12 Mart 2026 17:51
637
CƏMİYYƏT
A- A+
İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlər daha da təkmilləşdiriləcək  


Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İşçi qrup Prezidentin “Böyük Qayıdışa dair II Dövlət Proqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dair tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq əmri ilə yaradılıb.

Səhiyyə naziri Teymur Musayevin sədrliyi və aidiyyəti üzrə dövlət qurumlarının iştirakı ilə keçirilən İşçi qrupun növbəti iclasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təşkil olunmuş tibbi xidmət və mövcud vəziyyətlə bağlı aparılmış monitorinqlər və qiymətləndirmənin mövcud vəziyyəti müzakirə edilib.

Bununla əlaqədar olaraq, iclasda Səhiyyə Nazirliyi tərəfindən aparılmış təhlil, ictimai səhiyyə, təcili, təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili ilə bağlı Strateji Baxışa dair təqdimat edilib.

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaya uyğun olaraq əhaliyə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının təmin edilməsi, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, mülki və hərbi-tibbi infrastrukturun səmərəli istifadəsi məqsədilə çarpayı fondunun optimallaşdırılması, əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirin qurulması, əhali və tibb işçiləri arasında psixososial dəstək işinin aparılması və tibbi savadlılığın artırılması məsələlərinə də toxunulub.

Aparılan monitorinqlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin fəaliyyətinin bərpası, səyyar tibbi xidmətlərin genişləndirilməsi, tibb müəssisələrinin kadrlarla təmini, tibbi heyətin fəaliyyətinin stimullaşdırılması və infrastrukturun inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib.


Nazir çıxışında qeyd edib ki, Böyük Qayıdış Proqramının səhiyyə komponenti prioritet sahələrdən biridir və əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi yardımın fasiləsiz təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. İşçi qrupu bu sahədə koordinasiyanı gücləndirmək və effektiv həll yolları tapmaq məqsədilə müntəzəm olaraq fəaliyyət göstərir.


İclasın yekununda qarşıda duran vəzifələrin icrası ilə bağlı növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili davam etdiriləcək və bu sahədə bütün zəruri tədbirlər həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliyada yanacaqla bağlı ciddi qıtlıq gözlənilmir

16:19
16 Aprel

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!