10 Aprel 2025 18:47
485
DÜNYA
A- A+
 Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür

 Ayın uzaq keçmişdə Yerin bir hissəsi olduğu düşünülür


Çinin “Chang’e-6” missiyası ilə Yerə gətirilmiş Ay süxur nümunələrinin yeni tədqiqatı peykin görünməyən tərəfindəki mantiyada suyun miqdarının, Yerə yaxın tərəfindəki mantiyaya nisbətən daha az olduğunu göstərir. Əldə edilən nəticələr Ayın nəhəng toqquşma nəticəsində yaranması barədə olan nəzəriyyəni də təsdiqləyir.

Peykin yaranmasına dair aparıcı fərziyyələrdən biri olan və "Ayın toqquşma nəticəsində formalaşması modeli" kimi tanınan bu nəzəriyyə, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə nəhəng bir protoplanetin gənc Yerə çırpıldığını və bu toqquşma nəticəsində kosmosa atılan qalıqlardan Ayın formalaşdığını iddia edir. Alimlər bildirirlər ki, süxur nümunələrinin yeni təhlili bu fərziyyə ilə tam uzlaşır.

Çin istehsalı olan "Chang’e-6" eniş modulu Ayda yerləşən ən böyük kraterə - eyni zamanda Günəş sisteminin də ən böyük krateri hesab olunan, 2500 km enində olan Cənub qütbü-Eytken hövzəsinə 2024-cü ilin iyun ayında eniş edib. Modul Ayın arxa tərəfində eniş həyata keçirib. O təxminən 2 kq ay süxuru nümunəsi toplayıb və bu nümunələr xüsusi kapsul vasitəsilə Yerə çatdırılıb. Tədqiqatçılar ilk dəfə olaraq Ayın görünməyən tərəfindən süxur nümunələri əldə ediblər. Onlar bu nümunələri analiz edərək Ayın mantiyasındakı su miqdarının, Ayın toqquşma nəticəsində formalaşması modelinə uyğun olub-olmadığını müəyyən etmək istəyirlər. Bu fərziyyəyə əsasən, Ayın arxa tərəfindəki mantiyada su miqdarı, ön tərəfə nisbətən daha az olmalıdır. Bu nəzəriyyənin sübutlarından biri Ay səthindəki torium miqdarına əsaslanır. Maqma mantiyanın daxilindəki ərintidən yaranır. Bu zaman torium və su ərintidə qalır, kristallik minerallar yaratmır. Ayın Yerə baxan tərəfində, gözlənildiyi kimi, torium ilə zəngin bölgələr mövcuddur. Lakin Cənub qütbü–Eytken hövzəsində səthdə torium miqdarı daha azdır.

Krater Ayın arxa tərəfində toriumun səthdə müşahidə olunduğu nadir yerlərdən biridir. Bu da həmin bölgəni formalaşdıran toqquşmanın mantiyadan ərintini səthə çıxarmasına imkan yaratdığını göstərir. Əgər bu kraterdə torium miqdarı azdırsa, bu o deməkdir ki, mantiyada da su miqdarı azdır.

Vulkanik süxurun analizi göstərib ki, Ayın arxa tərəfindəki mantiyada hər qram nümunədə cəmi 1-1.5 mikroqram su var. Əvvəlki tədqiqatlar Ay nümunələrində hər qramda 200 mikroqramadək su olduğunu göstərmişdi. Alimlər bildirirlər ki, yeni məlumatlar Ayda suyun iki tərəf arasında qeyri-bərabər paylandığını göstərir. Bu isə Ayın iki tərəfi arasındakı daha bir fərqdir. Tədqiqatın müəllifləri bildirirlər ki, Ay mantiyasındakı su miqdarındakı fərq, Cənub qütbü–Eytken hövzəsini formalaşdıran güclü toqquşmanın nəticəsi ola bilər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!