12 Mart 2026 17:41
749
İQTİSADİYYAT
A- A+
Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

Ələt Azad İqtisadi Zonası Çin istehsalçıları üçün cəlbedici mərkəzə çevrilir  

Pekində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən Azərbaycanın Çindəki səfirliyinin dəstəyi və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) əməkdaşlığı ilə Ələt Azad İqtisadi Zonasına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində CODA-nın üzv müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən xaricdə investisiya və sənaye əməkdaşlığı sahəsində fəal şəkildə fəaliyyət göstərən aparıcı Çin istehsal şirkətləri daxil olmaqla 200-dən çox iştirakçı bir araya gələrək Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) mövcud investisiya imkanlarını müzakirə ediblər.

Səfir Bünyad Hüseynov iki ölkə arasında iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda mövcud investisiya imkanlarından danışıb.

CODA-nın sədri He Cenvey ƏAİZ-in Çin istehsal şirkətləri üçün daha geniş regional və beynəlxalq bazarlara çıxış imkanı yaradan mühüm investisiya platforması olduğunu qeyd edib, Səlahiyyətli Qurum ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını yüksək qiymətləndirdiyini bildirib. O, yaxın zamanda ƏAİZ-də müəssisə qurmaqda maraqlı olan şirkət nümayəndələrindən ibarət heyətin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.

Səlahiyyətli Qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonası barədə ətraflı təqdimat edib. O, ƏAİZ-in unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi daxili və ərazi xarici infrastruktur və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, həmçinin Azad Zonanın strateji üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, Azad Zonada tətbiq olunan cəlbedici və geniş maliyyə və qeyri-maliyyə imtiyazları paketi, o cümlədən vergilərdən və gömrük rüsumlarından azadolmalar, sadələşdirilmiş gömrük prosedurları barədə ətraflı məlumat verib.

ƏAİZ-in regional və qlobal bazarları birləşdirən əsas istehsal və investisiya mərkəzi kimi strateji coğrafi mövqeyi xüsusilə vurğulanıb.

Təqdimatdan sonra interaktiv sual-cavab sessiyası keçirilib. Sessiya çərçivəsində Çin şirkətlərinin nümayəndələri və Səlahiyyətli Qurumun rəsmiləri arasında investisiya imkanlarının müzakirəsi aparılıb. Qarşı tərəf ƏAİZ-in əlverişli biznes mühitini və genişmiqyaslı istehsal potensialını yüksək qiymətləndirdiyini bildirib.

Bundan əlavə, “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru, habelə SolarSync AFEZCO şirkətinin direktoru Siaoley Vanq, Azərbaycan hökumətinin və Səlahiyyətli Qurumun xarici investorlar üçün verdiyi dəstək və təşviqat imkanları haqqında fikirlərini bölüşüb. ƏAİZ-də rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkəti olan “Sunsync” şirkəti, öz qabaqcıl texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək, Azad Zonada 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini qurmağı planlaşdırır.

Tədbirin əsas məqamlarından biri Səlahiyyətli Qurum ilə CODA arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. Sözügedən Memorandum tərəflər arasında əməkdaşlığın təşviqi, məlumat mübadiləsinin asanlaşdırılması və Ələt Azad İqtisadi Zonasına investisiya yatırmaqda maraqlı olan Çin müəssisələrinə dəstəyin göstərilməsi istiqamətində atılacaq birgə addımları əhatə edir.

Tədbir B2B formatında keçirilmiş işgüzar görüşlərlə yekunlaşıb.

Sözügedən görüşlər çərçivəsində Çin şirkətlərinin nümayəndələri potensial layihələr və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Səlahiyyətli Qurumun rəsmiləri ilə təkbətək görüşlər keçirib.

Tədbir ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi və Ələt Azad İqtisadi Zonasında ixracyönümlü istehsal investisiyalarının təşviqi istiqamətində mühüm bir addım olub.

Səfər çərçivəsində Səlahiyyətli Qurumun nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələrinin yaradılmasında maraqlı olan Çin investorları ilə bir sıra görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nəqliyyat dəhlizlərində yük daşımalarında dəyişiklik: avtomobil daşımaları artıb

20:34
15 Aprel

   Bakı - Tbilisi - Ərzurum kəməri ilə qaz nəqli artıb

20:21
15 Aprel

Türkiyə Daxili İşlər Nazirliyi: Kahramanmaraşda ölənlərin sayı 9-a çatıb – YENİLƏNİB 3

20:17
15 Aprel

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq  

20:15
15 Aprel

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

20:14
15 Aprel

Sahibə Qafarova: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi beynəlxalq rolunu daha da gücləndirib  

20:14
15 Aprel

Dünyada su qıtlığı artır

20:14
15 Aprel

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər nəzərdən keçirilib  

20:13
15 Aprel

Azərbaycanda həyata keçirilən prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirakı müzakirə olunub  

20:12
15 Aprel

İdeoloji xətt və gələcəyə baxış: YAP-da dövlət siyasətinin prioritetləri mövzusunda müzakirə  

20:11
15 Aprel

Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir  

20:09
15 Aprel

 Oğuzda sahibkarlıq mühiti müzakirə olundu: yeni imkanlar və inkişaf yolları

20:03
15 Aprel

İranda "ictimai təhlükəsizliyi pozmaq" ittihamı ilə 31 nəfər saxlanılıb

19:54
15 Aprel

Ət yemək insanlarda demensiya riskini azalda bilər

19:43
15 Aprel

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

19:31
15 Aprel

Vəhşi heyvanlar şəhər həyatına sürətlə uyğunlaşır

19:22
15 Aprel

Avropada silahlanma artır

19:13
15 Aprel

Böyük Britaniyada maliyyə sıxıntısı artır

19:08
15 Aprel

Azərbaycanda sənaye istehsalı artmaqda davam edir

18:59
15 Aprel

Süni intellekt suyu necə "içir"?

18:51
15 Aprel

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində 250 nəfər itkin düşüb

18:42
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!