz adlanır. Hazırda bu marşrut dünya ticarətində getdikcə önəmli rol oynamağa başlayıb. Burada əsl sıçrayışın 2030-cu ildə olacağı gözlənilir. Həmin dövrdə dəhliz vasitəsilə yüklərin daşınmasının 25-30 milyon tona çatdırılması planlaşdırılır.

Ancaq ABŞ də dinc durmur, Orta dəhlizə nəzarət edə bilmədiyi üçün  nəzarətində olacaq yeni marşrutların yaradılmasına çalışır. Belə layihələrdən biri Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən keçən (IMEC) marşrutdur. Məlum olduğu kimi, son dövrlər Hindistan iqtisadiyyatı sürətlə böyüyür. Hazırda bu ölkə məhsul istehsalına görə dünyada 5-cidir. Təbii ki, istehsal artdıqca ixracın coğrafiyası və həcmi də genişlənir. Hindistanla Çinin münasibətləri isə heç də ürəkaçan deyil. Aralarında ərazi mübahisəsi və bir çox anlaşılmazlıqlar var. O səbəbdən Hindistan beynəlxalq bazara, xüsusən alıcılıq qabiliyyəti yüksək olan Avropaya çıxışını Çindən asılı vəziyyətə salmaq istəmir və alternativ marşrutların axtarışındadır. Bu marşrutlardan biri də Amerikanın nəzarətində olacaq İMEC layihəsidir. Amma bir iş də var ki, İsrail-İran müharibəsi uzanarsa, bu yeni qlobal ticarət dəhlizinin yaranması təhlükə altında olacaq.   

Politoloq Şahin Cəfərli deyir: "İMEC-in iki ayrı dəhlizdən ibarət olması nəzərdə tutulur - Hindistanı Fars Körfəzi ilə birləşdirəcək Şərq dəhlizi və Fars Körfəzini Avropa ilə birləşdirəcək Şimal dəhlizi. İdeya bundan ibarətdir ki, mövcud dəniz və avtomobil nəqliyyatı marşrutlarını tamamlayacaq transsərhəd gəmi-dəmir yolu tranzit şəbəkəsi yaradılsın, dəmir yolu marşrutu boyunca elektrik enerjisi və internet kabelləri, eləcə də təmiz hidrogen ixracı üçün borular çəkilsin".

İsrail-İran müharibəsi daha bir əhəmiyyətli ticarət marşrutunun yaranmasını əngəlləyəcək. Bu, qardaş Türkiyənin İraqla birlikdə həyata keçirmək istədiyi "Qalxınma yolu" layihəsidir. Asiya ilə Avropa arasında ticarətin həyata keçirilməsinə böyük töhfə verə biləcək bu marşrut da İsrail-İran müharibəsi üzündən ləngiyə bilər. Belə ki, nəzərdə tutulan bu marşrut Fars körfəzi ilə bağlıdır, yəni müharibənin getdiyi bir ərazi ilə. 

Dünya ticarətində önəmli olan Qırmızı dəniz - Süveyş kanalı marşrutu da özünün çətin günlərini yaşayır. Hüsilərin ölkələri dost-düşmənə ayırması, üstəlik, bu ərazidən İsrailə vaxtaşırı raketlərin atılması marşrutu təhlükəli həddə çatdırıb. Bu üzdən həmin marşrutdan istifadə ən aşağı səviyyəyə enib. Məlum olduğu kimi, Qırmızı dəniz - Süveyş kanalı marşrutu dəniz nəqliyyatı ilə həyata keçirilən səmərəli ticarət marşrutudur və o, qlobal ticarətdə vacib rol oynayır. Odur ki, dünya ticarətində malların vaxtında ünvana çatdırılmasında ciddi ləngimələr var. 

Beləliklə, hazırkı vəziyyətdə dünya üzrə ən təhlükəsiz marşrut Orta dəhlizdir. Bu yol münaqişələr və sanksiyalardan hələlik uzaq olan bir qlobal ticarət marşrutudur və buna görə layihəyə qoşulan ölkələrin sayı da durmadan artır. Üstəlik, dünyanın nəhəng maliyyə gücləri Orta dəhlizi daha çox ölkənin seçməsi üçün səxavətlə investisiya ayırır. Çünki bu marşrut təhlükəsiz olduğu qədər də gəlir gətiricidir. 

Hazırda Orta dəhliz üzərindən daşıma həcmlərində nəzərəçarpan artım müşahidə olunur. Məsələn, 2021-ci ildə dəhliz üzərindən daşımaların həcmi təxminən 840 min ton təşkil etmişsə, 2024-cü ildə bu rəqəm 435 faiz artımla 4,5 milyon tona çatıb. Cari ildə bu rəqəmin daha yüksək olması gözlənilir. 

Orta dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən strateji əhəmiyyətli multimodal marşrutdur və həm Avropa İttifaqının "Global Gateway" strategiyasının həyata keçirilməsində, həm də Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün optimallaşdırılmasında aparıcı rol oynayır. Son illər ərzində marşrutla yüklərin çatdırılma müddəti 38-53 gündən 19-23 günə qədər azaldılıb. Hədəf bu göstəricini 15 günə endirməkdir.

İsrail-İran müharibəsi bir daha sübut etdi ki, dünyada ən təhlükəsiz qlobal ticarət marşrutu Orta dəhlizdir. Üstəlik, Asiya ilə Avropa arasında ticarətin aparılmasında həm də iqtisadi səmərəlik baxımından ən sərfəli marşrutdur. Zəngəzur dəhlizinin açılması isə bu marşrutun imkanlarını daha da genişləndirəcək.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!