30 Dekabr 2024 01:29
312
Qanunlar
A- A+
"Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

"Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365; Azərbaycan Respublikasının 8 oktyabr 2024-cü il tarixli 43-VIIQD nömrəli Qanunu) 53-cü maddəsinin birinci hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

"heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə;".

Maddə 2. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365; Azərbaycan Respublikasının 8 oktyabr 2024-cü il tarixli 43-VIIQD nömrəli Qanunu) 27-ci maddəsinin 3-cü hissəsinə "dəyəri" sözündən sonra "və ya dəymiş ziyan" sözləri əlavə edilsin.

Maddə 3. "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I); 2024, № 3, maddə 250) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2024-cü il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Partiya lideri: Fransa Afrika xalqları ilə başqa formada münasibətlər qurmalıdır  

11:42
05 Yanvar

Keniyaya yarım tonluq kosmik tullantı düşüb

11:33
05 Yanvar

Gələn həftədən Suriyaya beynəlxalq uçuşlar bərpa edilir

11:30
05 Yanvar

Türkiyədə rekord şaxtalar: çaylar və göllər buz bağlayıb  

11:28
05 Yanvar

Türkiyənin energetika naziri Avropaya qaz nəqlinin artırılması şərtlərini açıqlayıb

22:53
04 Yanvar

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb  

22:49
04 Yanvar

Aleksandar Vuçiç: Azərbaycan bizim üçün etibarlı tərəfdaşdır  

19:51
04 Yanvar

Qərbi Azərbaycan İcması: Levon Ter-Petrosyanın çıxışı Ermənistanın siyasi dairələrində dərindən kök salmış irqçiliyi nümayiş etdirir  

19:28
04 Yanvar

Ukraynalı ekspert: Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün əlverişli loqistika mövcuddur  

18:48
04 Yanvar

Azərbaycanın veteran gimnastı dünyasını dəyişib  

18:17
04 Yanvar

Türkiyə və Ukraynanın XİN başçıları arasında telefon danışığı olub  

18:02
04 Yanvar

Bakı Metropoliteni “Xətai” stansiyasında yaranan sıxlıqla bağlı məlumat yayıb  

17:44
04 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:09
04 Yanvar

Çində marketdə yanğın nəticəsində 8 nəfər ölüb  

16:58
04 Yanvar

Bakı-Balakən-Bakı reysi bərpa edilib: İlk qatarın doluluq səviyyəsi 90 faizdən çox olub  

16:19
04 Yanvar

Türkiyə xalqı sənətçi Fərdi Tayfurla vidalaşır  

14:57
04 Yanvar

Serbiyanın Azərbaycandan aldığı qazın həcmi açıqlanıb  

14:51
04 Yanvar

Avropa Komissiyasının Prezidenti səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib

14:18
04 Yanvar

Sabah Azərbaycanın dağlıq ərazilərinə qar yağacaq

13:39
04 Yanvar

Azərbaycan nefti bahalaşıb

13:29
04 Yanvar

Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanılıb

12:41
04 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!