03 Aprel 2025 15:07
335
DÜNYA
A- A+
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsini tərk edir


Bu gündən etibarən Macarıstan hökuməti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması təşəbbüsü ilə çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin aparat rəhbəri Qergeli Qulyaş məlumat verib. O, BCM-nin ilkin məqsədindən uzaqlaşaraq siyasi təşkilata çevrildiyini, İsrailin Baş naziri Benyamin Netanyahunun ittiham aktının buna misal olduğunu deyib. “Hökumət bu prosesi qəbuledilməz hesab edir və buna görə də artıq məhkəmənin işində iştirak etmək istəmir”, -deyə Q.Qulyaş bildirib.

O əlavə edib ki, hökumət Konstitusiya və beynəlxalq hüquqi çərçivəyə uyğun olaraq, aprelin 3-də, cümə axşamı günü məhkəməni tərk etmə prosesinə başlayacaq.

“Beynəlxalq Cinayət Məhkəməsi nəcib təşəbbüs idi, amma son vaxtlar onun siyasi quruma çevrildiyinin şahidi oluruq. İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı irəli sürülən ittihamlar isə buna ən acınacaqlı nümunədir”, –deyə aparat rəhbəri qeyd edib.

O, Macarıstanın artıq xüsusi vəziyyətdə olduğunu onunla izah edib ki, digər BCM üzvü olan ölkələrdən fərqli olaraq, ölkə parlamenti heç vaxt bu məhkəmənin nizamnaməsini qəbul etməyib (Roma Statutu - AZƏRTAC-ın qeydi). Ona görə də bu, daxili qanunvericiliyin tərkib hissəsi deyil. “Bizim aydın hüquqi mövqeyimiz ondan ibarətdir ki, Macarıstanda BCM-nin Nizamnaməsinə əsasən heç kim həbs edilə və burada heç bir şəxsə qarşı hər hansı bir “proses” başlana bilməz”, -deyə Q.Qulyaş vurğulayıb.

Onun sözlərinə görə, Macarıstan bu şübhəli vəziyyəti Roma Statutuna qoşulmaqla deyil, denonsasiya proseduru əsasında BCM-dən çıxmaqla həll etmək niyyətindədir.

Son zamanlar BCM-nin fəaliyyəti ilə bağlı beynəlxalq səviyyədə ciddi narahatlıq ifadə olunur. Birləşmiş Ştatlar, Çin və Türkiyə heç vaxt BCM-nin üzvü olmayıb və ABŞ Konqresi iki partiyanın dəstəyi ilə bu məhkəmənin hakimlərinə sanksiya tətbiq etmək barədə qərar qəbul edib. Üstəlik, avropalı tərəfdaşlar arasında Almaniyanın gələcək Kansleri və Polşanın hazırkı Baş naziri daxili hüquqi öhdəliklərinə baxmayaraq, Məhkəmənin qərarına məhəl qoymayacaqlarını və İsrailin Baş nazirinin onların ərazilərində keçirilən tədbirlərdə iştirak edə biləcəyini bəyan ediblər.

Bütün bunlar sübut edir ki, BCM-nin fəaliyyəti ilkin məqsəddən kənara çıxıb və Budapeşt cinayət məhkəməsindən siyasi məhkəməyə çevrildiyi üçün gələcəkdə BCM-nin üzvü olmaq istəmir”, -deyə Macarıstan Baş nazirinin aparat rəhbəri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

17:53
06 Aprel

Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb

17:53
06 Aprel

Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb  

17:06
06 Aprel

Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb  

16:31
06 Aprel

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

14:03
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!