10 Dekabr 2024 17:34
449
SİYASƏT
A- A+
İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 10-da müasir Azərbaycanın memarı və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən paytaxt Əmmanın Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçədəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Eldar Səlimov Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumat verib.

O, Ulu Öndərin həm SSRİ, həm də Azərbaycan tarixindəki roluna diqqət çəkərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyadakı böyük nüfuzunu bu gün daha da artıran Azərbaycanın məhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu qeyd edib.

E.Səlimov Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum kralı Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu, sonrakı illərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi sayəsində daha da möhkəmləndiyini bildirib.

Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit idarəsinin rəisi Məhəmməd Əbu Huvaileh və Yeni Bədr rayonunun direktoru Dr.İsmayıl Əl-Ədvan iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını qeyd edərək səfirliyimiz tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Sonra Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və onun ətrafında şam ağacları əkilib.

Qeyd edilib ki, dekabrın 8-9-da İordaniyanın gündəlik xəbərlər dərc edilən və geniş oxucu kütləsinə malik mətbu orqanlarında “Azərbaycan səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü yad edir” başlıqlı məqalə buraxılıb.

Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilib, dünya səviyyəli siyasətçinin Azərbaycanın çətin günlərində apardığı uğurlu xarici və daxili siyasətdən, beynəlxalq arenada ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki yorulmaz fəaliyyətindən bəhs edilib.

Yazıda, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərin yolunu inamla davam etdirdiyi, öz ölkəsinin şöhrətini, nüfuzunu qoruyub saxladığı, habelə siyasi müdrikliyi ilə Azərbaycanı parlaq gələcəyə apardığı vurğulanıb.

Məlumatın sonunda Yeni Bədr ərazisində yerləşən küçəyə Heydər Əliyevin adının verilməsinin iki ölkə arasında dostluğun dərinliyini əks etdirdiyi diqqətə çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

Bu ilin doqquz ayında Azərbaycanda 72 min 210 körpə doğulub

17:49
14 Noyabr

Doqquz ada ölkədə 77,7 min yeni iş yerləri açılıb  

17:49
14 Noyabr

  İran ABŞ və İsraildən təzminat tələb edib

17:40
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!