17 İyul 2024 00:59
5698
Qanunlar
A- A+
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar  Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar  Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16; Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1154-VIQD nömrəli Qanunu) 18.71-ci maddəsində "ekspertizasına aid edilən obyektlər barədə ekspert" sözləri "ekspertizasının" sözü ilə əvəz edilsin.

Maddə 2. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə

70 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il

31 may tarixli 1169-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  1.0.22-ci və 1.0.23-cü maddələrdə ismin müvafiq hallarında "qeydiyyat vəsiqəsi" sözləri ismin müvafiq hallarında "vəsiqə" sözü ilə əvəz edilsin;

2.2.  6-2-ci maddə üzrə:

2.2.1.   6-2.2.5-ci maddədə "qeydiyyat vəsiqəsinin" sözləri "vəsiqənin" sözü ilə əvəz edilsin;

2.2.2.  6-2.4-cü maddənin ikinci cümləsində "11 (on bir)" sözləri "14 (on dörd)" sözləri ilə əvəz edilsin;

2.2.3.  6-2.5-ci maddənin ikinci cümləsində "eyni zamanda ərizəçiyə" sözləri "ərizəçiyə eyni zamanda" sözləri ilə əvəz edilsin;

2.2.4.  6-2.11-ci maddənin ikinci cümləsində

"2 (iki)" sözləri "5 (beş)" sözləri ilə əvəz edilsin;

2.3. 11.3-cü maddənin ikinci cümləsində "qeydiyyat vəsiqəsinin" sözləri "dövlət qeydiyyatı haqqında vəsiqənin" sözləri ilə əvəz edilsin;

2.4. 16-1.4-cü maddədə "qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin" sözləri "qeydiyyatı haqqında vəsiqənin" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812  (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1135-VIQD nömrəli, 23 aprel tarixli 1142-VIQD nömrəli və 31 may tarixli 1169-VIQD nömrəli qanunları) 29.1-ci maddəsinin ikinci hissəsində "qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsinin" sözləri "qeydiyyatı haqqında vəsiqənin" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Media haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90  (Cild I); Azərbaycan Respublikasının 2024-cü il

29 mart tarixli 1117-VIQD nömrəli və 19 aprel tarixli 1137-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

4.1.  54.3-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun  54.2-ci maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.";

4.2.  55.7-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 55.6-cı maddəsində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə, Şura tərəfindən bu Qanunun 58.2-ci maddəsində göstərilən tədbirlər görülür.";

4.3.  58.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 58.1.13-cü maddə əlavə edilsin:

"58.1.13. dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 54.2-ci və 55.6-cı maddələrində nəzərdə tutulan müddətdə Şuraya təqdim edilmədikdə.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2024-cü il

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!