Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.
Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.
Bu imtahanda iştirakı nəzərdə tutulan 57 min 439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 14 dən 16-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftənin sonunadək elan olunması nəzərdə tutulur.
Gündüz Kərimov: Sahibkarlar qeyri-yaşayış sahələrindəki tikinti aministiyasından fəal istifadə etməlidirlər
Nəsimi rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib YENİLƏNİB
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib YENİLƏNİB
Əmək və əhalinin sosial müdafiəsi naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyib
Kamran Əliyev: Yeni inzibati binaların açılışı prokurorluq sistemindəki davamlı islahatların və şəffaflığın göstəricisidir
Hindistan DİN bütün Pakistan vətəndaşlarını ölkədən çıxarmağa çağırıb
DGK sədri: Məhkəmə qərarları hüquqi cəhətdən əsaslı olmalı və onların icrası təmin edilməlidir
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
Nazir: Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir
Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır
"Sabah" və "Neftçi" klubları azarkeşlərinə görə cərimələnib
Ceyhun Bayramov: Ermənistanın sürətlə silahlanması region üçün təhlükə mənbəyi olaraq qalır
Nazir: Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir
Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib YENİLƏNƏCƏK
Nazir: Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri münasibətlərimizin perspektivləri baxımından böyük bir imkandır
ABŞ Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb
ABŞ Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün şərtləri açıqlayıb
“Honor” növbəti smart qolbağını nümayiş etdirib
“Nissan”nın elektromobili təqdim edilib
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib YENİLƏNİB
ABŞ qoşunlarının Avropadan çıxarılmasının ehtimal olunan nəticələri açıqlanıb
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!