Mil-Muğan regionuna daxil olan İmişli, Saatlı və Sabirabad rayonlarında məktəblilərin iştirakı ilə “Şahin” hərbi-idman oyunları üzrə rayon mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin İmişli rayon mərhələsi, İmişli şəhəri 2 saylı tam orta məktəbdə təşkil olunub. Yarış Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib. 11 məktəbi təmsil edən komandaların iştirakı ilə baş tutan yarışda məktəblilər sıra baxışı, 100 metr məsafəyə qaçış, şərti əl qumbarasının atışı, kəndirə dırmaşma, turnikdə çəkinmə və digər tapşırıqların öhdəsindən gəlməyə çalışıblar. Yarışın nəticəsi olaraq H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin komandası I yerə, A.Eminov adına şəhər 7 saylı tam orta məktəbin komandası ll yerə, Ş.Məmmədov adına şəhər 3 saylı tam orta məktəbi isə III yerə layiq görülüb. H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.
Saatlı Olimpiya İdman Kompleksində isə “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Saatlı rayon mərhələsi keçirilib. Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon bölməsinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda şəhər və kənd tam orta məktəbləri üzrə X və XI sinif şagirdlərindən ibarət komandalar mübarizə aparıb. Komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması və digər mərhələlər üzrə yarışıblar. Ən yüksək nəticə göstərən V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası I yeri tutaraq yarışın qalibi olub. S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbin komandası II, H.Əliyev adına Cəfərxan kənd tam orta məktəbin komandası isə III yeri tutub. Yarışda yer tutan komandalar Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər. I yeri tutan V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində Saatlı rayonunu təmsil etmək hüququ qazanıb.
Sabirabad Olimpiya İdman Kompleksində də X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Sabirabad rayon mərhələsi keçirilib. Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 məktəbi təmsil edən komandalar iştirak edib. H.Z.Tağıyev adına şəhər 6 saylı məktəbin komandası I yerə, M.Müşfiq adına şəhər 4 saylı tam orta məktəbin komandası ll yerə, Ə.Qurbanov adına Qalağayın kənd tam orta məktəbi isə III yerə layiq görülüb. H.Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.
Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA
Ağbənd körpüsünün 2026-cı ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür
“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq
Liviya Dövləti Prezident Şurası Sədrinin müavini Musa Al-Kunidən
Fransada jurnalistlər Milli Assambleyadan qovulublar
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçirilib
Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev beynəlxalq simpoziumun iştirakçılarını qəbul edib
Baş nazir Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib
Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı dünya mediasının diqqət mərkəzində olub
Dmitri Peskov: Rusiya ilə ABŞ arasında İstanbulda keçirilən danışıqlar yalnız ikitərəfli münasibətlərlə bağlıdır
Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik
Donald Tramp: Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır
İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan
AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan
Nikoloz Samxaradze: Azərbaycan Gürcüstanı ən çətin vaxtlarda dəstəkləyib
DİM: Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 nəfər 300 bal toplayıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!