12 Mart 2026 18:28
319
CƏMİYYƏT
A- A+
“Könüllü Baharı 2” yekunlaşıb  

“Könüllü Baharı 2” yekunlaşıb  


Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go Camp Volunteers” proqramı çərçivəsində təşkil olunan “Könüllü Baharı 2” Azərbaycan Könüllülərinin yaz düşərgəsi başa çatıb.

AKTİ-dən AZƏRTAC-a verilən məlumata görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən düşərgənin əsas məqsədi könüllü gənclərin şəxsi inkişafının dəstəklənməsi, komanda bacarıqlarının gücləndirilməsi, liderlik potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərə bağlılığın təşviqi olub.

Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllü gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.

Düşərgənin proqramı çərçivəsində təlimatlandırma görüşləri, tanışlıq və komanda quruculuq oyunları, interaktiv və masaüstü fəaliyyətlər təşkil olunub. “Könüllü zəkası” intellektual oyunu, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən keçirilən yarış, komandalararası voleybol çempionatı, “Bahar missiyası” adlı kvest və özünümüdafiə üzrə praktik təlim iştirakçıların həm fiziki, həm də intellektual bacarıqlarının inkişafına yönəlib.

Düşərgə müddətində iştirakçılar üçün müxtəlif aktual mövzularda təlim sessiyaları təşkil olunub. “Bədən dili və təsir bacarığı”, “İdeyadan layihəyə: İdeaton hazırlıq təlimi” və “Xəyal et. Planla. Reallaşdır.” mövzularında keçirilən sessiyalar iştirakçıların kommunikasiya bacarıqlarının inkişafına, emosional dayanıqlılıqlarının gücləndirilməsinə və layihə əsaslı düşüncə tərzinin formalaşmasına töhfə verib. Təlimlər sahə üzrə peşəkar ekspertlər tərəfindən həyata keçirilib. Bununla yanaşı, “Mentor Time” görüşləri və ideaton müsabiqəsi çərçivəsində iştirakçılar öz ideyalarını təqdim edərək praktiki təcrübə qazanıblar.

“Könüllü Baharı 2” könüllülər düşərgəsi çərçivəsində gənclər "Könüllülükdən karyeraya" adlı panel görüşdə bir araya gəliblər.

AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən panel görüşdə Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev iştirak ediblər. Görüş zamanı könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafına təsiri, könüllülükdən karyera imkanlarına gedən yol, eləcə də gənclər üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.

Düşərgə Novruz adət-ənənələrini özündə əks etdirən zəngin proqramla davam edib. Ustad dərsi zamanı düşərgə iştirakçıları saxsıda səməni hazırlayıb və onları yaradıcı şəkildə boyayıblar. “Novruz xonçası” müsabiqəsi, Kosa, Keçəl və Bahar qızı, tonqal mərasimi və musiqili proqram iştirakçılar arasında həmrəyliyin və birlik ruhunun daha da möhkəmlənməsinə töhfə verib.

Eyni zamanda, düşərgə iştirakçıları üçün Şəki şəhərinin tarixi yerləri olan Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaraya ekskursiya təşkil edilib.

Yekunda yarış və müsabiqələr üzrə qaliblər mükafatlandırılıb və düşərgə bağlanış mərasimi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!