10 Aprel 2025 17:28
474
CƏMİYYƏT
A- A+
EPF: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələrinin ekologiyasına təhdiddir  

EPF: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz ölkələrinin ekologiyasına təhdiddir  


Bakıda “Environmental Protection First” (EPF) Koalisiyasının üzvləri Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə koalisiyanın üzvləri, qeyri -hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, Ermənistan Araz çayında ekoloji çirklənmə ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaratmalıdır. Onun sözlərinə görə, Ermənistanın özündə belə vətəndaş cəmiyyəti təşkilatları bu məsələ ilə bağlı mövqelərini açıqladıqlarına görə ciddi təzyiq və təqiblərə məruz qalıblar: “Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".

Koalisiyanın həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva isə bildirib ki, Ermənistanın ekoterroru həm Cənubi Qafqaz, həm də digər ölkələr üçün böyük təhdiddir. Ermənistanın transsərhəd çaylarını çirkləndirməsi BMT-nin Ekspo Konvensiyasının tələblərini ciddi şəkildə pozur. Onun sözlərinə görə, dünyanın 70-ə yaxın ölkəsindən, o cümlədən Ermənistanın qeyri-hökumət təşkilatları dağ mədən sənayesinin transsərhəd çaylarını çirkləndirilməsinə göz yumduğuna görə Ermənistan hökumətinə müraciətlər edib, narahatlıqlarını ifadə ediblər: “İranın "Pəyam-e ma" adlı ekoloji qəzetində yayımlanan son hesabat Araz çayında 59 ağır metalın, o cümlədən alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumun yüksək konsentrasiyasını göstərib. Bu çirklənmənin əsas mənbəyi Ermənistanın mədən fəaliyyəti hesab olunur. Çayın sahilində yaşayan əhali arasında sağlamlıq problemləri, xüsusilə də mədə xərçəngi hallarının artması müşahidə olunur. Bu ekoloji fəsadlara meşələrin genişmiqyaslı qırılması, dayanıqsız ağac kəsmə, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir”.

“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, Ermənistan ərazisində fəaliyyət göstərən "Aqarat" mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır. QHT sədri bu amilin Araz çayı hövzəsinə dağıdıcı təsirindən də danışıb. “13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Ekspo Konvensiyasına açıq müraciət ediblər. Onu da qeyd etmək lazımdır ki, göndərilən məktubların heç birinə cavab verilməyib",-deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!